ZİYA qəzetinə

S.Ə.Şirvaninin  “Ziya” qəzetinə verdiyi  ilk qiymэt  və ya yenə də söz içində  deyilən söz-nüktədanlıq….

“ZİYA” qəzetinə

İlahi, bu “Ziya” afaq ara gün tək ziyalənsin! 
Ziyai-tələtindən dideyi-aləm cilalənsin! 
Ona bani olan Haci Səidin kövkəbi-bəxti 
Səadət mətləindən zahir olsun, incilalənsin, 
İlahi, aləm içrə canişini -mülki-Qafqazın, 
Ədalət məsnədində yüz min il ömrü bəqalənsin. 
Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar Süleymandır, 
Yetib Bülqeysi- mənayə gərək onlar Səbalənsin. 
Qezetdir peyki-ruhani ki, söylər sirri-pünhani 
Nə lazım peyki-həq künci-xəfadə ixtitalənsin. 
Bu kari-xeyrə kim, bir paktiynət eyləyib iqdam, 
Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin. 
Məsəldir söyləyib aqil ki, tək əldən səda çıxmaz, 
Gərəkdir el-ələ vermək ki ta ol əl sədalənsin. 
Çıxan dəm ceybi-qeybi-məşriq-lareybdən ol əl, 
Yədi-Musa kimi ecaz üçün beyzanümalənsin. 
Təəssübdən uzaq olmaz, ianət vəqtidir, canım, 
Bilib əhvali-afaqı gərək millət səfalənsin. 
Həqiqət, yaxşı söz hər kəsdən olsa yaxşıdır, billah, 
Təəssüb əhli bu rəmzi-hədisə iktifalənsin. 
“Və la-tənzür ila mən qalə”yə qılsın nəzər hasid – 
Ki, ta “Vənzur ila məqalə”dən  çeşmi  ziyalənsin.

Məhəbbət-töxmin ək sinəndə, ta versın səmər rahət, 
Fəzüət nəxlinə rəşk etmə, qoy nəşvü nümalənsin. 
Miləl beynində bir rəftar qıl qanuni-hikmətlə – 
Ki, ta biganələr görsün kəmalın, aşinalənsin. 
İlahi, bu qəzetdən şad eylə əhli-afaqı, 
Zəri-məskuki-dövlət tək rəvacında rəvalənsin. 
Ziyası çün onun xurşidi-bürci-Rusiyətdəndir, 
Onun təhtəş-şüaində qalıb “Əxtər” sühalənsin. 
Qəzet təbində məzun eyleyib bir əhli-idraki – 
Ki, ta pəndin görüb əhli-məarif iqtidalənsin…. 

Bu işlər dövləti-Rusiyyənin ədlilə naşidir, 
Xudavənda, bu dövlət günbəgündən etilalənsin. 
O şahənşahi-adil, imperaturi-müəzzəm kim. 
Hümayi-səltənətdir zillinə dəhr ilticalənsin. 
Bizə bu izndən bihəd fəvaidlər ki, hasildir, 
Yetişməz intəhayə gər yazam dəhr intahalənsin. 
İlahi, seyyidin qıl bu duasın sən icabət kim, 
“Ziya” gün tək ziyalənsin, cahanə müncəlalənsin!

*******

Şeir İlk dəfə “Ziya” qəzetinin 01.03.1879-cu il  tarixli

 6-cı nömrəsində çap olunub,

sonralar isə şairin bütün seçilmiş əsərlərnin bütün nəşrlərində oxuculara çatdırılıb.

  40 misralıq bu şeir yazılması barədə heç bir izahat verilmədən Seyid Əzim Şirvaninin latın qrafikalı

Seçilmiş Əsərlərinin  II cildinin ilk nəşririnə də yol tapmışdır.Şeir nəzm ölçüsünə görə

20 beytdir.Qafiyələnməsi aa,ba,da,ea….şəklindədir.Müəllifin adı sonuncu beytdədir. (Bu fikri  ona görə vurğulayıram ki,S.Ə.Şirvaninin bəzi qəsidələrində müəllifin adı sonuncu beytdə yox,ondan əvvəlki beytdə verilir).

S.Ə.Şivanuinin məzkur-haqqında danışılan şeiri tərif və öymə məzmunludur.Janrına görə

qəsidənin mədhiyyə məzmunlu şəklindədir.

Seyid Əzim Şirvani şeirini Allaha müraciət şəklində ,ona xitabən başlamışdır:

İlahi, bu “Ziya” afaq ara gün tək ziyalənsin! 
Ziyai-tələtindən dideyi-aləm cilalənsin! 

Şair   “Ziya” qəzetinin tülu etməsini alqışlayır, onun  aləmin gözünüişıqlandlracağına inanır.

Seyid Əzim  qəzetin banisi Hacı Səid Əfəndi Ünsizadənin (1825,şamaxı-1905,İstanbul) bəxt

ulduzunun daha da işıqlannmasını arzulayır.Bu arzuların cərgəsində Qafqaz canişinini

də unutdulmur:

Ona bani olan Haci Səidin kövkəbi-bəxti 
Səadət mətləindən zahir olsun, incilalənsin, 
İlahi, aləm içrə canişini -mülki-Qafqazın, 
Ədalət məsnədində yüz min il ömrü bəqalənsin. 

Qəsidönin sonrakı misralarında   şair əvvəllər yazdığı bir şeirdəki  “Qəzet nədir?” sualına yenidən

cavab verir:

Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar Süleymandır, 
Yetib Bülqeysi- mənayə gərək onlar Səbalənsin. 
Qezetdir peyki-ruhani ki, söylər sirri-pünhani 
Nə lazım peyki-həq künci-xəfadə ixtitalənsin.

Bu misralar S.Ə.Şirvaninin “Əkinçi” qəzetinin  1877-ci ildəki 18-ci nömrəsində çap edilmiş “Qəzet nədir?”

məsnəvisindəki ideyaların davamı kimi səslənir.

Hamı millətdə var qəzetlər çox,

Demə kim,bunda hiç faidə yox.

Qəzetin  çoxdu xəlqə mənfəəti…

Nə bilir kim ki,yoxdur mərifəti…

S.Ə.Şirvani Ziyadakı qəsidəsində mətbu sözün cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək,

abunə işində meydana çıxan çətinlikləri aradan qaldırmaqdan ötrü oxuciları əlbirliyə və dilbirliyə çağırır:

Bu kari-xeyrə kim, bir paktiynət eyləyib iqdam, 
Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin. 
Məsəldir söyləyib aqil ki, tək əldən səda çıxmaz, 
Gərəkdir el-ələ vermək ki ta ol əl sədalənsin. 
Çıxan dəm ceybi-qeybi-məşriq-lareybdən ol əl, 
Yədi-Musa kimi ecaz üçün beyzanümalənsin. 

Şair qəsidənin sonuncu beytində də Allaha müraciətlə dediyi sözlərin içində mətbuatın rolunu bir daha  

xatırladır,duasının müstəcəb olmasını arzulayır:

İlahi, seyyidin qıl bu duasın sən icabət kim, 
“Ziya” gün tək ziyalənsin, cahanə müncəlalənsin!

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq 

17.01.2019.

Pin It on Pinterest