GenelGüncelKültür SanatTürk Dünyası

Umar  Nəsibov


NazımAHMEDLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Mən Nəsibov Umar Nəsib oğlu 1974-ci ildə Qəbələ rayon Bum qəsəbəsində anadan olmuşam. Orta məktəbi Bum qəsəbəsində bitirdikdən sonra 1992-ci ildə ilk test üsulu ilə BDU-nun jurnalisitika fakultəsinə qəbul olunmuşam. Xocalı soyqırımı haqqında çəkilən videolentlərə baxdıqdan sonra könüllü olaraq döyüşə yollanmışam. Çəbrayıl Füzuli rayonları istiqamətində gedən bir çox ağır döyüşlərdə iştirak eləmişəm. İl yarım mənfur düşmənlə vuruşduqdan sonra 1994-cü il yanvar ayının 8-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə başımdan yaralanaraq huşsuz vəziyyətdə düşmənə əsir düşmüşəm. 1 il 5 ay düşmən əsirliyində olmazın əzab əziyyətlərinə, işgəncələrinə dözərək 1995- ci il may ayının 8- də dövlət xətti ilə əsirlikdən azad olmuşam.  2-ci qrup Qarabağ əliliyəm  və Qarabağ Qazisiyəm.

27 sentiyabr anım günü şəhidlər xiyabanında şəhidlərimizi ziyarət edərkən kiçik bir qız uşağı qaçaraq mənə yaxınlaşdıki, komandir məninim atamı ver,- demirsiniz şəhidlər ölmür??? Əgər ölmürsə evimizə niyə gəlmir? ?? Bu kiçik qəlbi yaralı,ata həsrəti çəkən qızımızın qarşısında çooox aciz qalmışdım, bilmirdim nə deyim susurdum.. qız susduğumu görüb ağlaya- ağlaya yenidən şəhidlərimizin dəfn olunduğu yerə tərəf qaçdı. Mən bu hadisədən təsirlənib bu şeri yazdım..

Umar  Nəsibov
Umar  Nəsibov

Umar  Nəsibov

Qarabağ qazisi

            ATA

           (ŞƏHİD ÖVLADININ DİLİNDƏN..)

Nə qədər şəkillə danışımki, mən

Nə qədər göz yaşın silsinki, əlim?

Deyirsiz şəhidin cənnətdir yeri,

Göndərin cənnətə atamla ölüm.

               ***

Atamı mənə ver sǝn ey komandir,

Şəhidlər ölməzdir demirdinki, sən?

Göndər evimizə mənim atamı,

Atılım qucağına qucaqlayım mən.

                  ***

Daha saçlarımı daramıram ki,

Daha əvvəlki tək güləmirəm mən.

Hər gecə anamın ağlamağını,

Nə duya bilirəm, görəmmirəm mən.

                  ***

Ay Allah nədirki, nədir günahım?

Atamı bu yaşda aldın əlimdən.

 Allahım tək sənə budur sualım,

 Atamı nə vaxtsa görəcəyəm mən?

                  ***

 İndi kim alacaq mənim donumu?

Axı sən sağ idin, sən niyə öldün?

Bax anam ağlayır, nənəm ağlayır,

Üç rəngli bayrağa bükülü gəldin.

                          ***

Ata qalx məzardan evimizə gedək,

Artıq üç il keçib yeddi yaşım var.

Nə olar gəl məni məktəbə apar,

Qırmızı çantam, karandaşım var.

                          ***

        Öpüp yanağımdan söz verdin mənə,

       Qayıdıb qırmızı don alacaqdın.

       İndi qalx tabutdan gedək don alaq,

       Yadımda sən mənim belə qalacaqdın?

                          ***

Bax sinif yoldaşım o, gün deyirki,

Anamın işi var, atam gələcək.

– Yəqinki sənidə atan aparar?      

Söylədim şəhidir! O, gəlməyəcək.

                             ***

Hər gecə yuxumda görürəm səni,

Deyirsən ağlama canın sağ olsun.

Mən ölməmişəmki, cənnətdir yerim,

ŞƏHİDLƏR ÖLMƏZDİR,

VƏTƏN SAĞ OISUN

ALLAH CƏMİ ŞƏHİDLƏRİMİZİN MƏQAMINI UCA,

MƏKANINI CƏNNƏT EYLƏSİN

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “Umar  Nəsibov

  • Anonim

    SALAN MƏN QAZİ UMAR NƏSİBOV. MƏNİM HAQQIMDA ÜMUMİ MƏLUMAT VERDİYİNİZ ÜÇÜN VƏ ŞƏHİD ÖVLADI ÜÇÜN YAZDIĞIM “ATA” ŞERİNİ DƏRC ETDİYİNİZ ÜÇÜN “KIRIMIN SƏSİ” QƏZETİNƏ VƏ ŞƏXSƏN NAZİM MÜƏLLİMƏ DƏRUN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM. ÇOX SAĞ OLUN….

Yorumlar kapatıldı.

Pin It on Pinterest