TÜRKMENÇAY

Sənan Qacar/KırımınSesi/Azerbaycan

Türkmənçay müqaviləsinin mətnində coğrafi yer adlarımızın bilərəkdən təhrif edilməsi, Bütün coğrafi adlar türk mənşəli idi və məqsəd onların əsl adlarının dəyişdirilərək tarix səhnəsindən silinib çıxarılmasıdır. Hər halda Türkmənçay müqaviləsində Azərbaycan yer adlarının saxtalaşdırılması istiqamətində araşdırmaların aparılması tarixçilərimiz üçün bir mövzudur… Bu bəndin müqavilədə olması ilə Rusiya istəyirdi ki, İran və Türkiyə sərhədini xristianlaşdırsın və yuxarıda deyildiyi kimi, bu ərazilərə kütləvi şəkildə kazakların köçürülməsi planlaşdırılırdı. Ermənilər olmasaydı, ora kazaklar gətiriləcəkdi. Ermənilər yaxında olduğu üçün onlardan istifadə olunması daha sərfəli sayılırdı. Ermənilərin bu tarixi hadisəni də özününküləşdirməyə çalışması, çoxəsrlik
arzuları kimi qələmə vermələri əslində başdan- ayağa yalanlardan ibarətdir. Müqavilənin orijinal və sonradan dəyişikliyə
uğrayan maddələrində “Ermənistan” sözü yoxdur.
Və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda “Ermənistan” adlanan ərazi və ya dövlət yox idi.
Erməni “tarixçiləri” bütün real tarixi faktları
saxtalaşdıraraq, İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını bütün
dünyaya guya “Ermənistanın Rusiyaya
birləşdirilməsi” kimi təqdim edirlər. Erməni vilayəti II Rus-İran müharibəsi 1828-ci il fevralın 10-da
Türkmənçay müqaviləsinin imzalanması ilə başa
çatdı. İşğal olunmuş İrəvan və Naxçıvan
xanlıqlarının Rusiyaya birləşdirilməsi rəsmiləşdirildi.
Martın 21-də Rusiyaya ilhaq edilmiş iki Azərbaycan
xanlığı – İrəvan və Naxçıvan xanlıqlarının “erməni vilayəti” adlandırılması haqqında çar fərmanı verildi.
(Полное собрание законов Российской
империи. Собр. второе, т. III. 1828. СПб., 1830, с.
272-273) Gürcü knyazı, general-mayor Çavçavadze bu
vilayətə rəis təyin olundu. (sonradan Çavçavadze
yazacaqdı: “Onlar bizim adımızı biabır etməklə, bizi
milli ləyaqətimizdən məhrum etməklə
kifayətlənməyib, bizi dünyadan sıxışdırıb çıxarmaq
üçün qanla boyanmış tariximizi də, salnamələrimizi də, tarixi xatirə və abidələrimizi də, tarixi
sərvətlərimizi də danırlar, müxtəlif fırıldaqlarla öz
adlarına çıxırlar”.) Çavçavadzenin qızı Rusiyanın İrandakı səfiri və
ermənilərin Cənubi Qafqaza köçürülməsi planının
əsas müəlliflərindən biri olan A. Qriboyedovun
həyat yoldaşı idi. Qeyd edim ki, “Erməni vilayəti”ndə olan 1125
kəndin 1111-də Azərbaycan türkləri yaşayırdı. Süni
ərazi bölgüsü ilə, əslində azərbaycanlıların öz
torpaqlarından qovulması və məhv edilməsi
siyasətinin bünövrəsi qoyuldu. “Erməni vilayəti”nin
tərkibinə daxil olan ərazilər İrəvan əyaləti, Naxçıvan əyaləti və Ordubad dairəsi adlanırdı.
“Erməni vilayəti”nin ümumi sahəsi 24 min kvadrat
verst (təxminən 27 min kvadratkilometr) idi. 1828-ci ildə “erməni vilayəti” adlandırılan bu
qurum 1840-cı ildə ləğv olundu və 1849-cu ildə
keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında
İrəvan quberniyası təşkil edildi. Qriboyedov amili Ermənilərin ideoloqlarından sayılan Zori Balayan
“Ocaq” kitabında yazır: “1828-ci ildə məşhur
“Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov
və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu
gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni
yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) vətənə iki yüz mindən
çox erməni köçmüşdür”. Bəli, Qirboyedov ermənilərin tarixi qəhrəmanı kimi
bu gün də onların yaddaşlarında qalır. XIX əsr
Rusiya ədəbi mühitində yetişmiş yazıçı, eyni
zamanda siyasətçi Aleksandr Sergeyeviç
Qriboyedov 1795-ci ildə polyak əsilli zabit ailəsində
anadan olub. Təhsil aldığı müddətdə fransız, ingilis və italyan, alman, daha sonra yunan, latın, fars, ərəb
və türk dillərini öyrənir. 1818-ci ildə rus
missiyasının katibi kimi İrana göndərilir və burada
iki il işləyir. Onun İranda yaşadığı həyat, əsərləri və
gündəliklərində yer alır. 1821-ci ildə İrandan
qayıtdıqdan sonra Qafqaz generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi
vəzifəsinə təyin edilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest