Türkdilli ədəbiyyatda işlənmiş alınma lirik şeir janrlarlndan biri-sonet

Azərbaycan ədəbiyyatında Şərq şeir janrları ilə yanaşı,bir neçə Avropa şeir şəkillərindən də istifadə olunmuşdur. Bu janrların ədəbiyyatımıza kütləvi şəkildə ilk gəlişinin tarixi əsasən XX əsrin əvvəllərindən başlanır. XX əsrin Azərbaycan şairlərindən M.Ə.Sabir, H.Cavid, A.Şaiq kimi söz ustalarının yaradıcılığında mülli şeir formaları ilə yanaşı. epiqram, epitafi, parodiya, marş, sonet kimi alınma nəzm biçimlərindən ustalıqla istifadə olunmuşdur.

***Epiqram-qısa,maraqlı və yadda qalan satirik şeir,həcvdir.

Var aləm ara şöhrəti İslambulun,

Həddən füzun dövləti İslambulun.

Başdan ayağa gözəllərin yığnağı,

Maskov ola bilməz …. islambulun. (S.Ə.Şirvani)

***Epitafi-qəbir daşı üərində mərhumun əxlaqi xüsusiyyətlərini ehtiva edən

bir və ya bir neçə yadda qalan şeir

Azər Abdulla. Akif Mirili üçün epitafi

Uzaqlardan, Mirilərdən gəlmişdi,

Bu dünyada yaxşılığı yaymağa.

Yüz elədi, min elədi, bəlkə çox,

Oğul gərək sonalayıb saymağa.

Azərbaycan oxucularına bu janrlarda yazılmış şeirlərin təqdimatı ən çox milli mətbuat və

rus dili dərslikləri vasitəsilə daxil olmuşdur.

Onu da deməliyik ki,bu janlara aid Şərq ədəbiyyatından gəlmə nümunələr də var.

Azərbaycan ədəbiyyatında onet janrından söz düşəndə Abdulla Şaiqin yazdığı bir sonet

yada düşür.

Bu sonet “Məktəb məcmuəsi” dərgisinin yeganə nömrəsində

( “Məktəb məcmuəsi” dərgisi,1925, N1, səhifə 3 – redaktoru milliyyətcə

başqırd olan Şərif Manatovdur.Ş.Manatov -görkəmli partia işçisi,

ADPİ-nun rektoru,Xalq Maarif Komissarlıının şöbə müdiri idi).

Azərbaycan ədəbiyyatında H.Cavid, C.Cabbarlı,M.Müşfiq və digər şairlər

yaxşı sonet yazmağa cəhd göstərmişlər.

Sonet ən çox Avropa ölkələrində yayılmışdır.

Həcmi 4 bənd olur, birinci və ikinci bəndlərinin hərəsində dörd misra olur.

Şeirin sonrakı 2 bəndinin hərəsi 3 misra olur. Qafiyələnməsində müxtəliflik var.

Yaranma məkanına və qafiyələnməsinə görə sonetin bir neçə növü var.

                      Fransız soneti                  ***                     
                                                                                        abba abba cdd  ddc;



                                                                               абба+абба+ввг+дгд

                                                                                         абаб+абаб+ввг+ддг.

                                                                                         абба+абба+ввг+ддг.






                      İtaliya soneti                   ***                    abab  abab sds  dsd;



                      Şekspr  soneti                  ***                    abab  sdsd  efef  gg

Dünyada sonet yazan çox olmuşdur: Halyada Yakopo, Padon Antonin,

Vilyam Şekspir və başqaları.

Abdulla Şaiqin “Centlmen bir xanəndəyə ” sərlövhəli soneti

fransız soneti növünə aiddir.

Qafiyələnməsi abba abba add dda kimidir.

                                    Nədir, nədir o gözəl səsdə titrəyən fəryad



                                    Ki, hər təranəsi  ruhumda bir fəğan oyatır?...



                                    O hıçkırıklar , aman kimdən istəyir imdad



                                    Ki, qəlbimin içini hər zaman qanatır..



                                                            ***



                                     Niçin, niçin dodağından uçan fəğanlardan



                                     İçimdə  dalğalanır  pək acıqlı  duyğu,kədər?..



                                     Niçin, niçin o səni  inlətən amanlardan



                                      Önümdə canlanur bir yəğin səfil  yüzlər?..





                                                          ***



                                      Niçin, niçin bu səfil fəğanlar "aman"lar həp anlat,



                                      Zavallı xəlqimizin  əksi dərd - ü  matəmimi?..



                                      O inlətən səni də  ruhimi  ya   qan ğəmimi?..



                                                           ***







                                      Unut o keçmişi  hayqırma  bitsin əfğanlar,



                                      Bir az da gurlasın  artıq səsində üsyanlar,



                                       Bir az da nəğmənə  qüvvət, bir az da atəş qat!

Uzun müddət Abdulla Şaiqin bu sonetinin kimə həsr edildiyi bilinmirdi.

Sonetin ilk dəfə çap olunduğu jurnalda da bu barədə heç nə göstərilməməmişdir.

Sonrakı tədqiqattlardan celtlmen müğənninin kim olduğu müəyyən edilmişdir.

Sən demə, centlmen müğənni Avropanın vokal sənət beşiyində oxuyan Bülbül-

Murtuza Məmmədov imiş.

Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub

ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa

mollaxanasında musiqi təhsili almağa başlamışdı.

1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır.

1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər.

Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.

1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar

Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur.

Abdulla Şaiqin “Centlmen bir xanəndəyə” soneti bu vaxtlarda,təxminən 1924-cü ilin payızında yazılmışdır.

Məzkur -haqqında danışılan sonetin yazılma tarixi üçün əhəmiyyətini nəzərə alıb, Bülbül haqqında məqsəddən xali olmadığı üçün bir bir neçə söz söyləməyi də
vacib hesab edirik.Bu, onun musiqi dünyası və centlmenliyi haqqında oxucuya müəyyən məlumatları çatdıra bilər.

         Bülbül fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"

(İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib)

operasında oynamışdır.

Bübül 1927-ci ildə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest