TÜRK GƏNCLİYİ

Ulu liderlərimizin ümid gəmisi, millətimizin vuran qolu, dövlətçiliyimizin gələcəyi. Şərəfin,
şanın, ucalığın, vicdanlılığın mirasçısı. Şanlı bir tarixin, igid ataların qəhrəmanlıq dastanlarının
daşıyıcısı. Minlərlə şəhidin əmanət etdiyi bu torpaqların tək varisi Türk gəncliyi. Vətənə sevgi
və sədaqət sənin borcundu. Millətini sevmək və hörmət etmək tək qayən olmalıdır. Mavi
səmalarda süzən şəhid qoxulu bayrağının, o səmalarda əbədiyən qalması üçün sinən sipər
olmalıdı. Qurur duymaq istədiyində o bayrağa bax. Atalarının min əzab-əziyyətlə, canları
bahasına qoruyub saxladığı bu torpaqların uğruna şəhid olmaq ən ali məqsədin olmalıdır.
“Vətən torpağı müqəddəsdir, talehinə tərk edilə bilməz” deyən atalarının vəsiətini
qulaqlarına sırğa etməlisən. Yaxşı bilməlisən şanlı tarixini. Yaxşı bilməlisən ki, düzləri
mənimsəyib, səhflərdən dərs çıxara biləsən. Hər səhfin bizə hansı fəlakətlər gətirdiyini dərk
etməli, o ağrı-acını ruhunda hiss etməlisən. Gözlərini gələcəyə dik, bu gün addımlarını sağlam
ataraq. Hər biriniz, hər zaman bu millətin, bu vətənin qurtarıcısı, xilaskarı olmaq ümidi ilə
yaşamalısınız. Gənclik başını döndürməməli, gözünü qorxutmamalıdır. Unutma sən on dört
yaşında şah olan babaların qanını daşıyırsan. Bu torpaqlar, bu millət davamlı qan-qadaya,
qırğınlara salınmışdır. Lakin bir gün gec, bir gün tez ataların layiqli cavab vermişdir. Qisası
qiyamətə saxlamamışdır. Lakin sənin vəzifən daha çətindir. Sən atalarından fərqli olaraq daha
hiyləgər, daha zalım bir dövürdə mübarizə aparacaqsan. Bu mübarizə səni qorxutmamalıdır.
Əksinə cəsarətləndirməli, ümidləndirməlidir. Atalarının ruhu qarşısında öz vəzifə borcunu
layiqincə yerinə yetirməyin şərəfini yaşamalısan. Dövrü-zamana hazırlıqlı olmalı, bu uğurda
bütün fədakarlıqları gözə almalısan. Hər nə olursan ol, cahillikdən qaçmalısan. Və millətinin
inkişafı üçün əlindən gələni etməlisən. Mənfətlərin önəmli olduğu dövürdə dostunu,
düşmənini seçməyi bacarmalısan. Gənclikdi, cavanlıqdı nağıllarına qapılma. Bil ki, hər yaşında
bu millətin təmsilçisisən. Millətini layiqincə təmsil etməyə borclusan. Sənin timsalında
millətinə qibtə duyulmalı, həsədlə baxılmalıdır. Tarixindən aldığın dərslə yeni mədəniyyətlərin
qurucusu, dünya nizamının düsturu olmalısan. Ədalətdən yayınmamalı, haqqdan üz
döndərməməlisən. Və bilməlisən ki, ən yaxşı dostun, səninlə eyni qanı, eyni canı daşıyan
qandaşlarındır. Bunu bildiyində və əməl etdiyində Ulu Tanrı yar və yardımçın olacaq, gücünü,
qüdrətini artıracaqdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest