Türk dünyası məktəblilərinin tarixi mətbu orqanlardan biri- “Maarif” dərgisi

Hər hansı bir xalqın ictimai-siyasi,bədii fikir tarixində ,mədəni və milli təfəkkür tərzinin

formalaşmasında milli mətbuatın müstəsna rolu vardır. Bu cəhətdən pedaqoji

mətbuatın,dövrün əsas ziyalı qüvvəsi kimi,müəllim sözünün,müəllim düşüncə

tərzinin  kəsəri həmişə hiss olunur,ona xüsusi ehtiyac duyulur. Cəmi iki sayı işıq

üzü görən .”Maarif” məcmuəsi məhz belə bir pedaqoji və ideoloji ehtiyacın  nəticəsində

Ё

meydana  gəlmişdir.

Ölkəmizin arxiv və kitabxanalarında “Maarif” məcmüəsi  haqqında inadl

axtarışlar aparsaq da, onun sonrakı taleyini araşdıra bilmədk.Bəlkə də sonrakı

axtarışlar və incələmələr müəyyən suallara cavab kimi diddəti cəlb edəcəkdir.

“Maarif”in birinci nömrəsi 31 dekabr 1921-ci ildə,ikinci sayı isə birinci nömrədə

düz bir ay sonra-31 yanvar 1922-ci ildə nəşr olunmuşdur.İkinci nömrədəki iki yazının

sonunda “mabədi var” qeydi olsa da,üçüncü nömrənin çıxıb-çıxadığı məlum deyil.

“Maarif” məcmuəsi “Bütün dünyanın işçiləri,birləşin” şüarı-devizi ilə çıxmışdır.

Jurnalın adı üz qabığının yuxarı hissəsində-ortada , ləcə də hər səhifənin yuxarısında

yerləşdirilmişdir.Başlığın üstində məcmuənin devizi,şıxdığı il,ay və həftənin günü

göstərilir. 


Məcuənin birinci n ömrəsinin üz qabığının ortasında çap edilmiş

“səneyi- təsisi”söz birləşməsindən aydın olur ki, “Maarif” uzun bir dövrün nəşri kimi

düşünülmüşdür.Məcmuənin üz qabığındakı bu sözlər onun məram və məqsədi

haqqında oxucuya istiqamət verir:

“Azərbaycan Maarif Komissarlığı tərəfindən ayda bir dəfə nəşr olunan mütəəllimlərə

(dərs oxuyanlara,şagirdləə-N.N.) məxsus türkcə məcmuədir”.

Hər iki nömrənin birinci səhifəsidə məcmuənin fehristi- məqalələrin siyahısı,

cədvəli verilmışdir.

Mənfəətdən xali olmadığı üçün hər iki nömrənin fehristini oxucuların diqqətinə çatdırırıq.

31 dekabr 1921-ci il, N 1.

Fehrist  (mündəricat-N.N.)

Sərlövhə _————- Müəllif

_______________________________________

1) Məqsədimiz Heyəti-idarə

2) “Maarif lövhəsi” M.Hadi

3) Hindistan gözəli Ə.İsgəndər

4) Məktəb nəğməsi *****

5) Janna d Ark S.M.Qənizadə

6) Yurduu sev B.Mürşüd

7) Kənd xalq məişətindən lövhələr  – Müəllim Mahnmud

8) Xoruz deyir Ə.Dai

9) Ölən şəhər K.İsmayılzadə

10) Coğrafiya məlumatları Q.Rəşad

11) Məsələlər t******

12) Lüğət ———-

——————————————————————————-

31 yanvar 1922-ci il,N2

Fehrist

1) Hindustan gözəli

2) Şəhid oğlum- (şeir)

3) Çin və Fonvizin

4) Öksüz çocuq-(şeir)

5) Kənd xalq məişətindən

6) Əkinlər-şeir

7) Cöğrafiya məlumatları

8) Madərin xoruzu

9) İran- (şeir)

10) Məsələlər

11) Lüğət

Yeri gəlmişkən qeyd edək ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində dünyanın

bir sıra ölkələrində “Maarif” adı ilə onlarla mətbu orqan fəaliyyət göstərmişdir.

Bu, hər nəsnədən əvvəl inkişafın əsas meyarının maarif olmasının dərki ilə ilgilidir.

Bu cəhətdən XIX əsrin sonlarında Türkiyədə nəşr olunan dərgi çox maraqlı görünür.

Türkiyədə nəşr olunan “Maârif dergisi” hakkında bilgi “adlı məqaləsi türk dünyasının

ilk maarif nəşrlərinin biri haqqında maraqlı mülahizə və faktlarla zəngindir:

“Maârif dergisi hakkında bilgi: 1891-1896 yılları arasında yayımlanmış haftalık

fen ve edebiyat dergisi.

Türk matbaacılığında ve yayın hayatında önemli bir isim olan Kaspar’ın,

ilk sayısını 26 Muharrem 1309’da (1 Eylül 1891) neşrettiği Maârif,

II. Abdülhamid döneminin diğer dergileri gibi “siyâsiyattan mâada her şeyden bahs eden”

bir dergidir. Perşembe günleri çıkan ve Ahmed Nâci’nin imtiyaz sahibi göründüğü

dergi genellikle on altı, Kaspar’ın ölümünden sonra (sy. 135) sekiz sayfa olarak

ve çift sütun üzerine çıkmış, otuz beş sayılık son dönemde yine on altı sayfa

yayımlanmıştır.

Son sayısı 10 Eylül 1896’da çıkan derginin yirmi altı sayı kabul edilen her cildinde

sayfa numaraları teselsül ederek 204 + 35 = 239 sayıda 3400 sayfaya yaklaşan

bir koleksiyon oluşturmuştur.

2. Abdülhamid döneminin maarif politikası paralelinde Batı dünyasındaki keşifler,

icatlar, sergiler; astronomi, tıp vb. teknik alanlardaki gelişmelerle ekonomi,

eğitim, psikoloji, spor konularına da yer veren Maârif’te, özellikle Kaspar’ın

ölümünden sonra İbnürrıfat Sâmih (Sâmih Rıfat) ve İsmâil Safâ’nın yönetiminde /

edebiyat meseleleri ağırlık kazanmıştır. Dergide şiir, mensur şiir, hikâye ve edebî

mülâhazaları çıkan başlıca yazarlar şunlardır: Mehmed Celâl, İbnürrıfat Sâmih,

İsmâil Safâ, Abdülhak Hâmid, Recâizâde Mahmud Ekrem, Cenab Şahabeddin,

Tevfik Fikret, Ahmed Vefâ, Fâik Esad, Mehmed Ali Ayni, Müstecâbîzâde İsmet,

Midhat Bahârî, Muallim Nâci, Muallim Feyzi, Muhyiddin Râif (Yengin), Ahmed Remzi

(Akyürek), Receb Vahyi, Rıza Tevfik, Ahmed Râsim, Ali Kâmî (Akyüz), Nazîmâ,

Ali Nusret, Âvanzâde Süleyman.

Fransız yazarlarından Guy de Maupassant, G. Ohnet, Emil Zola, Abbé Prévost’dan

tercüme hikâye ve romanların da yer aldığı dergide Mehmed Atâ Bey’in Paul et Virginie

tercümesi Fransızca orijinal metniyle beraber verilmiştir. Yerli ve yabancı yazarların

biyografileri, edebiyat üzerine teori ve tenkit yazıları yanında Maârif imzasıyla 

sekiz sayı süren “Ural ve Altay Lisanları” ve İsmâil Safâ’nın “Mülâhazât-ı Edebiyye”leri

de yayımlanmıştır.

Dinî konular arasında ramazan ve bayram özel sayıları dışında mezhep

imamlarının hayatı, fıkhî bahisler, Rıza Tevfik’in Ali Rıza Tevfik imzasıyla

İbn Haldûn üzerine yedi sayı, A. Şâkir ve Nüzhet imzalarıyla yirmi sekiz sayı

süren Seyyid Şerîf el-Cürcânî’den “Ta‘rîfât-ı Seyyid” tercümesi bulunmaktadır.

Bütün koleksiyonda yerli ve yabancı şahsiyetlere, ilginç olaylara, hikâye ve roman

illüstrasyonlarına, şehirlere ve meşhur yapılara, fennî konulara ait olmak üzere

500’den fazla gravür ve çizim vardır.

Maârif’in, çoğu dergide yayımlanmış yazı ve tefrikalardan oluşan “Küçük Kitaplar”

adlı bir yayın serisi de olmuştur. Derginin tam koleksiyonu Hakkı Tarık Us

Kütüphanesi’nde bulunmaktadır”.

Azərbaycan Respublikası Dövlət Rarix Arxivində Azərbaycan Xalq Maarif

Komissarlığının müxtəlif sənədləri toplanmış 57 nömrəli Fondda “Maarif dərgisi”

haqqında maraqlı və pedaqoji mətbuat tariximiz üçün önəmli olan çoxlu

sənədlər saxlanılır .

Bakıda “Maarif dərgisi”nin yaradılması məsələsinə komissarlığın 14.11.1921-ci il

tarixli kollegiya iclasında baxılmışdır.

Bu məsələ kollegiyada müzakirəyə çıxarılmış 46 məsələdən biridir.

“Maarif dərgisi ” haqqında məsələni müzakirəyə hazırlayan mətbuat məsələlərindən

xəbərdar olan, bu işin vacibliyini yaxşı dərk edən Mahmudbəyov, S.M.Qəniyev və

Ə.Cəfərovdur.

Əslində bu dərgi vaxtilə Azərbaycan məktəblilərinə dərslik səviyyəsində

təqdim olunan “Məktəb” jurnalının davamı kimi başa düşülmədir.

Təşəbbüsçü müəllimlər və müəlliflər jurnalın ayda iiki dəfə 2000 nüsxə tirajla çıxmasını

və bunun üçün layihəyə 6.000.000 rubl ayrılmasını lazım bilirdilər.

Kollegiya iclasının protokolunun 11-ci maddəsindəki dörd abzaslıq qərar komissarlığın

mətbu sözə diqqəti kimi başa düşülməlidir.

Komissiya M.Mahmudbəyov, S.Qəniyev və Ə.Cəfərovun şəxsində redaksiya şurası

yaratmaq, layıhənin smetasını təsdiq etmək kimi vacib qərar çıxarmışdır.

Qərardakı maddələrdən biri jurnalın hər ay 16 səhifə həcmində, 4 min nüsxə tirajla çap

olunmasına aiddir.Qərarın davamı kimi, Baş İctimai Tərbiyə İdarəsinə uşaq

müəssisələrində jurnalın yayılma üsulları haqqında redaksiya heyətinə tövsiyələr

tapşırılır.

Jurnalın hər nömrəsinə 6.000 000 rubl verilməsi rəsmiləşdirilir.

Köllegiya iclası jurnalın nəşrinə təxirəsalınmadan başlamağa da qərar verir./

Qeyd edək ki, rusca yazılan protokolda jurnalın adı kirill əlfbası ilə “MUARİF”kimi

yazılmış, ad tərcümə olunmamışdır.

Maraqlıdır ki,Xalq Maarif Komissarlığının 5 dekabr 1921-ci il tarixli kollegiya

iclasında da yeni mətbuat orqanlarının nəşri məsələsi müzakirə edilmişdir.

Kollegiya iclası Xalq Maarif Komissarının müavini Tomaşevskinin sədrliyi ilə

keçirilmişdir.

Kollegiya iclası Tutenxold,İşkov,Gindes,Eminet,Terequlov,Vəlibəyov,Maqomayev,

Rizzel və Şahsuvarovun iştirakı ilə keçirilmişdir.

Kollegiya iclasında jurnalın tatar (Azərbaycan-N.N.) və rus dillərində ayda ayda

bir dəfə çıxması fikri  müzakirəyə çıxarılır.

“Maarif ” jurnalı haqqında növbəti yazılarımızın birində ətraflı bəhs olunacaqdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  keçirilən 

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

türkoloq

18.10.2017.

maarif dergisi - Maarif dərgisi
maarif dergisi – Maarif dərgisi

Ədəbiyyat siyahısı

1.”Maarif dərgisi”,Bakı, N 1,1921,  N2,1922

2..Orhan Okay.Maarif dərgisi haqqında bilgi

        Türkiye Diyanet Vakfı, 2003, İslam Ansiklope,Kinaes,12.12.2014.


3. ARDTA   (Azərbaycan Respublikası Dövlət Tarix Arxivi)


          Fond 57.Siyahı 1, iş 174,vərəq 111.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest