TENQRİÇİLİYİN XRİSTİANLIQDAKI İZLƏRİ

Bilindiyi kimi əsrlərdi insanlığa təbliğ olunan səmavi dinlər arasında xiristi-
anlıqda mövcuddur. Eyni zamanda qaranlıq məqamları ilə diqqət çəkən din də
xristianlıqdır. Hətta dini kitabları olan İncilin belə bir neçə versiyası mövcuddur.
Bəs xristianlıq haqqında Qu’ran nə buyurur? Bəqərə sürəsinin 87-ci ayəsində
buyrulur: “Andolsun, Biz Musaya kitab verdik və ardıncada elçilər göndərdik.
Məryəm oğlu İsayada dəqiq sübutlar verdik, onu Ruhul-Kudüs ilə dəstəklədik…”
və ya Al-i İmran sürəsinin 50-ci ayətində İsanın dilindən buyurur: “Məndən
əvvəlki Tövratı doğrulamaq və sizə haram qılınan bəzi şeyləri halal qılmaq üzrə
sizə Bəbbimizdən bir ayətlə gəldim. Artıq Allahdan qorxub mənə itaət edin”. Bu
səpgidə başqa ayətlərdə göstərmək olar. Bu məqamda bəzi suallar ortaya çıxır.
Görən nə üçün aləmlərin yaradıcısı İsanı yeni dinlə və kitabla göndərdiyini deyil,
Tövratın təsdiqcisi olaraq göndərdiyini bildirir? Yaxud da Qu’randa özündən əv-
vəl göndərilmiş kitablar haqqında danışarkən kitab (Tövrat) deyə bəhs edilir?
Yəni kitab sözü nə üçün cəmdə deyil də, təkdə işlədilir? Sadəcə tərcüməçilər ki-
tab sözünün qabağında mötərizə açıb Tövrat və İncil yazırlar. Bəs onda xristian-
lıq necə din kimi formalaşaraq müəyyən bir şəkilə düşmüşdür? Bəlkə də Tanrı
xristianlıq deyə bir din yaratmamışdır. İsanın bu dünyadakı misiyası həqiqətən-
də Tövratı təsdiq etməkdən ibarətdi. Bəs elim bu haqda nə deyir?
Türkiyəli tədqiqatçı yazar Murad Acı yazır ki: “Altayda, zamanında Musanın
ardınca buraya gələn yəhudi Yeşua təhsil görmüşdü. Bu haqda Qu’randa da do-
layı yolla söz edilmişdir. Yeşua sonra Roma imperatorluğuna Göy Tanrının atlı-
ları haqqında xəbər aparmışdı. Onun sözü xristianların birinci kitabı olan Apo-
kalipsistdə də yazılmışdır. Bundan ötrü onu İsus Hristo (İsa) olaraq adlandırdılar.
Və ya “Tanrının yaxını”, yəni “Tanrını görən adam”. Murad Acı əlavə olaraq xris-
tiyanlığın yarandığı ilk dövürlərdə kilisə, xaç və xaç çevirmə, vaftiz olunma kimi
ayinlərin, insanları ibadətə çağıran zənglərin mövcud olmadığını, bunların Ten-
qriçiliyə aid ayinlər olduğunu və Türklərdən öyrənərək IV yüzillikdən sonra xris-
tianlığa qatdıqlarını qeyd edir.
Kilisələr, Türklərin Altaylardan böyük köçündən sonra ortaya çıxmışdır. Be-
lə ki, köç zamanı yolda dünyasını dəyişmiş hörmətli şəxsiyyətlərə kurqanlar dü-
zəldən türklər, sonradan bu kurqanların giriş qapısı önündə “haram” adını ver-
dikləri əlavə yer düzəltdilər. Burada danışmaq qadağandı, sadəcə ibadət etmək
olardı. Kurqanın təpəsinə isə müqəddəs Kaylasa dağının siluetini qurdular. Qıp-
caqlar bunu ümumilikdə Kalyasa adından gələn, “kilisa”, “kilisə” olaraq adlan-
dırdılar. Türklər Xan Tenqrinin senbolu isə xaçı seçmişdilər. Dört qolu eyni uzun-
luqda olan xaça isə “aci” adını vermişdilər. Xaça aşina olan Türklər, onun üzəri-

ni qızıl və qiymətli daşlarla bəzəyirdilər. Əslində bunu xaç olaraq sonradan Av-
ropalılar adlandırmışdılar. Xaç iki xətdin birləşməsinə deyilir. Lakin Tenqrinin xa-
çında heç bir kəsişmə yox idi. Ortası günəşin yumuruluğuna işarət edəcək şəkil-
də dairəvi və ondan dört tərəfə yayılan işığı təmsil edirdi Aci. Xaç çevirmə isə,
ruhən təmizlənmiş insanların Tenqriyə bağlılığının göstəricisi olaraq, sağ əlləri-
nin baş və adsız barmağını birləşdirərək alınlarına, sinələrinə, sağ və sol çiyin-
lərinə gəzdirərdilər. Vaftiz olunma (“Arı-sil” və ya “arı-alkın”) isə hələ Altay-
larda yeni doğulmuş uşaqları xaçlı suya salaraq Sonsuz Mavi Göyün dünyasına
girmələrinə vəsilə olardılar. Vaftiz olunma IV yüzillikdən sonra xristianlarda or-
taya çıxmışdır. Bunu xristiyan tarixçiləri də inkar etmirlər. Bu gün hələ də Ten-
qriçilik inancının qorunub saxlandığı Tibetdə insanlar eyni şəkildə vaftiz olun-
maqdadır. Murad Acı, ibadətə çağıran zillərin mövcudluğunu arxeoloji qazıntılar
sübut etsədə, nə formada olduğu və bu haqda məlumatın tam aydınlaşdırıla
bilmədiyini qeyd etmişdir.
Bəs bunları xristianlara kim öyrətmişdi?
Qıpcaqlar böyük köç zamanı Dərbəndə gəlib çatdıqlarında artıq dünyada
Tenqrinin atlıları haqqında rəvayətlər gəzirdi. Bu yenilməz ordu gücünü isə öz
Göy Tanrılarından aldıqları söylənilirdi. Bu zaman ermənilər papaz Qriqorisi
Göy Tanrını öyrənməsi üçün Dərbəndə göndərirlər. Qriqoris uzun müddət
Dərbənddə yaşayıb Tenqriçiliyin bütün sirlərini öyrəndikdən sonra geri dönür.
Və beləliklə Avropalılar Tenqriçiliyi öyrənmiş və mənimsəmiş oldular. Za-
manla Tengriçiliyi təhrif edərək, xristiyanlığı ortaya çıxartdılar. Bəlkə də buna
görə, İsa peyğənbər yenidən zühur etdiyində xaçı qırcağı rəvayət olunmaqdadır.
Bu gün bizə xristianlıq diyə öyrədilən dinin, əslində atalarımızın qədim inancı
olan Tenqriçiliyin üstündə kökləndiyini, İsa peyğənbərdən deyil, Xızır peyğən-
bərdən qaldığını heyif ki, çoxlarımız bilmirik. Bu məqamda məhşur bir deyim
yadıma düşdü: “Din, yamaq vurulmuş qara bir əbaya bənzəyir, yamaqları sök-
sən, ortada din deyə bir şey qalmaz”.
Rəhim VAHİD

Pin It on Pinterest