Sözün ve Ruhun Estetiği Arif Pənahoğlu’nun Şiir Dünyasına Tematik Bir Bakış

Arif Pənahoğlu – Şiirleri: Edebi Üslubu, Tematik Derinliği ve Hissettirdikleri
Çağdaş Azerbaycan edebiyatının dikkat çeken isimlerinden biri olan Arif Pənahoğlu, “Şeirlər” genel başlığı altında topladığı eserlerinde köklü bir edebi geleneğin modern yansımalarını sunar. Şair, Türk dünyasının ortak hissiyatına dokunan lirik ve felsefi yaklaşımıyla öne çıkmaktadır.
Şiirin Teması
Şairin eserlerinde temel izlek olarak insanın içsel yalnızlığı, zamanın akışkanlığı ve doğaya duyulan derin özlem işlenir. Hayatın gelip geçiciliğini evrensel bir düzlemde ele alan Arif Pənahoğlu, bireyin modern dünya karşısındaki yabancılaşmasını ve ruhsal arayışlarını şiirlerinin merkezine koymaktadır.
Şairin Edebi Üslubu
Arif Pənahoğlu’nun edebi üslubu, akıcı, duru ve imgelerle örülü bir yapıya sahiptir. Azerbaycan Türkçesinin müzikalitesini ve zengin kelime dağarcığını ustalıkla kullanan şair, az sözle çok şey anlatma sanatını başarıyla icra eder. Geleneksel hece vezninin ritmini modern şiir formlarıyla harmanlayarak, okuyucunun zihninde kalıcı görsel tasvirler (tablolar) oluşturur. Samimi ve dolambaçsız anlatımı, eserlerin geniş kitlelerce benimsenmesini kolaylaştırmaktadır.
Şiirin Hissettirdikleri
Pənahoğlu’nun dizeleri okuyucuda hüzünle karışık bir huzur ve derin bir tefekkür duygusu uyandırır. Geçmişe duyulan hasret ile geleceğin getirdiği belirsizlik arasındaki ince çizgide yürüyen okur, şairin rehberliğinde kendi iç dünyasına doğru anlamlı bir yolculuğa çıkar. Şiirler, insanı günlük hayatın keşmekeşinden uzaklaştırarak varoluşsal sorularla baş başa bırakan dingin bir atmosfere sahiptir.
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Arif PƏNAHOĞLU
Şeirlər
Ürəyim
Bütün dərdlərimi yığıb başına,
dözüb çəfaların çəkən ürəyim.
Onlara yurd salıb, saray ucaldıb,
özünün təməlin sökən ürəyim.
***
Dözülməz əzablar gətirdi cana,
hədsizdi nifrətin müdhiş dövrana.
Gözün qürurunu qoymayıb sına,
Bir yumub, min yerdən tökən ürəyim.
***
Arifin köksündə hər dərdə dözüb,
Bezib, tab gətirmir dözümdən bezib.
Bəndeyi bəşərdən əlini üzüb,
Gözünü Tanrıya dikən ürəyim.
KEF ÇƏKİR
Əcəb bir dövranın qonağı olduq,
Ağıllı dərd çəkir, dəli kef çəkir.
Əli zəhmətiylə dolana bilmir,
Oturub evində Vəli kef çəkir.
***
Yağış da yağmayır biz olan kəndə,
Dəhşətlər yaşadır gördüyüm məndə.
Kasıbın bostanı su həsrətində,
Varlının bağında gülü kef çəkir.
. ***
Çıxıb insanlıqdan rütbədə nadan,
Pisliyə bağlıdı niyyəti hər an.
Xəstə əzab çəkir qan azlığından,
Yapışıb damardan zəlı kef çəkir.
***
Soyuyur Arifin qəlbinin közü,
Duyulan qəlbi yox, sayılan sözü.
Özünə yol seçıb doğrunu-düzü,
Ağıl ucbatından bəli, “kef” çəkir.
DÜNYA EVİMİZ
Qorxunc bir əsatir, qorxulu nağıl,
Hər anı vahimə, dəhşət doğurur.
Qovan şikarını, qaçan canını,
Hər kəs köməyinə Allah çağırır.
***
İnanmaz dövranı nə hala düşüb,
Tanrı yetirərsə nəzər, çağına.
Dünyasın cəhənnəm girdabı görüb,
Özü peşman olar yaratdığına
***
Seçilməz kimliyi – boz canavarı,
Fərq edib qoysalar, insan yerinə .
Əqil, ruh verdiyi bəşər övladı,
Qənim kəsilibdir biri-birinə.
***
Qəribə məkanmış dünya evimiz,
Gözümü nuruna kaş ki, açmazdım.
Bu qədər əzablar içində ikən,
Gərək kandarına ayaq basmazdım.
BU DÜNYA
Sən təzə yolçusan, xəbərin olsun,
Sonu görünməyən yoldu bu dunya.
Bir gələn sevinir, bir köçüb gedən,
Cəlladlar əlində quldu bu dünya.
***
Kim ki, gərdişini sanır oyuncaq,
Tökülür üstünə qəm qucaq-qucaq.
Kiminin evində, yanırsa ocaq,
Kiməsə soyumuş küldü bu dünya.
***
Yerisən üstünə, gözündən salır,
Etibar eləmə, verdiyin alır.
Aldadıb, axırda ilantək çalır,
Kimin ki üzünə güldü bu dünya.
***
Arifəm, ünvanım eldə car idi,
Tükənməz İlhamım, eşqim var idi.
Bir zaman mənə də laləzar idi,
Gözlərim önündə soldu bu dünya .
UFFF
Nə dilədim, Tanrı verdi, pay oldu,
Qismətə bax, nə verdisə zay oldu.
Keçən ömür elə ahu-vay oldu,
Qaysaqtutmaz sağalmayan yaram, ufff.
***
Kimsə bilməz sirrlər yatıb içimdə,
Ocaq qurub, tonqal çatıb içimdə.
Ruh özünü dağdan atıb içimdə,
Sızlamayan haram var kı, haram, ufff.
***
Susmaq bilmir içimdəki əzablar,
Görən gözüm gördüyündən günahkar.
Susan dilim günahkardı nə ki, var
Qulaqları darı dələn karam, ufff.
***
Bitmək bilmir öz-özümə sualım,
Boş-boşuna təsəllidən nə alım.
Cismim darda, göylərdədi xəyalım,
Şikəst əldə, kökdən düşmüş taram, ufff.
***
Bəxti yatmış ömrü talan cismimə,
Fələk tamam gözdən salan cismimə.
Arif, neynim dərddən nalan cismimə,
Tapılmayan, bilinməyən çaram, ufff.
Sızlamayan haram var kı,haram, ufff.
Qaysaqtutmaz sagalmayan yaram, ufff.
AY XƏZƏR
Sənin tək qəlbimə yaxın kimim yox,
Salam, könül dostum, Xəzər ay Xəzər.
Nə yaxşı Tanrımız bəxş edib səni,
Sənsiz dərd-qəm məni ,üzər ay Xəzər.
***
Nə vaxtdı gəlmirdim sahillərinə,
Min şükür,həsrətim dönübdü çinə.
Baxıram gümüşü ləpələrinə,
Nə gözəl sinəni bəzər, ay Xəzər.
***
Gör neçə gözəlsən,şərh varmı buna,
Dalğalar qırçındır mavi donuna.
Al günəş balan tək, girib qoynuna,
Səhərlər yuyunub üzər, ay Xəzər.
***
Çoxları qədrini bilməyir hələ,
Səni tay tutmaram gövhərə,lələ.
Harda ömür sürüb yaşasam belə,
Xatirən qəlbimdə gəzər, ay Xəzər.
***
Talehin,qismətin işinə bir bax,
Duşdum doğma eldən vətəndən uzaq.
Həsrət elə şeydi,üzlərdən iraq,
Əlindən vücudum bezər, ay Xəzər.
***
Arif duyur sənlə qürur,iftixar,
Qəlbində mərhəmət,əzmındə vüqar.
Səni vəsf etməyə nə cürətim var,
Səndən sənətkarlar yazar, ay Xəzər.
Nə yaxşı Tanrımiz bəxş edib səni,
Sənsiz dərd-qəm məni üzər, ay Xəzər.
ADSIZ ŞEİR
Bir kənd vardı bir zaman bu dağların qoynunda,
Əzəməti, vüqarı zirvələrdən alırdı.
Göylər sıldırımların çiynində nənni idi,
Çınqıllı gədiklərdə köhənlər nal salırdı.
Haylı-küylü, abadan, bərəkətli, firəvan,
bu cənnətin ğözündə məğrur bir el qalırdı.
***
Bu kənddən Lələ köçüb, yurdu qalıb viranə,
Geniş yollar çevrilib xırda ensiz cığıra.
İşdi, ürəyin tutsa, ya ayağın burxulsa,
Gözə kimsə dəymir ki, adam haya çağıra,
Könül elə istəyir qalxıb o hündür dikə,
Səsi batana qədər haray çəkib bağıra.
***
Bilməzdim ki, bu həyat, bir bu qədər sərt olub,
bu qısa ömrümüzü sökə-sökə bac alar.
Boylanıram bu yastı təpələrin üstündən,
Tüstülənmir qar örtmüş köhnə kərpic bacalar.
O evlərdə nə od var, nə ocaq, nə hərarət,
Dirsəklənib balışa mürgüləmir qocalar.
***
Keçirəm məhlələri, ötürəm həyətləri,
Çoxlarının sahibin həsrət külə çevirdi.
Nakam ruhlar dolaşır bu ev məzarlıqların,
Axı onlar bir-birin dəli kimi sevirdi.
Bir sual ünvanladım Tanrının dərgahına,
Bu şad-xürrəm həyatı kimlər, nədən devirdi?
***
Bir hana var, bu uçuq evin sağ tərəfində,
Üzərində bitməmiş bir natamam gəvə var.
Pozur damcı səsləri, sükunətin züyünü.
Öndə pas atmiş qayçı, köhnə kirkid, həvə var.
Sezmək olur bu tozlu ilmələrin halayın,
Həkk olmuş karvan yolu, qatar-qatar dəvə var.
***
Mənə nələr anlatdı, mənə nələr danışdı,
Bu çürümüş səhəngin dəhşətli qan yaddaşı.
Söykədim bir divara dik dayansın, şax dursun,
Qalan təkcə boğazı, qulpu sanağı, başı…
Burda adam ağlamır, qətrə-qətrə əriyir,
Daxildə selə dönür, qəlbdən süzən göz yaşı.
***
İyi batıb torpağa, kiriş topdan sallanır,
Görcək, heyrətə gəldim bu zavallı cəhrəni.
Asmaq üçün ip gəzdim, ancaq tapa bilmədim,
Görən kimlər çalxamış bu çürümüş nehrəni,
Kimsə qətlə yetirib bu firəvan növrağı,
Tullamışdı bir küncə ağzı qanlı dəhrəni.
***
Təndir…uçub dağılmış, ancaq yeri bilinir.
İstədim ki, qalayam, soyuqluq itə gedə.
Bir çörək bişirməyim yaman keçdi içimdəm,
Fəqət qorxdum yapdığım kündələr kütə gedə.
Hardasan ev sahibi, ruhuna salam olsun,
Kaş övladı, nəvəsi köçün yığıb qayıda,
Bu həsrət, bu intizar biryolluq bitə gedə.
MƏN ŞAiR DEYİLƏM
Mən şair deyiləm, şerlər yazam,
Dərdin şəkillərin çəkən rəssamam.
Yadindan çıxmışam Pərvərdigarın,
Bəxtim yazilmamış doğubdur anam.
***
Sevinci özgənin gözündə görüb,
Onun həsrətini çəkən olmuşam.
Saraylar ucaldan bir memar kimi,
Icimdə saraylar tikən olmuşam.
***
Istəklər zəncirli əsirlər kimi,
Çıxmağa tapmayıb,bu sarayda çəm.
Azad olunmamış məhkumlar kimi,
Ölub,oradaca dəfn eyləmişəm.
***
Urəyim arzular məzarıstanı,
Burda hər taleli məzar tapılar.
Duyub görən olsa,qəlbın icini,
Başın silkələyib,xəyala dalar.
***
Əldə firçam qələm,kətanım kagız,
Seçirəm rəngini ahu -zarlarin.
Arifəm,bir ömrun tarixin yazıb,
Çəkirəm rəsmini bu məzarların.
GÖZÜN AYDIN ŞEYTAN BABA
“Gözün aydın”, Şeytan “baba”.
Nəhayət ki, sən yetişdin əməlinin zəhmətinə.
Artıq öldü, bütün bəşər yas içində,
İnsanlığı yola saldıq o dünyanın rəhmətinə.
***
Güclü çıxdın, sən qalibsən.
Məhv elədin insanların bir-birinə
şəfqət ilə mərhəmətin.
Verdi artıq töhfələrin-
İnsanların daxilində apardığın siyasətin.
***
Can gəzdirir ayaq üstə ruhumuzun heykəlləri.
Nəfsin aciz köləsidir, qürurumuz, mənliyimiz.
Məzlumların göz yaşının üzərindən,
İnşalanır sevincimiz, şənliyimiz.
***
Günahların çoxu bizdə.
Lənət deyib qarğış etdik, işlərimiz əyiləndə.
Odur ki var, içimizdə insanlığı məhv eləyib,
İntiqamın hikkəsiylə,
bizi zəlil etdin sən də.
***
Sənə uyub oda atdıq, imanımız külə döndü,
Məleykələr kor oldular ərzə qalxan tüstümüzdən.
Yaradanı unutdurdun daş bütlərin qarşısında,
O səbəbdən, Allah çəkdi nəzarətin üstümüzdən.
***
“Gözün” aydın, Şeytan “baba”…
Nəhayət ki, sən yetişdin əməlinin zəhmətinə.
Artıq öldü, yas içində bütün bəşər,
İnsanlığı yola saldıq o dünyanın rəhmətinə.
BIR DÜNYA YARAT
Sənə canım fəda, ey ulu Tanrı,
Bizə yaşamaqçün bir dünya yarat.
Tükənir buranın havası, suyu,
Bizi, həyat olan planetə at.
***
Qoyma ora düşə vampir sürüsün,
Duşsə, oranı da kor qoyacaqlar.
Burda qanımızı soran məxluqlar,
Orda da bağrıma qor qoyacaqlar.
***
Olmasın orada nə var, nə sərvət,
Yasaq et məkiri, nəfsi, tamahı.
Əyməsin qədləri qayğının yükü,
Rahat qarşılayaq gələn sabahı.
***
Bezikdim cansıxan bu dar qəfəsdən,
Insafsiz dünyadı, dagıt, məhv elə…
Əgər qıymırsansa, yaratdığına,
Əl gəzdir, köhnəni barı təzələ…

