Genel

Son döyüş

Son döyüş
hazır olsun, kəhər atım,
qalxım yalmanına yatım;
bir əlimdə qılınc tutum,
birində də yüyən olsun;
gedirəm yağını basam,
gözünün ağını basam;
yağını dilindən asam,
göy üzünə bəyan olsun;
sınıq düşən obaların,
külə dönmüş yuvaların;
göy talada babaların,
ruhuna da əyan olsun;
ürəyim bərkiyib, daşdl,
yağı qaçır, meydan boşdu;
bu son döyüş, son savaşdı,
Tanrı bizə həyan olsun.

Pin It on Pinterest