BU YOL QARABAĞA GEDİR

Bu günlərdə Azərbaycan dövləti, Axərbaycan xalqı, Azərbaycan ordusu yeni
tarix yazır. O tarix ki, gələcək nəsillərə qururla anlatılacaq tarixlərdən biri.
Qarabağ bizim hüzün yerimiz, qəm yerimiz, minlərlə şəhidimiz üçün yas yerimiz
və ən pisidə kimlərinsə yanında adı gələndə səsimizin qısıldığı, üzümüzün
qızardığı, gözlərimizin dolduğu yerimiz idi. Lakin bu məhkumiyyətin, bu
məyyusluğun bitdiyi günləri yaşayırıq. Mən hər zaman millətimin gücünə,
qüdrətinə inanmışam. Və bu inamımı bu günlərdə döyüş bölgəsinə gülə-gülə,
sevinə-sevinə gedən oğullarımızın varlığı bir daha möhkəmləndirdi. Az öncə
oxuduğum bir xəbər bu millətdən nə qədər möhkəm yapışsaq az olduğunu bir
daha sübut etdi. Belə ki, yaralanaraq rayon xəstəxanalarından birinə gətirilən iki
hərbi qulluqcumuza ilkin müdaxilələr edildikdən sonra bir neçə gün istirahət
etməklərinin vacib olduğunu israr edən həkimi dinləməyərək, cəphəyə geri
dönən hər iki hərbiçimiz, bu millətin əzimkarlılığının, döyüşkənliyinin, birliyinin
və zəfər eşqiylə, qələbə eşqiylə, qisas eşqiylə yanıb tutuşan bir millət
olduğumuzun bariz nümunəsidirlər. Mən əminəm ki, çiyin-çiyinə döyüşən
oğullarımız azad olunan bölgələrə şərəfli bayrağımızı ilk sancan olmaq uğrunda
yarışırlar. Yarışırlar o torpaqlarda şəhid olmuş bacı və qardaşlarımızın
artıqlaması ilə qisasın almaq uğrunda. Bu düşmənin ağlaya-ğlaya döyüş
bölgəsindən qaçmağından bəllidir.
Bu gün işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərin
üçüncü günüdür. Bu müddət ərzində biz həm torpaqlarımızın bir qismini azad
edərək müəyyən yol qət etdik, həm də dostun kim, düşmənin kim olduğunu bir
daha xatırlamış olduq. Sözün düzü xəyal qırıqlığı da yaşamamış deyilik. Təssüflər
olsun ki, bu ağır günlərdə Türk dövlətlərindən yanlız Türkiyə hər cəhətdən
bizlərə dəstək olduğunu bəyan etdiyi halda, digər Türk dövlətlərimizin susqun
durmağı bizi məyus etməmiş deyil. Lakin hər hansı bir siyasi manevra olduğunu
ümid edərək, ən yaxın zamanda öz dəstəklərini göstərəcəklərinə inanırıq.
Ordumuzun gücü, dövlətimizin qətiyətliliyi və qardaş Türkiyənin yanımızda
istiqrarlı duruşu çox keçmədən torpaqlarımızın işğaldan azad olunacağına əmin
edir bizi. Və son günlər cərəyan edən hadisələr bizə əsas verir ki, rahatlıqla “bu
yol Qarabağa gedir” diyək. Bu şanlı yolda Ulu Tanrım yar və yardımçımız olsun.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest