ŞƏRQŞÜNAS ALİM AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN ÖLKƏDƏ VƏ XARİCDƏ TƏBLİĞİNƏ GÖRƏ FƏXRİ FƏRMANLA TƏLTİF EDİLİB

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

AKADEMİK ZİYA BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU

ŞƏRQŞÜNAS ALİM AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN ÖLKƏDƏ VƏ XARİCDƏ TƏBLİĞİNƏ GÖRƏ FƏXRİ FƏRMANLA TƏLTİF EDİLİB

Bakı şəhəri                                                             10 dekabr 2021-ci il

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, İnstitutun Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı ictimai fəaliyyəti, Azərbaycan həqiqətlərinin ölkəmizdə və xaricdə təbliğində xidmətlərinə görə AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Fəxri fərmanı ilə təltif edilib.

Fəxri fərmanı S.Talıblıya AHİ-nin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov təqdim edib.

Professor H.Qurbanov S.Talıblının elmi yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu, onun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındaxeyliişlər gördüyünü,alimin100-dənartıq məqaləsinin xaricdə müxtəlif dillərdə çap olunduğunu bildirib.

Nəzərinizə çatdıraq ki, tarixçi-şərqşünas dos. Sübhan Talıblının Azərbaycan tarixi, xarici siyasəti, mədəniyyəti, iqtisadiyyatı, Dağlıq Qarabağın və ətraf rayonların işğalı, habelə ermənilərin törətdiyi soyqırım və hərbi təcavüzlə bağlı hazırladığı 100-dən çox məqalə ərəb, fars, türk, rus dillərində olmaqla Misir Ərəb Respublikası, İordaniya Haşimilər Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Livan Respublikası, İran İslam Respublikası, Türkiyə,  Qazaxıstan, Özbəkistan və Rusiyada 60-dan çox nüfuzlu qəzet, sayt, xəbər agentlikləri və informasiya portallarında yayımlanıb. Bu sırada alimin ərəb dilində məqalələrinin yayımlandığı Misir Ərəb Respublikasının “əl-Diplomasi”, “Şabab əl-Nil”, “Asiya əl-youm”, “əl-Vəsilə”, “əl-Daulə”, “əl-ümmət”, “Səda” xəbər agentlikləri və informasiya portallarını,  İordaniya Haşimilər Krallığının “Neyruz”, “Nəbz”, “Şərq” informasiya portallarını, Birləşmiş Ərəb Əmirliklərinə məxsus gündəlik “əl-Fəcr” qəzetini, “dubaiiconiclady”, “Emirates-torism”, “dubaihospitalitynews” xəbər portallarını, rus dilində yazılarının təqdim edildiyi Özbəkistan Respublikasının  “orol24.uz”, “fikr.uz”, “interpress.uz”, Qazaxıstanın “ea-news”, “qazaquni” xəbər portallarını, Türkiyədə türkcə məqalələrini izləyicilərinə çatdıran turkishnews.com.tr, kriminsesigazetesi.comkafkassam.com saytlarını, eləcə də İranda məqaləsini farsca dərc edən “Xudafərin” və azərbaycanca çap edən “Varlıq” jurnallarını və s.-ni qeyd etmək olar.

Vüqar Məmmədov,

AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru.

ŞƏRQŞÜNAS ALİM AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN ÖLKƏDƏ VƏ XARİCDƏ TƏBLİĞİNƏ GÖRƏ FƏXRİ FƏRMANLA TƏLTİF EDİLİB
ŞƏRQŞÜNAS ALİM AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN ÖLKƏDƏ VƏ XARİCDƏ TƏBLİĞİNƏ GÖRƏ FƏXRİ FƏRMANLA TƏLTİF EDİLİB

Pin It on Pinterest