GenelGüncelKültür Sanat

Səma və Qibləgahı

Nazım AHMETLİ

KırımınSesi Gazetesi

Azerbaycan Temsilcisi

Səma Muğanna

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 Səma və Qibləgahı

Qibləgahım İsa Muğannaya ithaf edirəm…

-Niyə qaranlıqdasan?

– Kabuslarımın saçlarına sığal çəkirəm..

-Nə?

    Səma Qaranlığın son sualını da cavablamadan otaqdan çıxdı.  Əlinə bir ip alıb yan otağa keçdi. Otağın qapısını yavaşca  kilidlədi. Qapının küncünə qısılıb hönkürtü çəkdi. Saçlarını yolaraq, simasını cırmaqladı. Üzündən qan axana qədər yaraladı, təcavüzlə qollarında izlər qoydu. Əlində topalanan saçlarına baxdıqda daxilindəki fırtına daha da böyüyüb onu sarsıtdı. Qapını döyənlər oldu, qırmaq istəyənlər də, amma heç kəs bacarmadı. Artıq gec idi.. Gəlin, mən danışmayım, Səma özü həyat hekayəsini danışsın…

    Mən sevgini bütün ruhumda hiss edən, kövrək, duyğusal qızcığazam. Mən yaşadıqca dünya da yaşayır. Mən ağladığımda bədbəxt taleyim də məni qucaqlayıb ağlayır. O gün intihara cəhd etdim. Niyə belə dedim? Bəli, intihar, çünki insanların gözü önündə bu hadisə yalnız intihara bənzəyirdi. Ancaq mənim üçün intihar deyil, qurtuluş idi. Mən 17 il öncə doğulan Səmanın məzarına geri dönəcəkdim. Ruhumda heç böyüməyən 2-ci Səmanı niyyətim öldürmək deyildi. Onu həyat kumirimə təslim edib nifrət, acımasız dolu Səmanı öldürəcəkdim. Simamdakı ləkələri gizlədirəm, qollarımdakı izləri də. Bilirsiniz niyə? Çünki bu etdiklərim qaranlıqla yaşadığım mübahisənin son nəticəsidir…

    O gün Səma ipi yuxarıda bağlayıb ovcuna dərmanları tökdü. Aynanın qarşısına keçib söhbətləşməyə başladı. Nəsə pıçıldayırdı, amma anlamaq olmurdu. Qarışmış saçlarını daraqla sığal çəkib, əlindəki topalanmış saçları zibil qutusuna atdı. Simasını xəsarət yetirdiyi çat-çat, quru əllərinə baxdı və əlləri ilə simasındakı göz yaşlarını sildi.

  İzlər-qara buludların göy üzünü alıb quru torpağı islatması kimidir. Ağrısında nərə çəkir, amma səsini heç kim duymur…

    Qapının kilidini yavaşca açıb qonaq otağına keçdi. Otaqda ip hələ də tavanda asılı idi. O, tavanda asılan ipə xeyli baxdı. Deyəsən, dəli olduğunu zənn edirdi. “Axı mən dəli olmaram! İnsanlar məni dəli adlandırarsa? Nə? Nə baş verər? Yox, yox mən dəli ola bilmərəm?”- deyə sığallanan saçlarını yenə incidir, özünə şiddət edirdi. Bu şiddətləri başqası görərsə, özünün deyil, başqa birisinin etdiyini zənn edər. Qışqıraraq, artıq içindəki fırtınanı boğmadan dörd divar arasında qaçan Səma taqətdən düşmüşdü. Yenə də ayağa qalxıb otağa keçdi.  Asılan ipə,ovcunda sıxıb qana buladığı dərmanlara da diqqətlə baxdı. Yavaşca pıçıldadı: “hansı?” “axı hansısız?”

    Səma dərmanları və ipi əşya, kimyəvi maddə kimi deyil, insan olaraq görürdü. Hə, yaxşı, lap Səmanı dəli adlandırın, ey insanlar! Ancaq qəbullanmasanız da, Səma fərqlidir! Səma bu fani dünyanın qəddarlığına dözəcək qızcığaz deyil!

     İp və dərmanlar onun düşmənləri idi. Biri düşməni, biri də çox sevdiyi insan… Səma hər daima sevgisizlikdən, yaşadığı acı fırtınadan dolayı acımasız birinə çevrilib. Bu dəhşətli fırtınanın sonu təbii ki, faciə ilə nəticələnəcəkdi. Gəlin, bir az Səmanı dinləyək:

   Ovcumdakı dərmanları yerə atdım, amma tələsik stula qalxıb ipi boğazıma keçirdim. Masamın üzərinə baxdım. Orada kiçik bir yazı parçası vardı:

    Gənc yazıçı şiddətli şəkildə öldürüldü.

  Bu başlığı mən yazmışdım, çünki insanların düşüncə tərzi budur! Bilirsiniz ətrafımdakı insanlar kimə bənzəyir? Alov və suya. Alov kimi qəddardırlar, amma su kimi təmiz olduqlarını zənn edirlər. Mənim qollarımda qoyduğum izləri onlar su və alovla təmizləyə çalışacaqlar, ancaq bacarmayacaqlar. Bacara bilməzlər.

   İllər acımasız deyil, dilimdəki kəlmələr alov kimi qəddardır. Əlimdə topalanan saçların günahı nədir? Ağlımdakı nədir? Heç bilirsiniz? Bu yolunan saçlar, simamdakı ləkələr nədir axı?

    Qəfəsdəki göyərçintək uçmaq üçün çabalayırdım. Baxın, bu yolunan saçlarımla, simamda yaratdığım izlərlə qürur duyuram! Çünki içimdə hayqırtıyla bağıran 2-ci Səmanı incitmişəm! İndi ovcumda sıxdığım dərman parçaları da mənimlə danışmağa çalışır. Onlar mənim düşmənimdir, amma mənə deyirlər ki, yoldan geri dön, Səma…

    Səma ipi boynuna keçirib pəncərədən bomboş küçələri xeyli izlədi. Sanki hansısa səs onu bu yoldan geri döndərəcəkdi.

   Yol, insan, tale, acı, həqiqət.. Bu sadalıdıqlarımın hər biri Səmanın sirdaşıdır.

   Hər şey yol ilə başlayır. Yol- dərinlərdə yaşayan, kül olan insan sümüklərinin eskisizidir. Bu eskizdən insan doğulur. İnsan doğulanda ağlayırmı? Bəli. Acını dadır və həqiqəti anlayır… Baxın, hər şey burada başlayır…

    Boğazına keçirdiyi ipə xeyli baxdı. Onu boğazında nə qədər sıxmağa çalışsa da, bacarmırdı. Əlləri əsir, bədəni tir-tir titrəyirdi. Titrədikcə əlləri ilə qollarına toxunub yaralarını daha da incidirdi. Qollarını necə qana bulamışdısa, ağrıya dözə bilməyib, göz yaşları da qışqırtı qoparırdı…

    Bu qışqırtını duyan oldumu? Əlbəttə ki, yox. Niyə? Çünki Səma səssizcə qışqırırdı. İçində boğularaq qışqırır, yaşadıqlarını film lenti kimi izləyirdi…

1-ci xoşbəxt Səma 2006-cı il..

2-ci balaca Səmanın zalım dünya ilə tanışlığı 2012-ci il

3-cü bədbəxtliyə sürüklənən qızcığaz 2014-cü il

4-cü yaşadıqca hər gün ölüm hökmünü gözləyən Səma 2020-ci il…

5-ci göy üzünün mələk Səması 2023-cü il…

  “Göy üzünün mələk Səması” dediyimdə Səma hələ intihar etməmişdi. Bu “intihar” sözü yalnız insanların dilindəndir. Səma bədbəxtliklərini, yaşadığı kabuslara son qoyub, sevgini tapmaq üçün yuxuya dalacaqdı. Bu yuxu kabus qədər qorxulu, amma bir o qədər də huzurlu idi. Səma hələ də yuxularında Qibləgahının onu gəlib aparmağını gözləyir.

   Necə deyirdi: “Qaranlıq, mən hər şeydən usanmışam, mən qaçmaq istəyirəm…”

    Qaçmaq ayaq addımlarına xəyanət etmək kimidir. Qaçdıqca yollardakı işıqlar sönür, qəhqəhələr çoxalır, təcavüz kimi boynuna yapışıb səni zorlayırlar. Gözlərindən axan yaşlar da səndən intiqam almaq üçün gecə-gündüz çalışır. Səma bu hadisələri yaşadıqca qəddarlaşmışdı və bu gün hər şeyə son verəcəyini düşünürdü. “Bu bir xatirədir” adlı məktub yazıb qoymuşdu masasının üstünə.

   Məni bağışla.. Artıq xatirələrimi də bu yadlaşan küçələrdə qoyub gedirəm. Kül olsa da, stolun kənarına qoyduğum yanan saçlarıma bax. Xatırla ki, bu saçları sevirdin axı. İndi yanmış saçlarının üstünə çay tök. Bax, stolun bir küncündə isti çay və şokolad var. Onu balaca uşaqlara ver, qoy yesinlər. Deyərsən ki, Səma şokoladı çox sevirdi. Soyuducuda yarımçıq qalan yemək var. Yeyə bilmədim, qoydum kənara. Artıq yeyə bilmirəm. Şiddətə məruz qaldıqdan sonra hər şeydən imtina etmişəm… Dediyim isti çay var ha, onu kənara qoyduğum saçlarımla islat. Saçlarımı qurudub torpağa basdırma. Onlara, heç olmazsa,xəyanət etməyim. Bu həyatda özümdən başqa heç kimə xəyanət etmədim. Çoxları mənə xəyanət etdi, amma mən 2-ci Səmaya xəyanət etmək istəmirəm. Deyəsən, çox danışdım. Nə isə boş ver. Kimsə gəlib qapını döyərsə, de ki, Səma yatıb və heç vaxt oyanmayacaq. Yastığımda qan ləkələri var. Qollarımdan axan qandır. İndi qollarımdakı ağrını hiss etmirəm, amma sən hiss etmək istəsən, çaynikdəki isti çayla əllərini yu. Yaxşımı? Salamat qal…

    Səma bu məktubu yazdıqdan sonra saatlarca boynundan asılan ipə, yerə atdığı dərmanlara baxdı. Saat 03:41 göstərirdi. Səma, nə zaman bu işi bitirəcəkdi? Nə baş verdi?

   Boynumdakı ipi sıxmaq istədiyimdə qapı sürətlə açıldı və Qaranlıq qəfildən boğazımdakı ipi çıxarıb stulu pəncərədən atdığı kimi özü də qeyb oldu. Yaralanan qollarımla birgə dizlərimdən də qan açıldı. Üzərimdəki cırıq paltarlara baxdım, yolunan saçlara. Hər şey dəyişmişdi. Heç nə əvvəlki kimi deyildi. Elə bil zaman məni izləyirdi. Necə yəni? Hər şey anidən dəyişə bilərdimi? Bu necə ola bilərdi?

   Səma Qaranlığın naməlum şəxs, yaxud nə olduğunu heç vaxt bilmədi. Sadəcə qurtuluşuna( intihara) qovuşa bilmədiyi üçün bərkdən hönkürtü çəkdi… “Axı mən qurtulacaqdım” -deyə son sözü dedikdən sonra huşunu itirdi.

     Oyandığında Qibləgahını yanında gördü. Gözlərini yavaşca açıb diqqətlə ətrafa baxdı. Sanki bir neçə saat öncə bu hadisələr yaşanmamışdı, ya da zaman Səmaya bir oyun oynamışdı. O Qibləgahını(babasını) yanında gördüyündə yatağında oturub təlaşla boynuna atladı. “Babaaa!”-deyə qışqırdı.

-Mən buradayam, balaca Səmam, həmişə də burada olmuşam…

-Mən az öncə..

-Bilirəm. Hələ tezdir, gözəl nəvəm, hələ çox tezdir. Sənin qələmin səni tərk edibmi ki, sən ondan qaçırsan?

-Yox.. Amma..

-Amması yoxdur.. İndi babanı bərk-bərk qucaqla və yat. Şirin yuxular…

– Sən yenə gedəcəksən, baba?

-Simandakı göz yaşlarını, qollarındakı izləri, simandakı ləkələri alıb elə gedəcəyəm, amma həmişəlik yox. Səni incidənlərin olduğunu çox yaxşı bilirəm, amma onları bağışla…

-Mən..

    Səma son sözünü demədən yuxuya daldı. Qibləgahı isə alnından öpüb ağ paltarlı geyimi ilə Səmanın kiçik kabusunun əlindən tutub getdi…  

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest