Səid Əfəndi Ünsizadə’nin Qurandan iki tərcüməsi: Sure-i Fatiha ile Ya-Sin-i Şerif

Görkömli maarifçi Hacı Səid Ünsizadə (1843,Şamaxı-1903,İstanbul,Fatih Camii bağçasında dəfn olunub) Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü idi.O,burada öz vəzifə borcu çərçivəsində məktəb və maarif məsələləri ilə  ciddi məşğul olurdu.

Səid Ünsizadə bu məqsədlə mütamadi olaraq, Zaqafqaziyanın şəhər və məktəblərini gəzir,yerlərdə təhsilin yeni üsullarla inkişafı yolunda,  hələ Şamaxıda qazı vəzifəsində işləyərkən,

məktəbçilik sahəsində  tarixə düşən  işlərini Qafqazın baş şəhərində-Tiflisdə uğurla davam etdirirdi.

Səid Ünsizadənin maarifçilik  sahəsində  llk böyük işi 1874-cü ildə Şamaxlda iki ruhani məclisinin

əlbirliyi və işbirliyi şəraitində yaratdığı yeni üsullu ibtidai məktəb idi.Bu məktəb  o illərdə türk

dünyasında diqqəti cəlb edn ən nüfuzlu təhsil oca idi.Məktəbdə elmli və şagirdlərlə işləməyi

bacaran metodiki bacarığı olan müəllimlər işləyirdi.

Onlardan ikisi- Səid Ünsizadəni ortancıl qardaşı Kəmaləddini və XIX əsr türk dünyasınında yüksək

bədii zövqü , ədəbi və elmi  qüdrəti ilə tanınan Seyid Əzim Şirvani Məhəmmədzadə  Şamaxı

əhlinin  güvəndiyi  ziyalılar idi.

Şamaxının yeni üsullu məktəbi onların hər ikici üçün  pedaqoji fəaliyyət  meydanı idi.

Təsadüfi deyil ki,bu işıqlı fikir adamları Azərbaycan məktəbliləri üçün yazılmış ilk dərslik

müəlliflərindəndir.

Səid və Cəlal(əddin) Ünsizadə qardaşları daha böyük maarifçilik  işlərini realllaşdırmaq üçün 1870-

ci illərin sonlarında Tiflisə köçürlər.

Şamaxı Məclis məktəbinin bütün ağırlığı S.Ə.Şirvaninin öhdəsinə düşür.

Məktəbin idarə olunmasında həm kadr,həm də maliyyə məsələlərində  müəyyən problemlər

yaaranır.

S.Ə.Şirvani məktəbə yardım etməyə söz verənlərin tədricən himaydarıqdan əl şəkdikləri barədə

Tiflisə   Səid Ünsizadəyə dəfələrlə məktub göndərir.

Artıq belə bir vaxtda  Ünsizadə qardaşarının milli mətbuat yaratmaq arzuları vaxtilə Bakı Qubernatoru olan, indi isə Qafqaz Baş İdarəsində  məsul vəzifə tutan  D.Staroselskinin köməyi  ilə həyata keçir.

Ünsizadə qardaşları Tiflisdə əvvlcə litoqrafya-daş basmaxanası, sonra isə bu litoqrafiyanın bazası əsasında tipoqrafiya yaradlırlar.Yaradılan litoqrafiya və tipoqrafiya  “ZİYA” adlandırılır.

Səid Ünsizadə nəşrinə  asanlıqla icazə aldığı qəzetitin ilk nömrəsini  1879-cu il yanvarın 25-də oxucuların mütaliəsinə göndərir.

Qezetdə işləyənlərin hamısı Səid Ünsizadnin Şamaxıdan Tifisə dəvət olunmuş qohum – əqrəbaları idi.Tezliklə mətbəə bacarıqlı fəhlə kadrları ilə  tanınır.

Burada qəzetdən başqa, digər  çap məhsulları -təqvimlər,albomlar,dini mövzuda kitab və risalələr,dərslik və müntəxəbatlar da da nəşr olunmağa başlayır.

Bu çap məhsulları abunəçiləri az olan  “Ziya” qəzetinin  maddi vəziyyətini yaxşılaşdırmağa yönəlmişdi.

Səid Ünsizadə qəzetdəki bir sıra yazılarında dəfələrlə vurğulayırdı ki, biz qəzetdən,demək  olar ki, mənfəət götürmürük,başqa yerdn qazandığımızı mətbuatımızın inkişafına yönəldirik.

“Ziya”nın maddi bazasını  yüksəltmək üçün  türk dünyasının ayri-ayrı regionlarından da Tiflisə – “Ziya” qəzetinə  böyük maddi yardımlar da  göndərilirdi. Sifarişlərdən gələn  vəsaitlr dö Ziyanın fəaliyyə5ini gücləndirirdi.

Bu cəhətdn İsmayıl bəy ibn Mustafanın  kicik həcmli jurnallarının “Ziya”   mətbəəsində çap edilməsi diqqəti cəlb edir.1881-ci ilin may ayından başlayaraq İ.Qaspııralının  “Tonğuç”,”Şəfəq”,”Qəmər” kimi jurnallarının çapı  da maraq doğuran əməkdaşlıqdan xəbər verir.”Ziya” qəzetinin  mətbəəsində çap olunan dərsliklər də  “Ziya” qəzetinin maddi bazasına  əhəmiyyətli dərəcədə kömək edirdi.

Qəzet həftədə bir dəfə çıxırdı.Burada “Əkinçi”nin qəzetçilik ənənələrindən uğurla istifadə olunurdu.Qəzetin türkdilli diyarlarda XIX əsrin maarifçilik ideyalarını başa düşən və dərk edən onlarla müxbiri var idi.

Qəzetdə rəngarəng qəzet və ədəbi janrlardan ustalıqla istifadə olunurdu. Bu cəhətdən  qəzetdə –  məktub (vərəqə,ovraq ),dialoq,feiyeton ( müəyyən ictimaii əhəmiyyətli yazı), felyeton

 ( satirik yazı) ,qəzetlərdən xülasələr, lətifə,zərifə,söz oyunu,elmi və pedaqoji mövzuda yazılar,əruz və heça vəznli şeirlər,kiçik informasiyalar,sətiraltı mənalı tərcümə materialları,nəzirə bəhanəli  qəzəllər,oxucuları düşündürməyə xidmət edən poçt qutusu bəhanəli   və ünvanlı bildirişlər,səyahət materialları,reklam və çağırışlar,xəyali məclis adı ilə dəyirmi stol materiallarını xatırladan fikir mübadiləli   müzakirə materiallı silsilələr,portret oçerkləri,kitab rəyləri , bəhanəli lüğət materiallarından səmərəli istifadə olunrdu.  

Qəzetdəki bəzi yazıların yozumu oxucuların öhdəsinə buraxılırdı ki,bu da qəzet rəhbərliyini  senzor yoxlamalarından  qorumaq məqsədi daşıyırdı.

Qəzet İstanbul,Krım,Kazan,Petrovski,Spasski,Peterburq,Moskva,Təbriz,Bakı,Şəki,Şamaxı,Göyçay, Gəncə  (Elizavetpol), Kürdəmir,Zaqatala,Balakən,Quba və sair yerlərin oxucuları üçün başa düşülən idi.Oxucular “Ziya” qəzetini ana dilini öyrənmək vasitəsi kimi qiymətləndirməkdə haqlı idilər.

“Ziya” qəzetində dil məsələlrinə ciddi fikir verilirdi.Səid Ünsizadə qəzetin əsas mühərrirliyini qardaşı Cəlal Əfəndiyə tapşırsa da, onun yazılarına ciddi fikir verir,ondan hər kəsə öz xörəgini veməyi,yəni sadə,anlaşıqlı dildə yazmı tələb edirdi.

Hacı Səid  Əfəndi Ünsizadə qəzetin banisi və əsas yazarlarından biri idi. O həm maarifçilik,həm də  dini mövzularda bir sıra maraqlı əsərlər müəllifidir.

 “Həyat” qəzetinin 1905-ci ildəki 21-ci nömrəsində oxuculara ünvanlanan bir yazıdan  məlum olur ki, türk dünyasının fazıllərindən biri olan Səid Ünsizadə Quranın türk dilində  fəfsirini də yazmışdır.Təəssüf ki,bu təfsir hələ də tapılmayıb.Maraqlı burasındadır ki,Səid Ünsizadənin Quran mövzusunda  iki yazısı ərəb dilindən türk dilinə tərcümə olunmuşdur. Mənbələrdə  1883-cü ildə “Ziya” mətbəəsində çap olunmuş bu tərcümənin ünvanı belə göstərilir:

“Hacı Sait Efendi Ünsizade. 


Səid Əfəndi Ünsizadənin Qurandan iki tərcüməsi:


Sure-i Fatiha ile Ya-Sin-i Şerif

 Sure-i Fatiha ile Ya-Sin-i Şerif Tercümesi, Tiflis. 1300/1883″.

Çox güman ki, Səid Ünsizadənin Qurandan etdiyi  bu tərcümə kitabı müqəddəs  Kitabımızın türk dilindəki təfsirindən  xeyli əvvəl yazılmışdır.

Səid Ünsizadənin Quranın  türk dilində yazdığı  fəfsiri tapılaraq ,mütləq oxuculara çatdırılmalıdır.

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq

31.03.2019.

Nazim Nasraddinov adlı şəxsin şəkli.

Hacı Səid Ünsizadə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest