Genel

RUSİYA FEDERASİYASININ SÜQUTU YAXINLAŞIR

Sənan Qılıncarslan Qacar/Kırımınsesi/Azerbaycan

SSRİ necə dağıldı?.. 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiysının baş katibi seçilən Mixail Qorbaçov Böyük Britaniyanın o vaxtkı baş naziri Marqaret Tetçer, ABŞ prezidenti Ronold Reyqanla görüşündən sonra kapitalist və sosialist ölkələri arasında uzun illər davam edən “soyuq müharibə”yə son qoyulması haqqında razılığa gəldi.

Çox keçmədən SSRİ-də “aşkarlıq”, “yenidənqurma” şüarları səsləndirildi. Nəhəng ölkənin ayrı-ayrı subyektlərində vətəndaşlar qaynamağa başladı. Respublikalarda millətlər arasında ədavət qızışdırıldı. Buna qarşı çıxışlar vüsət aldı.

1986-cı ildə Qazaxstanda ruslarla qazaxlar, 1988-ci ildə Özbəkstanın Fərqanə vilayətində özbəklərlə məhsəti türkləri arasında qarşıdurma yaradıldı. 1989-cu ildə Gürcüstanın paytaxtı Tiflisdə günahsız sakinlər güllələndi.

1988-ci lidə Şuşa şəhərinin yaxınlığında separatçı ermənilər tərəfindən “Topxana” meşəsinin qırılmasına etiraz edən Azərbaycan xalqı küçələrə axışdı. O zaman Bakının meydanlarına 1 ( bir ) milyondan artıq insan çıxmışdı. Lakin həmin dövrdə SSRİ rəbərliyi xalqı əzmək üçün tutarlı bəhanə tapa bilmirdi. Nəhayət, 1990-cı ilin yanvarında seperatçı gizli təşkilatlarına pul köçürməyən erməniləri özləri öldürüb, azərbaycanlıların boynuna atdılar. Paytaxt Bakı şəhərinə Sovet Ordusu yeridildi. Bu sətrlərin müəllifi o vaxt AXC-nin qərarlarını bizlərə çatdıran Ələskər Siyablının göstərişiylə, yerlərdə vəziyyəti yoxlamaq üçün bir neçə nəfərlə o zamanlar rus- sovet qoşunlarının şərəfinə adlandırılan 11-ci “Qızıl Ordu ” meydanına getmişdi(İndi həmin meydanda şəhidlərin şərəfinə “20 yanvar” metrostansiyası yerləşir).

19 yanvar, saat 23:45- dən başlayaraq odlu silahlardan atəşlər acıldı , ölən və yaralananlar oldu. Məni də rus hərbçilərinin ğülləsindən Allah saxladı. Bütün gecə boyu şəhərin müxtəlif yerlərində dinc əhali rus – erməni əsgərlərinin atdığı güllələrlə qətlə yetirildi. 20 yanvarın səhəri məlum oldu ki, yüzlərlə insan şəhid olmuşdur.

Azərbaycan Kommunist Partiyasının 1-ci katibi (ölkənin o vaxtkı rəsmi rəhbəri ) Əbdurrəhman Vəzirov Moskvaya qaçdı. Respublika faktiki olaraq başsız qalmışdı. Ölkə daxilində fəaliyyət göstərən rəsmi qurumlar iflic olmuşdu.

1989-cu ilin 16 iyulunda təsis olunmuş AXC-nin (Azərbaycan Xalq Cəbhəsi) İdarə Heyətinin üzvləri Əbülfəz Elçibəyin sədrliyi ilə çaşqın vəziyyətə düşmüş, xalqı bacardığı qədər sakitləşdirməyə çalışırdı. O dövrlər ölkə əhalisinin əkksəriyyəti AXC-nin sıralarına qatılmışdı. Elə bunun məntiqi nəticəsi olaraq 1991-ci il oktyabr ayının 18-də xalqın tələbi ilə Ali Sovet (Milli Məclis) Müstəqillik Aktı qəbul etdi və Azərbaycan SSRİ-dən ayrıldı.

Onu da unutmaq olmaz ki, 1979-cu ildə Sovet qoşunlarının Əfqansıtana hərbi müdaxiləsi və uzun illər orada müharibə aparması nəticəsində SSRİ ağır maliyyə itkisinə məruz qalmışdı.

Milli məsələlərə ədalətsiz münasibət, başqa ölkələrin ərazisinə işğalçı hərbi müdaxilələr ölkəni zəiflətmişdi.

M.S.Qorbaçovun “islahatlarından” sonra isə igtişaşlara və sosial iqtisadi böhranlara məruz qalan SSRİ-nin dagılması qaçılmaz idi. Bütün bunların məntiqi nəticəsi olaraq nəhəng SSRİ çökdü və 1991-ci ilin dekabr ayının 12-də özünü buraxmağa məcbur oldu .

1991-ci lildən sonra SSRİ-dən ayrılan respublikalar müstəqil dövlətlər kimi BMT-nin ( Birləşmiş Millətlər Təşkilatı ) üzvü oldular. Lakin özünü SSRİ-nin varisi elan edən Rusiya Federasiyası hegemonluğundan yenə əl çəkmək istəmədi. Xüsusilə Prezident V.Putinin imperialist, xarici işlər naziri S.Lavrovun intiriqaçı siyasəti, Rusiya Federal Dumasının rəhbərlərinin və bəzi üzvlərinin şovinist çıxışları onu göstərir ki, bu ölkəni idarə edənlər odla oynayırlar.

Dünyanın mədəni xalqları mehriban münasibət qurur, ölkələrinin iqtisadiyyatını gücləndirir, əhalisinin sosial tələbini təmin edir. Təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında bir-birinə kömək edir. Vətəndşlarının sosial həyat səviyyəsinin yüksəldilməsi məsələsində yarışırlar.

Dünyanın ən böyük ərazisinə sahib olan rus şovinist dövlət adamlarının isə gözü doymur. Ağıllı iqtisadi – sosial siyasət aparıb, əhalisinə yağ bal əvəzinə, başqa xalqların nifrətini yedizdirirlər. Hərbi gücünə güvənib Gürcüstana, Moldovaya, Ukraynaya, Suriyaya, Livana qoşun yeridirlər. Xalqların dinc əhalisinin həyatını cəhənnəmə döndərirlər. Eyni zamanda hərbi əməliyyatlar prosesində öldürülən rus əskər və zabitlərinin analarının, bacılarının, həyat yoldaşlarının və övladlarının gözlərini aglar qoyurlar .

Rusların son işğalçı addımlarının davamı onların “sülhməramlılar” adı altında Azərbaycanın BMT qərarları ilə tanınan və təsdiq olunan ərazisini – Dağlıq Qarabagı zəbt etməsi oldu. Erməmistana 4 ( dörd ) milyard dollar dəyərində hərbi texnika ilə yardım edən Rusiya faktiki olaraq 44 (qırx dörd ) ğünlük müharibədə Azərbaycan Ordusuna məğlub oldu.

Bu müharibənin nəticələrindən dərs götürüb, normal qonşuluq siyasəti aparmaq istəmirlər . Əksinə, Azərbaycan və Ermənistan rəhbərlərinə təzyiq göstərərək, özlərinin xeyrinə işləyən bəyanatlar qəbul etdirirlər. Ancaq bir xalq məsəlində deyilir: “Sən saydığını say, gör fələk nə sayır”.

İndi Rusiyanı idarə edənlər fikirləşsinlər: qarşıda gözlənilən Ukrayna, Estoniya, Qazaxıstan , Moldova konflikti kimə lazımdır?.. Nəhayət, dünyanın 10 ( on ) ən güclü müasir elektron hərbi texnikası ilə təhciz olunmuş qəhrəman əskərləri olan Azərbaycan Ordusu ilə yenidən toqquşmaq ruslara çoxmu lazımdır?.. Yaxud qüdrətli Türküyə, nüvə silahına malik Pakistan və perespektivdə ölkəni içəridən qarışdırmaq imkanına malik türkdilli xalqlarla mübahisə aparmaga dəyərmi?..

Və nəhayət, məlum oldugu kimi, bir neçə ay bundan qabaq zəhərləndiyi bildirilən rusiyalı məşhur müxalifətçi Aleksey Navalnı bu ğünlərdə müalicə olunaraq Almaniyadan öz ölkəsinə qayıdıb. Vətəninə dönən Navalnı xalqa müraciət edərək təxminən bu fikirləri söyləyib: “Düz 20 ildir hakimiyyətdə olan Putin öz oğru bandası ilə vətəndaşların sərvətini soymaqla məşguldur. Xalqın qorxusundan bunkerdə gizlənir. Mən sizləri haqqınızı tələb etmək üçün küçələrə çağırıram. Qalxın, bəsdir kasıblıq üzündən xəstə yatdığınız, ac qaldığınız, çıxın haqqınızı tələb edin!”

Göründüyü kimi, Rusiyanın daxilində hər an xalq üsyanları baş verə bilər . Tarixdən də məlumdur ki, günü -gündən yaşayış səviyyəsi pisləşən ac xalq birləşib ayaga qalxanda onu idarə edənləri ayaqlayır, səfalət içində yaşamalarına səbəb olan hakimiyyət dələduzlarını tarixin zibilliyinə atır. Siyasi proseslər belə davam etsə, Rusiya Federasiyasının süqutu qaçılmaz olacaq.
huriyyet
Qəvami SADIQBƏYLİ,

Jurnalist, politoloq

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest