Genel

Rəfail Tağızadə

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Rəfail Alı oğlu Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunda anadan olub.
Azərbaycan Politexnik İnstitutunu (indiki Texniki Universitetdə) bitirib.
Mühəddis-sistemotexnikdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Rəsul Rza” mükafatına layıq görülüb.
“Qapı”, “Qarabağ rüzgarları”, “Gecə xəyalları”, “Su üzərində bahar” şeir
kitablarının müəllifidir.
Şeirləri İtaliya, Polşa, Türkiyə, Rusiya, Özbəkistan və Gürcüstanın dərgilərində və
kitablarında dərc olunub.
Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib.
Esselərindən ibarət kitabı nəşrə hazırlanır.
Şeirləri ingilis, alman, italyan, rus, polyak, ukraina, özbək dillərinə və Türkiyə türkcəsinə çevrilib.

Rəfail Tağızadə

Kimsəsiz evlər
İlahi, bu evdə kim qalacaq, kim?
Bu evin yükünü kim qaldıracaq?
Çəkib öz içinə dərd havasını,
bu sönmüş ocağı kim yandıracaq?


Üşüyən sobada dərdli kösövlər,
qırılan, yarımçıq ömür kimidi.
Qaralmış divarı bağrına basan,
kövrək xatirələr kömür kimidi.


Sahibin axtaran bir qara xəyal
qulaq kəsilibdi yel sorağına.
Dikib gözlərini qəriblər kimi
bağlı qapıların lal dodağına.


Yiyəsiz evlər də adam kimidi,
bir ev də beləcə yetim qalacaq.
İsti nəfəslərə möhtac evlərin,
həsrətdən içini torlar alacaq.


İlahi, bu evdə kim qalacaq, kim
Sükutda boğulan zaman içində.
Dərdi özü boyda nəm çəkən evlər,
intizar içində, güman içində.

Qəm havası
Bir ay doğar
yorulan buludlar arasından.
Bir ay doğar
işıqlanar gecələr.
Əllərimi, qollarımı görərəm,
sənə gedən yollarımı görərəm.
Qəribsəyən gecədə
yolların yanağından
tək ağlayan qəribin
göz yaşını silərəm.
Daş qolları qaldırıb oynayaram
içimdəki qəm havanın pəsinə,
diksinərəm lal sükutun səsinə.
Nə deyəsən,
gecənin bir küncündə
için-için oynayan
bu Allah bəndəsinə?

Pаyız
Аğаcın yаylığı аyаqlаr аltdа
yеriyə bilmirəm çığırtısındаn.
Çılpаq аğаclаrın əlləri göydə
yаrpаğın sоn duа pıçıltısındаn.


Yеnə gəlib çаtdı pаyız ахşаmı,
yеnə bu könlümdə küləklər əsir,
ахşаm süfrəsində bоş qаlıb bir yеr
kölgələr dоlаşır, kölgələrdə sirr.


Pəncərə önündə ağac kimiyəm,
xatirə yarpaqlar uçur havada,
ömrün payızında bir xəzan kimi
ayrılıq səs salır yalqız odada.


Göyün üzün alıb qara buludlar,
pərdələr üşüyür bomboz оtаqdа.
Səmtini itirib, yоlunu аzıb,
cığırlаr о kövrək yаrpаq yаtаqdа.


Sükutlu gecə
Göy üzü aram-aram
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud ayı aparır.


Yuxumu itirmişəm
bu darıxan gecədə.
Əlin qoynuna qoyub
mürgü vurur küçə də.


Bu sükutlu gecədə
o sevdiyin mahnını
sənin təki oxudum
əyilib ürəyimə.

Sevdim
Mən onda
ayrı bir sevgi gördüm.
Hislərin, duyğuların
zirvəsini gördüm.
Gördükcə, içimə
pillə-pillə hördüm.
Ayrı bir mərhəmət,
şəfqət gördüm.
İlahi bir gözəllik gördüm

sözündə, düşüncəsində.
Hər şeydə bir əzəmət gördüm.
Mən onu görmədən sevdim.
Darıxdım-darıxdım görüşünə,
darıxdım addım-addım gəlişinə,
gülüşünə.
Mən o adamın
əllərini görmədən əllərini sevdim,
gözlərini görmədən gözlərini sevdim,
baxışlarını sevdim,
səsini eşitmədən səsini sevdim,
üzünü görmədən üzünü sevdim,
mən onun özünü sevdim.
Azadlığını sevdim,
varlığını sevdim.
Mən onun insanlığını sevdim.
İnsanı sevdim, insanı.

Qəmli gecə
Aysız gecələrdə qaranlıq qatı
küçənin halını fanarlar bilər,
bu hissiz-duyğusuz zülmət gecənin
dərdini dərdlərə yananlar bilər.


Gecənin yükünü daşımaq çətin
qaranlıq zamanı çəkər qoynuna,
kor fələk ağrını, həlim gecənin
tullayar bətninə, əkər qoynuna.


Kimin nə hirsi var töksün üstümə,
bu gecə ağrılar udacaq məni,
hardasa gözündən qüssə tökülən
bir qız ah-naləsi tutacaq məni.


Üzümə tökülən qəm damcıları
isladıb, isladıb boğacaq məni,
sevincə hamilə bildiyim gecə
yenə qəm içində doğacaq məni.

Burda məndən sevgi gözləmə

Öz torpağında səngər qazmaq
özünə qəbir qazmaq kimidi.
O başdan bu başa
uzun bir qəbir qazdıq
səngər adında.
Əvvəlcə qürurumuzu,
sonra güllələr sönəndən
ilk atəş səsinədək
özümüzu basdırdıq
qazdığımız qəbirdə.


Buranın gecəsi gündüzündən işıqlı,
gecələr hamı oyaq.
Uçan güllələrin
atəş nöqtəsini görürəm,
döyüşçü dostumun
hənirtisini eşidirəm.
Bu gündüz gecələr
unutdurur hər şeyi −
səni də,
isti yatağı da,
rahatlığı da.
Sən məndən ayrı sevgi umma.
Burada ağ mələfələr qan rəngində,
lalə yanağında qara xal kimi
ətin soyutduğu güllə içində.
Xəyallar bir qərib durna köçündə.
Gecələr adamın
harasından yaralandığı səsindən,
kimin nə gördüyü,
nə demək istədiyi
susmağından bəlli.


Sən burda məndən başqa sevgi gözləmə, əzizim.
Məni bağışla.
Döyüşün, səngərin sevgisi bambaşqa.

Burda bizim xatirələr an-an,
səninki il-il.
Mən burda ölümü də sevirəm,
sən yaşamağı.
Səni qucaqlayan qollar
indi yaralı əsgərləri qucaqlayır.
Mən indi axan qanı öpürəm,
isti dodaqların kimi.
Mənim əllərim soyumuş üzü sığallayır,
sənin əllərin mənim boş,
soyumuş yatağımı.
Qucağımdan qan damır,
əllərim qan içində.
Bu qanlı əllərdən ayrı sevgi istəmə.
Həlqəsindən çıxmış
qızaran gözlərdə yaxşı nəsə gəzmə.
Düşməni axtaran,
öldürdüyünü sayan
tətiyin qaraltdığı,
bərkitdiyi barmaqlar
saç sığallaya bilməz.
Sönmüş gözləri sığayar.
Əllərim, barmaqlarım ağlayar.
Bu könüldə min yara var, yara,
qoşa şəklimizə baxıb
əllərimlə saçını özün dara.


Buraların gecəsi başqa;
ulduzlar əvəzinə
güllələr işıldayır.
Adamların ulduzunu söndürən
“ulduz güllələr”.
Burada gecələr daha səs-küylü.
Gündüzün işığı
gecə maşın işığına düşmüş kimi
gözümü qamaşdırır;
buralar adamı gecəyə alışdırır.


Hər gecə səngərin o tayından
məni çağırırlar.

Bu sənə xəyanət deyil, əzizim.
Bu ilk sevgidi.
Yaddan çıxmaz, unudulmaz,
Vətən sevgisi.
Mən getdim…
Sən salamat qal.
Aylı gecələrdə
bizli xoş xəyallara dal.

13.02.2018

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest