Qaranlıqda bir işıq iki dildə

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

“Qaranlıqda bir işıq” iki dildə

“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Türkiyənin “İLESAM”
təşkilatı tərəfindən toplanmış kitablar arasında İLESAM Başkanı Mehmet Nuri
Parmaksızın Ankarada nəşr olunmuş “Qaranlıqda bir işıq” (A Light in the
Darkness) adlı kitabı da yer alıb. Maraqlıdır ki, kitab iki dildə – türk və ingilis
dillərində çapdan çıxmış, kitaba hər iki dildə Azərbaycan yazıçısı, filologiya üzrə
fəlsəfə doktoru Kamran Nəzirli ön söz yazmışdır. Kitab 2000 nüsxə ilə nəşr edilib
və toplanan şeirləri də ingiliscəyə K. Nəzirli çevirib. Bunu M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasında Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi
(İLESAM) tərəfindən Azərbaycana gətirilmiş kitabların təqdimetmə mərasimində
təşkilatın sədri, türk şairi və filosofu Mehmet Nuri Parmaksız söyləmişdir.
“Qaranlıqda bir işıq” Mehmet Nurinin fəlsəfi şeirlər toplusudur, məzmun və
forma etibarıyla böyük Ruminin coşqu və sevgi dolu şeirlərini, bir qədər də Şəms
Təbrizinin ruhunu xatırladır. Kitaba toplanmış “Oyan, ey insan, oyan”, “Sükut
quşu”, “Kalu-bela” qoxusu”, “Pərdə”, “Ruzgar”, “Gecəni gündüzə boyayıram”,
“Açılacam dünyaya”, “Ölümün içindəki ölüm”, “Göz yaşlarıyla yuyulan xəyal” və
s. şeirlər qoca Şərqin dahi şairlərindən sayılan Mövlana Cəlaləddin Ruminin
məsnəvi, rubai və qəzəllərindəki dərin fəlsəfi fikirlərin və mənəvi-əxlaqi dəyərlərin
daha anlaşıqlı başa düşülməsinə kömək edir. “Allaha çatacaq çox yol var, mən
bunlardan Eşqi seçdim” deyən Mövlananın ruhuna sadiq qalan Mehmet bəy öz
əsərlərində Allaha sevgini anlatmağa çalışır, insanları bu İlahi varlığa
yaxınlaşmağa səsləyir. Böyük qüdrət sahibinə olan Eşq onun yaratdığı hər şeyə
sevgiylə, qayğıyla yanaşmağı tələb edir, kamil insan bunu anlamalıdır. Kitabda
toplanan şeirlərin əsas məğzi də bundan ibarətdir” deyə kitabın tərcüməçisi və ön
sözünün müəllifi Kamran Nəzirli müxbirimizə bildirmişdir.

“Qaranlıqda bir işıq” ofset üsulu ilə Türkiyənin Əfsun Nəşriyyat və Yayın
Evində nəşr edilib. Kitabın redaktoru H. Ömer Ünal, yayınçı və genel yayın
yönetməni Arif Dəmirbaş, genel kordinatoru Nelihan Gürsoydur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest