GenelGüncelKültür Sanat

Qaragözova Elnarə. Postmodernizm

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Qaragözova Elnarə. Postmodernizm. Hədəf nəşrləri. Xan nəşriyyatı. Bakı, 2021.

Kitabda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın postmodernizm cərəyanı ilə bağlı tədqiqatları təqdim olunur. Elmi araşdırmalarının əsas istiqamətini ədəbi cərəyanlar təşkil edən müəllif iki bölmədən ibarət olan bu kitabda toplanan məqalələrində müasir dünya ədəbi prosesində müzakirə mövzusu olan postmodernizm cərəyanının Azərbaycan ədəbiyyatında təzahürünə, ümumən Azərbaycan postmoderni anlayışının əsas aspektlərinə nəzər salmışdır.  Müəllifin sayca üçüncü olan  kitabının sonunda  postmodernizmlə bağlı daha öncə çap olunmuş elmi məqalələrinin siyahısı  da yer almışdır. Elnarə Qaragözovaya yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

Pin It on Pinterest