Qafqazın ziyası (“Ziyayi -Qafqasiyyə”) haqqında

“Ziyayi-Qafqasiyyə” qəzetinin türk dünyasına tanıtdığı Tiflis bəyzadəsi Əlimərdan bəy Topçubaşov (1865-1934) və onun dostu Şuşa bəyzadəsi Nəsrullah bəy Tahirov (08.02.1864-?) Sankt-Peterburq Universitetinə hansı təhsil ocağının verdiyi attestatla getmişdilər?


Əlimərdan bəy Topçubaşov haqqında ilk tərcümeyi-hal məlumatına “Ziyayi-Qafqasiyyə”qəzetinin 26.06.1884-cü il tarixli 11-ci nömrəsində rast gəlirik.

Bəlkə də haqqında söz açdığım xəbər Əlimərdan bəy Topçubaşov haqqında mətbuatda verilən ilk xəbərdir.Hər halda bu xəbərin Əlimərdan bəy Topçubaşov Ensiklopediyasının yeni, daha mükəmməl nəşrlərində görünməsi, tədqiqatçıların diqqətinin bu fakta cəlb olunması çoxları üçün maraqlı olacaqdır.
Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziyayi-Qafqasiyyə”qəzetinin 26 iyun 1884-cü il tarixli 11-ci nömrəsində dərc olunmuş bir yazını dəyişdirmədən, olduğu kimi oxucuların diqqətinə çatdırırıq:


“Qori Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1884-cü ildə-N.N.) imtahanın nəticəsi bu olubdur ki,
35 nəfər şagirdlər çox əla imtahan dutub, cümləsinə (attestat) şəhadətnamə verilübdür.Bunlardan 13-ü rusdur,7-si gürcüdür,4-ü polyakdır və 1 yəhudidir,… və bir ğreqdir və 2 dəxi islamdır. Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla vəy Tahirovdur və biri dəxi Tiflis bəyzadələrindən ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVDUR”

Yeri gəlmişkən qeyd edəki, məzkur, adı çəkilən informasiya xarakterli xəbər “Ziyayi-Qafqasiyyə” qəzetinin sonuncu nömrəsindəndir.Bu nömrədən sonra “Ziyayi-Qafqasiyyə” bir daha oxucularln görüşünə gəlməyib.
Maraqlı burasındadır ki, Ə.M.Topçubaşov haqqında elmi tədqiqat işi yazanların hamısı onun 1884-cü ildə Tiflis Gimnaziyasını qurtardığınıdan söz açır.
“Ziyayi-Qazfqasiyyə” qəzetinin naşiri və sahibi -imtiyazı Səid Əfəndi Ünsizadə dövrünün savadlı adamlarından biri idi. O, təbii ki, gimnaziya ilə seminariyanı fərqləndirməyi bacarırdı. S.Ünsizadənin pedaqoji yazılarında da , redaktoru və naşiri olduğu qəzetdə Ezop manerası ilə çap etdirdiyi xəbərlərdə də bu fərqləndirmə aydın görünür.
Hələ də bizi narahat edən bu məsələni aydınlaşdırmaq üçün bir çox nüfuzlu tədqiqatçılara müraciət etmiş,Ə.Topçubaşovun 1884-cü ildə hansı məktəbi qurtarmasını yeni faktlarla dəqiqləşdirməyə çalışmışıq. Bu barədə ilk dəfə Taleh Həmidovun başçılıq etdiyi “Yeni fikir” qəzetinin 24 iyul 1991-ci il tarixli 29-cu nömrəsində oxucuları fikir mübadiləsinə çağırmışdıq. Təəssüf ki, o vaxt oxucular və onların ən operativ nümayəndələrindən olan pedaqoji fikir tarixçiləri Ə.M.Topçubaşovun 1884-cü ildə Tiflis Gimnaziyasını, yoxsa Qori Müəllimlər Seminariyasını bitirməsi haqqına faktlara əsaslanan fikir söyləməkdə seyrçi münasibətdən ayrıla bilmədilər.
Halbuki fakt olan yerdə çox nəsnələrdən danışmaq olardı.

Sonralar bu məsələyə dəfələrlə qayıtsaq da, köhnə havadan təzə havaya keçən olmadı
İnanırıq ki, tarixi faktların təsdiqi üçün Ə.M.Topçubaşovunhəyatını və zəngin ictimai-siyasi fəaliyyətini sistemli şəkildə öyrənmək istəyənlər bu barədə tutarlı söz deyəcəklər.

Nəhayət, yazının başlığındakı sualı təkrar edirik:
“Ziyayi-Qafqasiyyə” qəzetinin türk dünyasına tanıtdığı Tiflis bəyzadəsi Əlimərdan bəy Topçubaşov (1865-1934) və onundostu Şuşa bəyzadəsi Nəsrullah bəy Tahirov (08.02.1864-?) Sankt-Peterburq Universitetinə hansı təhsil ocağının verdiyi attestatla getmişdilər?

 Bizə elə gəlir ki, “Ziya” qəzetinin təsisçisi, redaktoru, baş yazarı,naşiri Səid Ünsizadənən və onun başçılıq etdiyi “Ziya” qəzetininhər sözü arxiv sənədindən daha güclüdür.Səid Ünsizadə Zaqafqaziyaa Müəllimlər Seminariyasının rəhbərləri ilə canlı ünsiyyətdə olan pedaqoqlardan,görkəmli maarifçilərindən idi.O, “Ziya” qəzetində Qori seminariyasının yaranması, ayrı-ayrı buraxılışları haqqında maraqlı yazılar dərc edir, yeni yaradılmış bu təhsil ocağının həyatını “Ziya” qəzetində müntəzəm olaraq işıqlandırırdı.Səid Ünsizadənin Qori Seminariyasında təhsil alan tələbələrlə tətil günlərində evlərinə gedərkən yolüstü söhbətləri də olurdu.Müsəlman şöbəsinin tələbələri hər dərs ilinin sonunda Səid Ünsizadəyə bir növ hesabat verir,ondan məsləhətlər alırdılar.Zaqafqazia Müəllimlər Seminariyasının 1884-cü il buraxılışı zamanıSəid ünsizadə artıq bir neçə ay idi ki,Tiflisdən Şamaxıya köçmüşdü.O,1883-cü ilin dekabr ayında Şamaxl Əhli-Təsənni İdarəsinin sədri və qazısı təyin olunmuşdu. Səid Ünsizadə “Ziya” qəzetini də Şamaxıdan idarə edirdi. Tiflisdə “Ziya” qəzetinin idarəçilik işləri ilə Səid Ünsizadənin damadı əslən Ərəşdən olan məşhur hüquqşünas İsmayıl bəy Şilyanski idarə edirdi.Seminariya məzunları haqqında məlumatı da oxuculara çatdıran məhz Şilyanski
ola bilərdi.Amma qəzetdə verilən informasiyanın dəqiqliyinə şübhə yox idi.Zaqafqaziya Müəllimlər Seminariyasının Müsəlman şöbəsinin 1884-cü il məzunları Sankt-Peterburqa Qoridən verilən Seminariya attestatı ilə getmişdilər.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

türkoloq.


Bakı,11.12.2018.

 Ədəbiyyat siyahısı

1.”Ziyayi-Qafqasiyyə” qəzeti. 26.06.1884, N 11

2.Nazim Nəsrəddinov.Tiflis Gimnaziyası,yoxsa Qori Müəllimlər Seminariyası?

“Yeni fikir” qəzeti, 21 iyul 1991, N 29.

3.Ədalət Tahirzadə.Peterburq ali məktəblərində oxumuş tələbələrimiz.

“Azərbatcan müəllimi” qəzeti 17.02.2012, N 07

4. Peterburq – MTA.Fond 14, siyahı 3, cild 6.(iş nömrələri : A.M.Topçubaşov-24305; N. Tahirov-23773)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest