Öz – özümüzə

Salıblar fitnəni bizim içimizə,
Düşmən eyləyiblər bizləri-bizə.
Günah içindəyik çökmüşük dizə,
Sahib çıxa bilmirik ana dilimizə!

Rus azəri deyir, farslar türk deyir,
Gürcü nə millətdir, bizə tat deyir?!
Bozqurd tək bunları did, at deyir…
Türk deməyirik, biz öz-özümüzə!

Din, adıyla qatırlar həp arayı,
Çirk veribdir qanadaq bu yarayı.
Birlik olub unudaraq parayı…
Gəlin sahib çıxaq, öz-özümüzə!

Deməyək şiəyik, nə də sünnəyik,
Ayrılmışıq görün necə gündəyik?!
Son sıradan saysaq əgər öndəyik,
Güc veririk yaş gəlmir gözümüzə,
Ağlamırıq bir gün öz-özümüzə!

Dərd aparır, yatammıram gecəni,
Yuxuma dad qatanmıram gecəni,
Düşünürəm başdan-sona keçəni,
Göz yumuram Turan gəlir gözümə,
Açmıram ki,  gəlməyim öz-özümə.

İtirmişik biz nə qədər torpağı,
İndi çox çıxıbdır onun ortağı.
Qarabağ verilib bizə göz dağı,
Kərkükün adını heç çəkməyək biz?!
Bir nizam verək biz öz-özümüzə?

Yol açmışdıq özümüzdə almaya,
Türk ayağı dəyməyən yer qalmaya.
Getmişik Sibirə, üzü Altaya…
Gərək varmı deyə, belə dözümə?!
Sual verib çox vaxt özüm-özümə,
Görən, qayıdarıq öz-özümüzə?!

Elsevər Hüseynoğlu
Gecə düşüncələri
Bakı~ 06/02/2020

Pin It on Pinterest