Kültür Sanat

Nuranə Zaman

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Nuranə Zaman.

Bənövşə gözlərindən

Ay mənim ən kövrəyim , uca duyulan səssən,

Bütün baxçaya bəssən.

Nə olsun ki,xırdasan ,bəzəyisən qızların,

İlk övladı yazların.

Vurğundur  hər kəs sənə, ovsunmu ,sehirmisən,

Yaradanına əhsən!

        ***

Hər gördükcə üzünü ,könlüm baxçaya dönür,

Sənçün taxçaya dönür,

Necə heyran olmayım ,yaraşıqsan sözümdə,

Ümidimsən gözümdə .

Gecə göylərə baxsan ,göydə ulduzlar sönər,

Yer də  tərsinə dönər .

                      ***

Nə buluddan sən çəkin,nə də ,küləkdən ürkmə,

belə boynunu bükmə,

Axı, utancaq olmaz, yaz elçisi, naibi,

Sənsən qışın qalibi .

Sən qonaq  gəlmisənmi ,çiçəklər  şəhərindən,

yazın bir səhərində ?

Şeir yazdıqca sənə ,  bənövşəyi sətrimdə,

sözlər bihuş ətrində.

Mən  baxaram  dünyaya , qoxunun izlərindən,

bənövşə gözlərindən.

Bəxtimi

Üstünə su tökün,yuyun üzünü,

Oyadın yuxulu ,yatan bəxtimi.

Allahın verdiyi qocaman ömrü,

Bir quru şübhəyə satan bəxtimi.

                    ***

Tale çırağına kim üfürdü kim,

Badəmə süzülüb tökülübdür kin.

Tutub qulağından deməzlər kimin,

Gün-günorta çağı itən bəxtimi.

                      ***

Kimə daşdır, kimə sarı külçələr,

Oruc tutum, haqq yeyənlər dirçələr.

Süfrəmizdən sünbül yeyər sərçələr,

Dimdikləyər quşda bitən bəxtimi.

Doğulduq ,yaşadıq ,öldük.

Bir ömürdür nəyə lazım ,bitirməkçün tələsirik,

Bu dünyanın əlindən biz xəbərsiz əsir -yesirik.

Biz ki  axı bu dünyada üç sözdən ibarət sirdik,

Doğulduq ,yaşadıq ,öldük  .

                              ***

Çoxumuz dərdli yaşadıq, əlacı

dərman olmadı.

Hər ürəkdə inam oldu, əfsus ki,iman olmadı ,

Dünya ömür gəmimizə ömürlük liman olmadı,

Doğuldu, yaşadıq,öldük.

                     ***

Gör nələri üç hərfli bir “heç”- ə sığdırmaq olur

Min – min dərdi bir ürəyə gör necə sığdırmaq olur .

İnsan ömrünün yükünü  üç sözə sığdırmaq olu ,

Doğulduq, yaşadıq, öldük.

Samovar

Gör neçə illəri tut kölgəsində,

Oduncaqla qalanıb qaynamisan.

Ot biçməkdən ,həm dirrikdən  gələnlər,

Susayan üstünə yönəlib sənin.

Bir pürrəngi çayla sönüb ciyəri,

Nə yayın istisi ,nə qış bilmisən,

Elə qaynamisan, elə coşmusan.

Közərəndə odun, gələndə tüstün,

Yığılıb hər qonum -qonşu başına.

Neçə xatirələr  şirin ,acılı,

Dinləmisən , eşitmisən ,duymusan.

Şahidlik etmisən neçə ömürə.

Başına yığışan xəsis olmayıb.

Biri şor gətirib, biri lavaşı,

Qaymağın gətirən,balın gətirən,

Özün də balaca  birmis parçası.

Başına yığdığın insanlar isə,

Nə qədər böyükmüş gör ürəkləri.

Danişma mənimlə demə bir çay iç,

Samovar nə həmin tut kölgəsi var.

Nə bal kəsən əllər ,nə də çay süzən,

Vallah ya gedibdir  ağzımın dadı.

Ya da, sən köhnəsən,

yox, dayan ya da,

Həmin çay içdiyim insanlar yoxdur.

O bal kimi sözlər, səmimi gözlər,

Birdə ki ,olmayan  körpəliyim var.

Îndi susuzluqdan yanmır ciyərim,

Onu hey qovuran intizarımdı.

Qaynama samovar  ,indi çaydan var,

Özüdə hərənin  özünə aid,

Əvvəllər  qaynardın hamı gələrdi ,

Indi kirec tutub içində sənin .

Yığışıb  başına derdləşərdik ha ,

gör neçə zamandır sən qaynamirsan ,

Bizim  kirəc  olub dərddən qəlbimiz .

Sənin qiymətini indi bilirəm

Çayın bəhanəymiş bu toplanmağa ,

Mən sənin başında öyrənmişəm ki ,

tikəni kimləsə paylaşmaq nədir,

Dərdini dinləyib dostun, tanışın,

Bir yerde həm gülmək, ağlaşmaq  nədir.

Qaynama ,qaynama dayan samovar,

Bax indi nə həmin tut kölgəsi var.

Nə də sən gördüyün həmin insanlar.

Saçaqli salxım söyüd tellərin inciməsin

Saçaqlı salxım söyüd,tellərin inciməsin,

Axşamın küləyindən darananda saçların.

Öpəndə dodağından soyuq şehi səhərin,

Qoy günəşlə görüşsün utancaq baxışların.

                 ***

Çətirinin altına topla sərin kölgəni ,

Fikirlərim kölgəndə dursun ,dincəlsin bir az.

Xoş günün ömrü uzun, pis  günü beşik boğar,

Xəyalların tökdüyü ,dilə inansın bir az .

                  ***

Bağlasın ümidlərim ayaqqabı bağların,

Durub düzəlsin yola ,sonumuz xeyir ola,

Yarpaqlar inci kimi aslıb budağından,

Salxımların doğulub ,düzülüb, şeir ola.

Zəfər günün mübarəkdir

Ana Vətən, dostlarının üzü gülür düşmənin xar,

Əbəs yerə gözləmədik hər səbirdən xeyir doğar.

Hər kilidli qapımıza bu qələbən olsun açar,

Keçək, bizə keçmək olmaz ,dedikləri hər yollardan.

Zəfər günün mübarəkdir şanlı yurdum Azərbaycan!

                    ***

Ulu öndər vəsiyyəti Ílhamının əməlidir,

Bu zəfərin gələcək hər zəfərinin təməlidir.

Sarsılmazdır güc – qùdrətin yağı düşmən bilməlidir ,

Qalxan edər sinəsini sənin üçün qoca, cavan,

Zəfər günün mübarəkdir şanlı yurdum Azərbaycan!

                    ***

Dar gündə əlin yapışan dostun ,qardaşın qoludur, 

Həm o yurdda ,həm bu yurdda fədailərin doludur.

Çünki bu el oğuzların,türk övladının yurdudur,

Tək soyumuzun ismidir  düşmən cana qorxu salan,

Zəfər günün mübarəkdir şanlı yurdum Azərbaycan!

                 ***

Vətən uğrunda ölümü seçənlərə borcluyuq biz,

Îgid , mübariz ,polad tək ərənlərə borcluyuq biz.

Vətən nədir? Torpaq nədir? bilənlərə borcluyuq biz,

Onlar oldu bizə bu gün bu zəfəri qazandıran,

Zəfər günün mübarəkdir şanlı yurdum Azərbaycan!

Arı haqqında şeir

Qanadının altında ,çiçək tozları yükdür,

İşin səndən böyükdür.

Həyata bənzəyirsən, şirinin, acın da  var

Qoçaqlıq canında var ,

                  ***

Saat kimi dəqiqsən , qarışmaz günün,vaxtın,

Heyif qırx gündür bəxtin.

Beçə vaxtı gələndə,yuvaya sığışmazsan,

Bir yerə uyuşmazsan.

Sən gedəcəyin yeri ,gedib seçər birisi,

Sonra gələr gerisi.

                      ***

 Təhlükənin rəmzidir, titrəyərək uçmağın,

Bütöv qanad açmağın.

Yuvanın qapısında , gözətçilər dayanır,

Sübh tezdəndən  oyanır ,

İşə gedən arının ,əgər varsa  tənbəli,

Yuvaya keçməməli.

Sən balaca bənnasan ,tökürsən şan təməli,

Tanrı qüdrət, əməli.

                      ***

Sən balaca həkimsən ,çiçəklərdir dərmanın ,

Dəvasıdır insanın .

Sən balaca möcüzəm, bir dövlətsən ,ölkəsən,

Bax gör nə qəribəsən.     

     12.04 .2024.

Qarışqa

Bir qarışqa gedir çiynində yükü,

Utandım özümün şikayətimdən

Mən də ,öz yükümə ağır demişdim,

İzlədim ,gözünü görə bilmədim.

Dilini də ,bilmirəm deyə bilmədim,

Mən heç yığdığımı yeyə bilmədim.

Başını qaldırıb boylandı mənə ,

Bir özümə baxdım,bir ona baxdım .

Mən böyük o , da ki,  kiçik, balaca ,

Yaman təlaşlıydı, salmışdı dənin .

Düşündüm dən kimi bir gün qarışqa ,

Mən də , olacağam bax sənin yemin.

De görüm ,bilirsən nifaq salmağı,

Silahlar düzəldib, canlar almağı.

Birinə ov olmaq ,birinə ovçu,

Sən bizə çatmarsan bu işləməklə .

 Əlinə nə  qədər   yem yığarsan ki?

Yaman  geniş olur insanın ovcu.

Bir gəlir, göz doymur o , beş istəyir ,

Zər atır ,bəxtindən hey şeş istəyir .

Bəd günə səbri yox ,tez xoş istəyir,

Çalış , insan  kimi olma qarışqa.

Unutmuşam mən

Gəl səndən soruşum kimsən, nəçisən,

Adını , üzünü , unutmuşam mən.

İncimə tək sənə yad deyiləm mən,

Soruşsan özümü unutmuşam mən.

                     ***

Sevdanla köçübdür əvvəlki məndə,

Yəqin o deyilsən əvvəlki səndə .

Sevmirəm deyəsən əvvəlki təndə,

Sevib ,sevilməyi unutmuşam mən.

                   ***

Çox güman gəlibdir qorxduğum başa,

Tanrı qələmindən düşmədik  qoşa.

Əgər çatır gücün get xoşbəxt yaşa,

Sənsiz  yaşamağı ,unutmuşam mən.

Rəssam əlləri

Boyanıbdır hər boyanın rənginə,

Yarpaqtək titrəyən rəssam əlləri.

Tabloda çəkilib xəzanın rəsmi,

Onun üçün  titrəkdir  rəssam əlləri.

                     ***

Həm qış çəkib ,həm də çicək çəkibdir,

Nə çəkibsə axı ,gerçək çəkibdir.

 Qırışmış əllərin örtməkdən ötrü,

Deyəsən bircə cüt əlcək çəkibdir,

Onun üçün titrəkdir,  rəssam əlləri.

                 ***

Götürüb fırçasın səma çəkibdir,

Özü dərd çəksə də, dəva çəkibdir.

Görmədinmi , bir bivəfa çəkibdir,

Onun üçün titrəkdir, rəssam əlləri.

Yenə nə düşünür gecə görəsən

Ovcunun içinə alıb başını ,

Yenə nə düşünür gecə görəsən .

Qəlbindən ağlına yükmü daşıyır ,

Dözür bu təkliyə necə görəsən ?

                 ***

Hamı çıxıb gedir ,nədir günahı,

Bir -iki eyvanda işıqlar yanır.

O da göz yaşından utananlardır,

Gecə zülmətində durur, oyanır,

                 ***

Saxsıda çiçəklər baş -başa verib,

Çoxdan uyuyublar ,çoxdan yatıblar .

Bu qədər həm gözəl ,sakit gecəyə,

Min şəri – böhtanı niyə atıblar?

                    ***

İnsan özü zülmət ,zülmətdən qorxur,

Qorx fəsadlı qəlbdən ,gecədən deyil.

Bir tale ,bir  qismət ,bir də ki ,bir bəxt,

Gecə ki,  bunlardan qaranlıq deyil.

Bayquş balası

Hamı lənətlədi ,daşladı səni,

Biri qorxunc dedi ,biri uğursuz.

Sən qonduğun budaqları kəsdilər.

Uçdun hey arxanca söylənib durdu.

Nə qarğışlar tökdü axı qarılar,

Öz qarğışından yox ,səndən qorxdu ki.

Birdən ocağının işığı qaralar.

Vəkilimiz olan yoxmu dilimiz,

Hər əməlimizə bəraət verən .

Hakimi yalançı vicdan olanın ,

vəklinə dil tökmək boşun bəlkə .

Uç get ,uç get uzaqlara bəlkə gələsən ,

Sən bu “yaxşılar”-ın xoşuna bəlkə .

Hara viran olsa səbəbi sənsən ,

Bu nə uydurmadır,bu nə nağıldır.

Xarabalıqlara qonub de görüm,

Sən də mi ,bizləri lənətləyirsən?

Sakitcə dayanma bayquş balası,

Bizlər ki, qorxuruq lal axan sudan .

Üzməyi bilməyib suya atılan,

Suya da şər atır bax nadan adam.

Gözlərin nə qədər böyükdür sənin,

Burda bir hikmət var bayquş balası.

Allah gözlərini geniş edib ki,

Nə varsa yaxşıca görüb -duyasan.

Bir azca yaxın gəl bayquş balası,

Dünyada yaxşıda, pislərdə vardır .

Demirəm mələyəm qanadım yoxdur.

İnsan övladıyam bayquş balası,

İçimdə mələkdə ,şeytan da vardır.

Ancaq şeytan ilə ortaq deyiləm.

Mən mərdəm yaxın gəl ,satmaram səni,

Allahdan çəkinnəm doğrusu, amma –

Batilə inanan qorxaq deyiləm.

Gözləməklə kimsə geri dönən deyil

Təqvimlərdən -qopar illər  -varaq -varaq,

Yaşıllaşmaz  ağaclardan düşən yarpaq.   

Udduğunu birdə geri verməz torpaq,

Gözləməklə  kimsə geri dönən deyil.

                  ***

Özü üçün  bəslər,saxlar hər  adamı,

Bir ağ parça verib, alar yer adamı.

İlk gedişdən  tutar, saxlar gor adamı,

Gözləməklə kimsə geri  dönən deyil.

                  ***

Bu dünyani  apar qaytar yiyəsinə,

Qəti dûşmə düzəltməyin həvəsinə.

Ruh əlvida  deyibdirsə qəfəsinə,

Gözləməklə kimsə geri dönən deyil.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest