Genel

NİZAMİ GƏNCƏVİ ƏDƏBİYYATINDA ƏMƏK SEVƏRLİLİK

NİZAMİ GƏNCƏVİ ƏDƏBİYYATINDA ƏMƏKSEVƏRLİLİK

Dünya  ədəbiyyatınıngörkəmlinümayəndəsi, dahiAzərbaycan şairivə mütəfəkkiriNizamiGəncəviyaradıcılığı səkkiz əsrdənartıqdırki, xalqımızınmənəviyyatınınayrılmazhissəsinə çevrilmişdir. Böyüksənətkarınbütünhəyatı və zəngin ədəbifəaliyyətihəmindövrdə təkcə Azərbaycanınvə Qafqazın əniri şəhərideyil, eynizamandaYaxınvə Orta Şərqinmühümmədəniyyətmərkəzikimitanınmış Gəncə ilə bağlıdır. Şair ömrüboyuburadayaşayıbyaratmış və dünyapoeziyasınabir-birindəndəyərlisözsənətiinciləribəxş etmişdir.

NizamiGəncəvi ümumbəşərimahiyyətdaşıyan, ecazkarpoetikqüvvəyə malikyaradıcılığı ilə Şərqbədiitəfəkkürünü elmi-fəlsəfifikirlərlə zənginləşdirmiş və şeiriyyətigörünməmiş yüksəkliklərəqaldırmışdır. Mütəfəkkir şairinməşhur “Xəmsə”siinsanlığınmənəvisərvətləraxtarışınınzirvəsində dayanaraq, dünya ədəbiyyatının şahəsərlərisırasındalayiqliyertutur.  Qüdrətlisözustasınınbəşəriyyətinbədiifikirsalnaməsindəyeniparlaqsəhifəaçmış ölməz əsərləribugündə insanlarınmənəvi-əxlaqikamilləşməsinəmisilsizxidmətgöstərir. NizamiGəncəvidünyanın ənzənginkitabxanalarını bəzəyən əsərləriilə Şərqdəincəsənətin, xüsusəndə miniatürsənətinininkişafınatəkanvermişdir.  Ölkəmizdə dahi şairin əsərləridəfələrlə nəşrolunmuş, ədəbiirsinin öyrənilməsivətanıdılması sahəsində xeyliiş görülmüş, çoxsaydatədqiqatlaraparılmışdır.

NizamiGəncəvi üçünşəxsiyyətin ənyüksəkmeyarı insanlıqidi. İrqi, millivə diniayrı-seçkiliyiqətiyyətlə rəddedənbu şairinqəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqlarınnümayəndələrinərastgəlirik. Hümanist şairmüxtəlifdinlərə mənsubbuqəhrəmanlarınheç birininmilliyətinə, dinigörüşlərinə qarşı çıxmır. Onunqəhrəmanları ədalət, xalqxöşbəxtliyi, yüksəkməqsədləruğrundamübarizəaparırlar. İnsan şəxsiyyətinə insan əməyinə ehtiram şairinyaradıcılığınınaparıcımövzularındandır. NizamiGəncəvihəmdə vətənpərvəridi. O, təsviretdiyibütünhadisələriAzərbaycanlaəlaqələndirməyə, vətəninkeçmiş günlərinitərənnümetməyə çalışmışdır. NizamiGəncəviyaradıcılığındavətənməhəbbətidogma xalqyolundaqəhrəmanlıqideyası ilə birləşir.  NizamiGəncəvininyaradıcılığı hümanizm, yüksəksənətkarlığıilə ZaqafqaziyaCənubiQafqaz, Yaxınvə Orta Şərqxalqları ədəbiyyatlarınıninkişafınagüclü təsirgöstərmiş, dünyamədəniyyətixəzinəsinə daxilolmuşdur. NizamiGəncəvininəsərləridünyanınbir çoxxalqlarınındilinətərcümə olunmuşdur.  Əsərlərininnadirəlyazmanüsxələribir çox şəhərlərinməhşurkitabxana,muzeyvə əlyazmalarıfondlarındaqiymətliincilərkimiqorunubsaxlanılır.

Xatırladaq ki, Nizaminin vəfatından sonra “Sirlər Xəzinəsi” haqqında ilk müfəssəl məlumata XIII əsr tarixçisi İbn Bibinin hicri 679-cu ildə tamamladığı “Kiçik Asiya səlcuqilərinin tarixi” adlı əsərində isə poemadan bir neçə beyt verilmşdir.

Gəncəvinin əmək və sərvət haqqında yaratdığı təlimə görə, əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. Nizami əməyin ancaq insana xas olan bir fəaliyyət olduğunu göstərir, insanın başqa canlılardan fərqini və üstünlüyünü onun əmək fəaliyyətində, çalışmağında görürdü. Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. O, əməyin yüksək nəticələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması, əmək adamının daima öz bacarıq və ustalığını artırması ideyalarını irəli sürmüşdür. Əmək və əməkçi surətləri demək olar ki, onun bütün əsərlərinin başlıca qayəsini təşkil edir. Nizami tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir. Nizamiyə görə, sənətə, sənətkara, əkinçi əməyinə qayğı göstərilməsə, hər kəsin öz peşəsinə görə işləmək imkanı yaradılmasa, sərvət azalar, vergilər ödənilməz, xəzinə də boş qalar.

             Məhz Nizami Gəncəvi yaradıcılığının əsas süjet xətlərindən biri də zəhmət, sənətkarlıq, ustalıq, yaradıcılıq təşkil edir. Şair bütün əsərlərində şərəfli əmək insanı ucaldar prinsipi əsas tutaraq zəhmətə və əməkçi insanların yaratdıqları hər bir işi alqışlamış və bu qərara gəlmişdir ki, insan tutduğu hər bir vəzifədən asılı olmayaraq: “Vəzifə insana şan-şöhrət deyil, İnsan vəzifəyə şöhrət olmalı” devizini əsas tutmuş və öz əsərlərində əmək adamlarına dərin məhəbbətlə təsir etmiş və əməyə yüksək qiymət vermişdir. Bu cəhətdən şairin “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” əsərində  Şam şəhərində kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişi yaşayırmış.  O, əyninə öz əlinin zəhməti ilə otlardan biçdiyi köynək geyir, kərpic kəsib dolanırmış. Bir gün gənc bir oğlan kərpickəsən qocaya deyir ki, səndən bir qarın çörəyi heç kəs əsirgəməz, özünə bu qədər əziyyət vermə. Müdrik qoca cavan oğlanın məsləhətlərindən narazı qalaraq ona belə cavab verir: “mən əlimi bu zəhmətə öyrətdim ki, heç kəsə əl açıb möhtac olmayım, insanın kərpic kəsərək öz əməyi və zəhməti ilə çörək pulunu qazanması, başqalarına əl açmaqdan daha üstündür”.

Bu, əlbəttə, şairin özünün ideyasıdır ki, insan öz zəhməti ilə ucalmalı və onun nəticəsində yaşayışını təmin edib, özgələrdən asılı olmamalı, halal əməyi ilə dolanışığını təmin etməyi bacarmalıdır.  Bu əsər vasitəsilə heç kəsə boyun əyməmək, əməksevər olmaq kimi müsbət keyfiyyətlər aşılanır. Zəhmətkeş qoca da hələ həyatın sərt üzünü görməmiş gəncə əməksevərlik, halallıq dərsi verir.  Qocanın dili ilə dediyi sözlərdən görünür ki, şair əməyə insana sərbəstlik verən, onu başqaları qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır, kərpic kəsməklə gündəlik gəlirini qarşılamağın utancverici bir hiss olmadığını dilə gətirir və bir qarın çörək üçün heç kəsə boyun əyməməyi təlqin edir, tüfeyli həyat sürən insanları pisləyir, onların cəmiyyətə heç bir xeyir gətirmədiyini bildirir. Kərpic kəsən kişi yaşadığı çətinliklərə baxmayaraq, həyatda heç vaxt məğlub olmadı, məğrur dayandı.

          Qeyd edək ki, Nizami Gəncəvinin ilk iri həcmli əsəri olan “Sirlər Xəzinəsi” həm Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi, həm də şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi olmuşdur.  Əsər hicri tarixilə 570-ci ildə, miladi təqvimilə 1174-1175-ci illərdə yazılmışdır. “Sirlər Xəzinəsi” zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə “Kəlilə və Dimnə”, “Qutadqu bilik”, “Hədiqətül-həqiqə”, “Siyasətnamə”, “Qabusnamə”, “Cəhar məqalə” və sair kimi əsərlərə yaxın olan “Sirlər Xəzinəsi” həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratikistiqamət vermişdir.

             Humanist mütəfəkkirin belə mövqeyi onun insan şəxsiyyətinə atəşin vurğunluğundan və sonsuz hörmətindən irəli gəlirdi. Nizami Gəncəvi üçün insan ən uca varlıqdır. Həyatın bütün nemətləri və gözəllikləri yalnız insan naminə mövcuddur. Ömür insana şərəfli və layiqli yaşamaq üçün verilmişdir. İnsan yaşamalı və yaratmalıdır. Mütəfəkkirin məntiqinə görə, nəinki əmək və öz zəhməti ilə yaşamaq, hətta ləyaqətli və məğrur yaşamağın özü insan üçün şərəf işidir. Lakin insan özü üçün şərəfli həyatı heç də həmişə yarada, təmin edə bilmir. Daha doğrusu, insanlıq şərəfinə nail olmaq yollarının qarşısını kəsənlər onun özünə sədd çəkənlər vardır ki, cəmiyyət belələrinə öz qoynunda yer verməməlidir. İnsanlıq şərəfini ucuz tutanları və bu şərəfi ayaqlar altına alanları sosial ədalətin qorunması üçün təhlükə hesab edən Nizami, onları rəzil və riyakar, şərəfsiz və ləyaqətsiz adamlar kimi qiymətləndirir. Cəmiyyət məhz belə xislətli tiplərdən həmişə ziyan görmüşdür. Öz nəfsinin əsiri olan, zəhmətkeş insanların əməyi hesabına yaşayan və hətta varlanan adamlarda insaf və dəlalət keyfiyyətləri axtarmaq əbəsdir.

Nizaminin ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.  Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın, bəşəriyyətin ən sevimli şairi olaraq şöhrət qazanmışdır. Onun yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, onun ruhuna, əqlinə və təfəkkürünə hakim olur. Nizami bəşəriyyət üçün nadir bir tapıntıdır.  Bu qeydlər bir daha onu göstərir ki, Nizami yaradıcılığı həmişə aktual olmuş, bu gün də vacibdir və gələcəkdə də gərəklidir.

Lətafət Beybutova Ələskər qızı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin müdiri

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest