Nazim Nəsrəddinov: Vaxt gələcək, tapılacaq keçəl başın darağı
Vaxt gələcək, tapılacaq keçəl başın darağı
***
Söz naşının dilində
bir quruca söz olur,
söz ürəkdən gələndə,
yanar olur, köz olur.
Sözü ucuz tutanlar,
qınaq yiyəsi olur,
danlaq yiyəsi olur.
Bu Dünyanın sözü çox,
sözü axtar
söz oısun…
Yaxşı söz deməyəndə
gərək ki, üz – üz olsun.
Söz deyək , söz eşidək,
sözlərimiz çin olsun,
bir sözü elə de ki,
bircə sözün min olsun.
***
İndi bütün dünyada
söz-sov yazan lələklər
ucuzlaşıb nə qədər.
Bəlkə buna görə də
Füzulilər çoxalıb,…
Elmin gülü,çiçəyi
bir balaca sozalıb…
Elm yaddan çıxıbdır
Elmxanlar azalıb….
Söz utanır,incitir
onu çılpaq yazandan,
özünü dahi sanıb,
yollarını azandan…
Yaxşı sözlər
dilbilməzlər əlində
xəstə kimi
böyrü üstə yıxılıb,
açılmır sözün rəngi,
sözlər sanki
məngənədə sıxılıb.
Yaxşı şair – süxəndan
qabaq beş-on nəfərdi,
sayırdı barmaqla
İndi orden, medallı
şairciklər, sözçülır
ortalığa düşüblər
bilinmir ki nə haqla…
(Bir qafiyə tapmışdım
utanıram, demrəm…)
***
Eh! Nə deyim bunlara,
bunların çıxardığı
min löyün oyunlara?
Dostum, qınama məni,
bir sözdür də,
yeri düşdü,
ona görə
dedim də…
Qəm eləmə,
tapılacaq
keçəl başa daraq da,
düzələcək
lazım olan
hər yasaq da,
yaraq da…
Mən bunları
söz içində,
vaxt olub ki,
birbaşa da
başqa cürə
söyləmişəm
min kərəm…
***
Əziz dostum,
şeir, sənət adıyla
kəkələyən insanların
yerinə
yemə qəm,
qəmin kəm….
Bir də səni
hövsələdən çıxaran
boş sözlü şairlərin
nə özüylə,nə də ki,
söhbətilə incitmərəm.
yormaram…
***
Nazim Nəsrəddinov
Bakı,
22.06.2021