Nazim Nəsrəddinov: Bu yay tez gəlməkdə solaxay gəlib

Qəzetlər yazır ki,

bu gün (21.06.2021) Azərbaycana yay fəsli gəlib.

Yay fəsli  Azərbaycana Bakı vaxtilə saat 07:32:00-da  qədəm qoyub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.

Bu gün ən uzun gündüz və ən qısa gecə olacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.

Bu ilin payız fəsli sentyabrın 22-si saat 23:21-də, qış fəsli isə dekabrın 21-i saat 19:59-da gələcək****

Nazim Nəsrəddinov: Bu yay tez gəlməkdə solaxay gəlib


***
Bu da təbiətdə köhnə oyundur,
Hələ “iyul” deyil, hələ “iyun”dur…
Hələ lalələrin rəngi qırmızı,
Hardasa qar yağır, hava tutqundur.
***
Eşitdim, deyirlər bu gün yay gəlib
Yay niyə tələsib, dəlixay gəlib…
Vallah, bir söz gəldi ağlıma mənim,
Bu yay tez gəlməkdə solaxay gəlib
***
Sabirin sözlərin dəyişək bir az
Yay gəlir istidən tıncıxır ürək…
Gətir gözlərinin önünə indi,
Çayları keçəndə çırmanaq gərək…***

Nazim Nəsrəddinov

Bakl,

21.06.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest