Mehmet İnankıldan Azerbaycan ləhcəsində Bizimdir
Ömrünü Türk Birliyinə Həsr Edən Şair Mehmet İnankıldan Azerbaycan ləhcəsində Bizimdir

Redaktordan
“Dildə, fikirdə, işdə birlik!” şüarı ilə fəaliyyət göstərən media qrupumuz üçün Azərbaycan Türkçəsində əsərlərin nəşri xüsusi əhəmiyyət kəsb edir. Qiymətli bəstəkar və şairimiz Mehmet İnankılın bu əsəri, yalnız poetik bir uğur deyil, həm də Türk coğrafiyasının mənəvi bütövlüyünü sübut edən əyani bir sənəddir. Azərbaycan və Türkiyə başta olmaqla, bütün uca Türk dövlətlərinin ortaq səsi olan “Bizimdir” əsərini Kırım’ın Sesi Gazetesi ailəsi olaraq oxucularımıza təqdim etməkdən qürur duyuruq. İnanırıq ki, bu cür dəyərli paylaşımlar köklərimizi daha da möhkəmləndirəcəkdir.
Bakı. Ömrünü Türk dünyasının birliyinə, dildə və fikirdə həmrəyliyinə həsr edən tanınmış şair və bəstəkar Mehmet İnankıl, oxucularını milli hissləri coşduran yeni bir əsərlə salamlayır. Şairin Kırım’ın Sesi Gazetesi vasitəsilə təqdim etdiyi Azerbaycan ləhcəsindəki “Bizimdir” şeiri və onun musiqi tərtibatı, Türk dünyasında böyük əks-səda doğurub.
“500 Milyonluq Tək Millətin Səsi”
Mehmet İnankıl bu əsərində Adriyatikdən Çin səddinə qədər uzanan uca Türk mədəniyyətini, tarixini və sarsılmaz birliyini tərənnüm edir Şeirdə keçən “500 milyon ey tək millətim, 17 uca dövlətlərim” misraları, Türk millətinin qədim dövlətçilik ənənəsinə və böyük gücünə işıq tutur 24 Oğuz boyunun və şanlı tarixin ortaq mirası lirik və coşqun bir dillə vəsf olunur
Elm, İrfan və Əhməd Yəsəvi Hikməti
Əsərdə yalnız hərbi və tarixi zəfərlər deyil, həm də Türk-İslam dünyasının mənəvi sütunları ön plana çıxarılır
Şair, “Mehmedim, Yəsəvi elmimdir, Qurandır imanım dinimdir” deyərək, millətin elmlə, irfanla və imandakı sadiqliyi ilə ucaldığını vurğulayır
Kırım’ın Sesi Gazetesi Azərbaycan Nümayəndəliyi olaraq, Türk birliyi ideallarına hər bir əsəri ilə töhfə verən dəyərli sənətkarımız Mehmet İnankıla bu uca fəaliyyətində uğurlar arzulayırıq.
Əsərin video-musiqi tərtibatını aşağıdakı keçiddən izləyə bilərsiniz:
BİZİMDİR…!
Dünya yaxşı eşitsin məni,
On Beş min il, tarix bizimdir,
Əgər olarsa tek soranı,
Mədəniyyət, zərif bizimdir.
Mədəniyyət, zərif bizimdir.
**
Alemler içində irqlərin,
Məqsədı fərqlidir Türklerin,
Ezəldən gəlir bir köklərim,
Şanlı Türk’üm şərəf bizimdir.
Şanlı Türk’üm şərəf bizimdir.
**
Beş yüz milyon ey tək millətim,
On yeddi uca Dövlətlerim,
Yeddi qitəyə öz hikmətim,
Yön verəndə Tarif bizimdir.
Yön verəndə Tarif bizimdir.
**
İlim ilə irfanla dolu,
Asildir iyirmi dörd boylu,
Yetmiş beş bəylik hep Türk soylu,
Ehli kamil Arif bizimdir.
Ehli kamil Arif bizimdir.
***
Mehmedim Yesevi ilmimdir,
Qur’an’dır imanım dinimdir,
Oğuz Kağan, bir tək yönümdür,
Haqq bilən Min Elif bizimdir.
Haqq bilən Min Elif bizimdir.
SÖZ VE TERTİB
MEHMET İNANKIL
Mehmet İnankıl, Kırımınsesi Gazetesi, Bizimdir şiiri, Türk Dünyası, Azerbaycan ləhcəsi, Türk birliyi, Kırımın Sesi Azərbaycan, Türk şiiri, Oğuz boyları, Hoca Ahmed Yesevi,

