Milli müstəqilliyimizin yetirməsi

Təhsil tariximizin tarixi daha geniş işıqlandırılmalıdır.

2012-ci ildə TQDK-nın 20 illiyi münasibətilə bir neçə əməkdaşın cərgəsində mən  də  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.M.Abbaszadənin imzaladığı  Fəxri Fərmanına layiq görüldüm.

 Mənə  20 illik zəhmətin  göstərixcisi olan mükəmməl TEST toplusundn başqa, 20 rəqəminin sıfırının içində “1992-2012” tarixi rəqəmləri yazılmış “Milli müstəqilliyimizin yetirməsi” adlı ağır çəkili, sanballı-272 səhifəlik bir kitab da bağışladılar.
Kitabı öz dəsti-xətti ilə tanınan “Şərq Qərb nəşriyyatı” çap etmişdir.
Tirajı göstərimir.Kitabın ərsəyə gətirilməsi isə təvazökarcasına bir cümlə ilə ifadə olunmuşdur: 


“Kitab 
TƏLƏBƏ QƏBULU üzrə DÖVLƏT KOMİSSİYASI 
tərəfindən hazırlanmışdır”.

 Azərbaycanın təhsil sistemində test üsulu ilə tələbə  qəbulu  türk təhsil ənənələrindən faydalanan hadisədir.Bu üsulun tarixi Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 74 nömrəli Fərmanının verilməsindən başlanır.TQDK-nın ilk Əsasnaməsi 27 oktyabr 1992-ci ildə ölkə Prezidenti tərəfindən təsdiq edilmişdir.

Yəqin ki, TQDK-nın xələfi olan DİM-də Tələbə Qəbulu üzrə Dövlət komissiyasının 25 illik bayramı da yaxın günlərdə təntənə ilə keçiriləcək,bu dövlət qurumunun tarixi daha geniş şəkildə ölkə səviyyəsində qeyd olunacaqdır. 
TQDK-nın tarixini işıqllandıran  bu kitabin yeni, daha mükəmməl nəşri də yubiley ərəfəsində gözlənilənlərin cərgəsindədir.Yaxşı olardı ki, bu nəşrə daha məsuliyyətlə yanaşılsın.TQDK-nın tarixinə aid Fərman və Sərəncamlar oxuculara tam şəkildə çatdırılsn,TQDK-nın aparıcı sahələrindən  biri kimi elmi-metodiki seminarların tarixi, mükəmməl test bankının yaradılmasında elmi-metodiki fəallıq və mübarizlik əzmi göstərənlərin xidmətləri unudulmasın.

Qısa bir arayış-ricət

1994-cü ilin sonunda TQDK-da ilk elmi-metodiki seminarlar yaradılanda mən Araz Ekologiya Liseyində direktor müavini və Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirdim.Direktor-kimya elmləri namizədi Elxan Əmirbəyov idi. Kollektivimizdə  Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının,  bir neçə tədris institutunun əməkdaşları saat hesabı ilə dərs deyirdilər.Onların çoxu bir müddətdən sonra Ekologiya Liseyinə daimi vəzifəyə qəbul olundular.
TQDK- hamımızın inam və güvənc yeri idi. Azərbaycanın təhsil sistemində yenilik kimi qarşılanan Ekologiya Liseyinin elmi dərəcəli və elmə həvəskar müəllimləri TQDK-nın bütün elmi -metodiki tədbirlərində fəal iştirak etməyə başladılar.

Təsadüfi deyil ki,TQDK-nın ilk fənn komissiyalarında Ekologiya Liseyinin 4 müəllimi  seminar rəhbəri təyin olundu.Kimya elmləri namizədi Elxan Əmirbəyov -fizika, kimya  elmləri namizədi Vəli Əiyev-kimya, biolpgiya elmləri namizədi Tariyel Heybətov -biologiya, mən – Nazim Nəsrəddinov -Azərbaycan dili və ədəbiyyatı elmi-metodiki seminarlarına rəhbərlik etməyə başladıq.10-dan artıq müəllimimiz fənlər üzrə ekspert kimi məsuliyyətli vəzifəyə cəlb olundu.Başqa sözlə, Araz Ekologiya Liseyi TQDK-nın baza təcrübə məktəbi kimi tanındı.

Məzkur-haqqında söz açılan  təhsil ocağının müəllimləri uzun illər boyu TQDK-da və indi DİM-də elmi-metodiki fəaliyyətlərini uğurla davam etdirirlər.Onlar ölkədə TQDK-nın Qəbul imtahanı proqramlarının, elmi-metodiki məqalələrin,bir çox tədris vəsaitinin, test toplularının müəllifləri kimi tanınırlar.

Söz ardı

 Hər bir yubiley illər  ərzində görülən işlərin təntənəli hesabatıdır.

Mən istərdim ki,Azərbaycan təhsilində uğurlu hadisə olan ali və orta ixtisas məktəblərinə test üsulu ilə  qəbul  tarixi, bu yolda və bu istiqamətdə görülən işlər  gələcək nəslə layiqincə çatdırılsın,deyilən sözlər faktların dili ilə səsləndirilsin, bu işdə kiçik bir səhv tarixə kölgə salmasın. Bu məqsədlə yubiley tədbirlərinin

hazırlanması işinə işin içində olan mütəxəssislərin bir qrupunun dəvət edilməsi,onların elmi-metodiki qüvvə bacarıqlarından səmərəli istifadə olunması  məqsədəuyğun sayılır.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Respublika Prezidentinin Sərəncamı ilə keçirilən  

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq

13.10.2019.

Milli müstəqilliyimizin yetirməsi” için bir yorum

  • 13 Ekim 2019 tarihinde, saat 16:27
    Permalink

    2012-ci ildə TQDK-nın 20 illiyi münasibətilə bir neçə əməkdaşın cərgəsində mən də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.M.Abbaszadənin imzaladığı Fəxri Fərmanına layiq görüldüm.

    Mənə 20 illik zəhmətin göstərixcisi olan mükəmməl TEST toplusundn başqa, 20 rəqəminin sıfırının içində “1992-2012” tarixi rəqəmləri yazılmış “Milli müstəqilliyimizin yetirməsi” adlı ağır çəkili, sanballı-272 səhifəlik bir kitab da bağışladılar.

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest