Genel

M.Ə.Rəsulzadə və milli türkdilli mətbuatımızın şəkilli – müsəvvər “Molla Nəsrəddin” jurnalı

“Molla Nəsrəddin” jurnalının ilk nömrəsi 1906-cı il aprelin 7-də ( təzə tarixlə aprelin 20-də ) mıxmışdır. Elə bu məqamda oxuculardan soruşuram: “Evinizdə “Molla Nəsrəddin” jurnalı varmı?”

Mənə elə gəlir ki,Azərbaycanda hər bir ailə kitabxanasında “Molla Nəsrəddin” jurnalının latın qrafikaı əlifba ilə transliterasıya olunmuş cildləri olmalıdır. Nəşriyyatlar bu barədə ciddi fikirləşməlidirlər.
Deputatlarımızdan biri bir neçə il bundan əqdəm bu jurnalın 3-4 orijinal nömrəsini
baha qiymərə alması ilə öyünürdü.Mədəni irsimizə bu münasibət alqışlanmalıdır.
Bütün məktəb kitabxanaları “Molla Nəsrəddin” jurnalının nəfis şəkildə nəşr olunmuş cildlərilə təchiz edilməlidir.
“Molla Nəsrəddin” jurnalı dünyanın ictimai fikir tarixçilərinin dərs kitabına çevrilməlidir.

Çoxdandır ki,M.Ə.Rəsulzadə və “Molla Nəsrəddin” jurnalı mövzusu barədə danışmaq istəyirəm.Bu səpkidə bəzi yazılarım bir neçə ildir ki,oxuculara çatdırılıb.Amma görüləsi iş hələ çoxdur.
Növbəti yazımda “Molla Nəsrəddin”in Bakı vəkillərindən biri – Məhəmməd Əmin Rəsulzadə
(29 02 (12.03), 1884,Novxanı – 06.03.1955,Ankara) haqqında danışmaq istəyirəm.


İnsan dünyaya ağlaya-aölaya gəlir.Bu ağlamaq məsələsi ki, var, çox qəliz məsələdir.Bəlkə də, dünyaya gələn uşaq ona görə ağlayır ki,başına nə gələcəyini bilmir. Hər halda ağlamaq ki var, insanlıq göstəricisidir.Əsas məsələ odur ki, ağlayan uşaq nəyə görə ağladığını bilsin.
M.Ə.Rəsulzadə də dünyaya ağlaya-ağlaya,həyatı dərk etməyə, həyatı yeniləşdirməyə gəlib. Tarixçilərin hazırladıqları sənədə görə M.Ə.Rəsulzadə 31 yanvar 1884- cü ildə dünyaya göz açıb. Doğru, dəqiq faktlara görə isə onun dünyaya gəlişi 1884-cü il fevralın 29-dan başlanmalıdır.Bu da ki,tarixi hesablamağın 1918-ci il üsulu ilə 12 mart 1884-cü ilə düşür.
(Yadda saxlayaq ki,XIX əsrdə anadan olanların təvvüdünün 01.05.1918-ci il təqvim tarixi ilə hesablayanda təvvəllüdün tarixinə 12 gün əlavə edilir.XX əsrin əvvəllərindən 01.05. 1918-ci ilə qədərki dövrə anadan olanların yaş tarixinə isə 13 gün əlavə olunmalıdır)
Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan və həqiqəti təsdiq etməyə qadir olan sənədlərdə Məhəmməd Əmin Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan olduğu aydın- .göstərilmişdir. (Mən bunu dəfələrlə müxtəlif yazılarımda göstərmişəm-N.N).
1884-cü il dördə kəsirsiz bölünən illərdəndir. Belə ilə ingilislər “LEAP YEAR”, ruslar “ВИСОКОСНЫЙ ГОД” deyirlər.Hər halda uzun ilin adamı olmaq yaddaqalan xarakterik xasiyyətləri ilə tanınır. Bu cəhətdən M.Ə.Rəsulzadənin bəxti çox gətirib.Maraqlı və zəngin işləri ilə dolu həyat yolu var. Yaxşı müəllimlərdən yaxşı dərs alıb. Özü də öz həyat nümunsi, ictimai-siyasi fəallığı ilə nəsillərə dərs deyıb. M.Ə.Rəsulzadə tarix yazan insanlardan biridir.Onun təvəllüd günü hər il keçirilməlidir. Biz hər il onun təvəəlüd gününə bayram əhvali-ruhiyyəsi ilə gəlməliyik.

M.Ə.Rəsulzadə – adı dövlətçilik tariximizdə özünə şərəfli yer tutan vətəndaşlarımızdandır.
… M.Ə.Rəsulzadənin həyat və yaradıcılığının müəyyən mərhələləri haqqında mənim bir sıra yazılarım Azərbaycan, rus və ingilis dillərində dünya oxucularına çatdırılmışdır.
Mən M.Ə.Rəsulzadənin ədəbi irsinə ilk dəfə 1997-ci ildə TQDK-nın xətti ilə qəbul imtahanı bunkerində olarkən müraciət etmişəm.
O vaxt Polis Akademiyasına qəbul imtahanları ayrıca keçirilirdi.Bunker Mərdəkanda tarixi bir məkanda-Hacınskinin evində keşirilirdi. Azərbaycan dili və ədəbiyyatı fənnindən qəbul imtahanının ilk sualı M.Ə.Rəsulzadəyə aid idi. Bunu mən M.Ə.Rəsulzadənin ədəbi və elmi irsinə hörmət əlaməti kimi seçmişdim.Müəllim yoldaşlarım da məsənin mahiyyətinə o qədər də varmadan etiraz etməmişdilər. İmtahan sualları Mərdəkanda bağ evi olan dövlət məmuru tərəfindənhər axşam müəyyən bəhanələrlə ciddi yoxlanılırdı.Məmur xanım mənə ehtiyatla irad tutulanda dediyim cavabı olduğu kimi indi sizlərə çatdırıram:
“Məhəmməd Əmin Rəsulzadə elə şəxsiyyətlərdəndir ki, onun heykəlini S.M.Kirovun heykəlinin yerində yapmaq olar”.
Mənə irad tutan dövlət məmuru etiraz etməyi bacarmadı.

İkinci dəfə yazıçı,filologiya elmlər doktoru Elçinin kitabından bir cümləni TQDK-nın qəbul imtahanı suallarına yerləşdirə bilmişdim:
“Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”cümləsini sintaktik təhlil edin”.

Əlbəttə, söhbət sintaktik təhlildən daha çox M.Ə.Rəsulzadənin xatırlanmasının vacibliyini yada salırdı.
Başqa bir testdə M.Ə.Rəsulzadənin “Qaranlıqda işıqlar” dramı abituriyentlərin diqqətinə yönəldilirdi.
M.Ə.Rəsulzadənin “Molla Nəsrəddin” jurnalının “Bakı vəkili” olduğunu oxuculara ilk dəfə mən xəbər vermişəm.
Əlbəttə,bu vəkillik məsələsi arxiv materialları əsasında daha ciddi araşdırılmalıdər.Amma,hər halda fakt var.Özü də “Molla Nəsrəddin” jurnalında.
M.Ə.Rəsulzadənin “Molla Nəsrəddin” jurnalında yazılarla çıxış edib-etmədiyi barədə heç bir elmi faktiki məlumat yoxdur.
Biz bu fikirdəyik ki, M.Ə.Rəsulzadənin jurnalist kimi yetişməsində “Molla Nəsrəddin” jurnalının böyük rolu olmuşdur.
“Molla Nəsrəddin” jurnalının hər nömrəsinin çapı onun qarelərinin-oxucularının bayramı idi.Bu bayramda hamı iştirak edirdi,yazıları höccələyə-höccələyə oxuyan da,kənnd mollası da,şəhərdə işləyən əli mazutlu fəhlələr də. “Molla Nəsrəddin”i yüksək dini vəzifəyə dövıət tərəfindən təyin olunmuş Zaqafqaziyanın şeyxülislamı Əbdüssəlam Axundzadə də,müfti Mirzə Hüseyn Əfəndi Qayıbov da.. oxuyur və təqdir edirdilər.Onların “Molla Nəsrəddin” jurnalına münasibəti ayrıca mövzu kimi araşdırılmalıdır. Aydındır ki, dini vəzifədə çalışan Zaqafqaziyanın şeyxülislamı Əbdüssəlam Axundzadə də, müfti Mirzə Hüseyn Əfəndi Qayıbov da qələm əhli idilər,”Əkinçi”dən sonrakı milli mətbuat orqanlarında yazılarla çıxış etmiş,milli dərsliklərimizin yazılmasında,ədəbiyyat nümunələrinin toplanıb,çap edilməsində gördükləri işlər tarixin yaddaşına yazılmışdır.”Molla Nəsrəddin” jurnalının çox güclü yazarları var idi.Onlardan Ö.F.Nemanzadə, M.Ə.Sabir yüksək dini rəhbərlərin imzaladıqları prixod mollası attestatı alandan sonra müəllimliyə başlamışlar. Ö.F.Nemanzadənin attestatını Tiflisdə vaxtilə Qori Seminariyasında müəllim işləyənlər-Mirzə Hüseyn Əfəndi Qayıbov, M.Ə.Sabirin attestatını isə şeyxülislamı Əbdüssəlam Axundzadə də imzalamışdır.
M.Ə.Rəsulzadənin “Molla Nəsrəddin” jurnalının vəkili olması xəbəri
“Molla Nəsrəddin” jurnalının 9 dekabr 1907-ci ilə aid 46-cı nömrəsindəndir. Nədənsə M.Ə.Rəsulzadənin tədqiqatçıları bu məlumatın vacibliyinə əhəmiyyət verməmişlər.

Məlumatı olduğu kimi oxucuların diqqətinə çatdırıram:
“Bakıda məcmuəmizin vəkilləri “İrşad” idarəsində-“Nicat” cəmiyyətinin sədri cənab Məhəmməd Əmin Rəsulzadə və Parapetdə “Nadejda” kontorunda məzkur cəmiyyətin xəzinədarı cənab Əsədulla Axundovdur.
Gəncədə vəkilimiz şəhər məktəbinin türk dili müəllimi cənab Mirzə Hüseyn İsmayılzadədir”.Vəssəlam….

Maraqlıdır ki, bu elan jurnalın sonrakı — 16 dekabr 1907- ci il tarixli 47-ci nömrəsində də oxuculara çatdırılmışdır. Lakin əvvəlki nömrədəki soyadların təkrarlanması nədənsə məsləhət olmamışdır.
Yeri gəlmişkən qeyd edək ki, M.Ə.Rəsulzadə hələ S.M.Qənizadənin direktor olduğu vaxtlarda- Bakı Rus-Tatar Məktəbində oxuyanda milli mətbuatla ciddi maraqlanırdı.O, məktəbi qurtarandan bir az sonra mürəttib vəzifəsində də işləmiş,hətta bu peşə haqqında “MƏR ” (Məhəmməd Əmin Rəsulzadə-N.N.) takma adı ilə “İrşad” qəzetində məqalə də çap etdirmişdir.
M.Ə.Rəsulzadənin müəyyən illərdə rəhbər olduğu “Nicat” Xeyriyyə cəmiyyəti Bakı qubernatorunun 1906- cı il avqustun 22-də təsdiq etdiyi Nizamnamə əsasında fəaliyyətə başlamışdır. Cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işini gücləndirmək, ali, orta və ibtidai təhsil müəssisələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi.Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr etmişdir.
Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasını “Nicat” Maarif Cəmiyyətinin dram heyəti hazırlamışdır.”Leyli və Məcnun” operasının ilk tamaşası 1912-ci il yanvarın 12-də şənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur.”Nicat”Cəmiyyətinin sədri kimi M.Ə.Rəsulzadənin də ilk tamaşada tamaşaçı kimi iştirakı şübhəsizdir.
Yeri gəlmişkən onu da deyək ki, yarandığı gündən “Nicat” Cəmiyyətinə növbə ilə Məhəmmədəli bəy Səlimbəyov (1906-1907), Həsən bəy Ağayev (9 mart-12 noyabr 1907), M.Ə.Rəsulzadə (12.11.1907- 17 .12.1913), eyni zamanda Qasım Qasımov, İsa bəy Aşurbəyov və Əlimərdan bəy Topşçubaşov rəhbərlik etmişlər.
“Nicat ” Cəmiyyətinin mətbu oraqanı “Nicat” qəzeti idi.Qəzetə İsa bəy Aşurbəyli başçılıq edirdi.”Nicat” həftədə bir dəfə şənbə günü Azərbaycan və rus dillərində nəşr olunan siyasi, ədəbi və ictimai qəzet idi.
1910-1912-ci illərdə “Nicat” qəzetinin 86 nömrəsi çap olunmuşdur.
M.Ə.Rəsulzadə ilə ilgili qəzet və jurnal materiallarının diqqət və bələdliklə öyrənilməsi həmişə gündəmdə olmalıdır.
Mən fəxr edirəm ki, tariximizə sevgi və qayğı ilə bir neçə iri həcmli kitaba yerləşəcək qədər iş – xeyirxah yaradıcılıq işi görmüşəm. Bu sırada M.Ə.Rəsulzadə irsinə rəğbətim bir neçə yazımda öz əksini tapmışdır.
M.Ə.Rəsulzadənin “MƏR” imzası ilə “Həyat” qəzetində çap olunmuş “Mətbəələrimizə dair” məqaləsini 30.10.1992-ci ildə də oxuculara mən çatdırmışam.
(bax :”Novruz ” qəzeti,30.10.1992).
Ən nəhayət, arxiv sənədlərinə əsasən, M.Ə.Rəsulzadənin 31 yanvar 1884-cü ildə yox, 29 fevral 1884- cü ildə anadan olması faktını da üzə çıxaran da mənəm:

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
türkoloq.
05.04.2021

Pin It on Pinterest