MƏTƏ XAN VƏ GİZLİ HEYYƏT

Türklər dünyaya sadəcə mədəniyyət toxumlarını deyil, dövlət və dövlətçilik anlayışını,
idarəçilik prinsiplərinin ən incə məqamlarını, dövlətin qurulmasının, qorunmasının və
təhlükəsizliyinin təmin olunmasının yollarınıda öyrətmişdirlər. Bu yolda nəyinki düşmənlə
mübarizə aparmaq, ən yaxınlarından belə, hətda canlarından belə keçməyi gözə almış bir irqdi.
Türklərin özlərinə xas dövlətçilik prinsipləri hamıya məlumdur. Mən bu yazıda dünyada ilk dəfə
qurulmuş cəsusluq təşkilatı və gizli heyyətin yaranmasından danışacağam. Uzun illər Hun
inperiyasını ayaqda tutan və türk dövlətlərinin dağılmasına, yerində yenisinin qurulmasını təmin
edən gizli təşkilat. Bu təşkilatın adı tarixdə Mətət xanla bağlıdır.
Belə ki, Mətə xanan Hun inperiyasının başına keçdikdən sonra, ilk gördüyü işlərdən biri
cəsusluq təşkilatını qurdurması olmuşdur. Bu təşkilat o qədər mükəmməl şəkildə qurulmuşdu ki,
daha sonra bir Heyyət halına gəlmişdir. Mətə xanın qurduğu Börü Budunlar cəsusluq təşkilatı
dövrün ən böyük düşməni Çinin ən qorxduğu təşkilat idi. Bu təşkilat sayəsində Mətə xana qarşı
təşkil olunmuş bütün süiqəst əməliyyatları nəticəsiz qalırdı. Çinin imperatorunun göndərdiyi hər
suiqəstçinin ya kəlləsi Çin qalasının qapısından asılırdı, ya da göndərilən suiqəstçilər Mətə xanın
öz adamı çıxıb, əks suiqəsd tərtib edirdilər. Bu elə bir hal almışdı ki, Çində iki il ərzində üç kıral
öldürülmüşdür. Buna qarşı tədbir məqsədi ilə çinlilər, özlərinin Altınlar Məclisi dedikləri gizli bir
təşkilat qurmuşdurlar. Bu təşkilat isə dünyada yaradılmış ikinci cəsusluq təşkilatı kimi tarixə
düşmüşdür. Bu təşkilatın ilk fəailiyəti yenə də Mətə xana qarşı suiqəst tərtib etməkdən ibarət
olmuşdur. Belə ki, Mətə xana dostluq münasibəti təklif edilmiş, bu dostluğun sinvolu kimidə ona
Çin xanədanlarından olan bir qızla evlənmək təklif edilmişdir. Bu qız isə yaradılmış olan Altın
Məclisə xidmət edən bir cəsus idi. Mətə xan təklifi qəbul edir, evlənir. Toydan bir ay sonara Altın
Məclisdən əmir alan qız, Mətə xanın gecə yeməyinə zəhə qatır. Mətə xan yeməyini yeməyə
başlar kən, cəsusda kənardan xanı müşayət edir. Zəhərin təsir edəcəyi anı gözləyir. Lakin zəhər
Mətə xana təsir etmir, əksinə qız şiddətli ösgürməyə başlayır. Rəvayətə görə Mətə xan soruşur:
“bir şeyin mi va?” Qadın: “xeyir əfəndim, sadəcə (ösgürür), sadəcə nə olur mənə” deyib yerə
yıxılır. Mətə xan gülümsəyərək: “zəhərlənmiş olmayasan? Mən səni, Altınlar Məclisinin
cəsusunu zəhərləmiş olmayım” deyir. Aydın olur ki, Mətə evlənəcəyi gün qadının cəsus
olduğunu anlamışdı. Adını eşitdiyi, haqqında heç nə bilmədiyi Altınlar Məclisini ortaya çıxarmaq
üçün məqsədli şəkildə evlənmişdi. Bu hadisədən sonra Altınlar məclisinin bütün üzvülərini
qılıncdan keçirmiş, Çin imparatorluğunu biət etdirmişdir. Bu hadisə Mətə xana təşkilatdakı zəif
nöktələri və çatışmamazlıqları görməyinə yardım etmişdir. Öz təşkilatının da yeddi gizli
idarəçisini ortaya çıxdıqları üçün edam etmiş, təşkilatı yenidən dizayn etmişdir. Yenə yeddi gizli
üzüv təyin etmiş, bu səfər fərqli olaraq təşkilata rəhbərliyi özü etmişdir. Lakin təşkilat
üzvülərinin heç biri, Mətə xanda daxil omaqla digərlərini tanımırdılar. Heyyətin yeddi üzvü
onları idarə edənin Mətə xan deyil onun adamı olduğunu düşünürdülər. Mətə xan iclasları
pərdə arxasından idarə edir, Mətə deyil Oğuz adıyla iclaslara qatılırdı.(Bu günkü Mətə yoxsa
Oğuz xan ziddiyəti də burdan yaranır). Cəsusluq təşkilatı artıq Heyyət formasın almış bütün
türklərin müqədəratını həll edən bir qurum halına gəlmişdir. Mətə xandan sonrada uzun
müddət fəaliyyət göstərən Heyyət, bütün türk dünyasını əl altından idarə etmiş, zəifləyən türk
dövlətlərini başqa güclü bir türk tayfası ilə əvəz etmiş,yeni dövlət qurmuş, əsrlər boyu
müstəqilliklərini əldən verməmişdirlər. Bu gün bir çox türklər tərəfindən, əsasəndə Türkiyə
türklərinin bir çoxu böyük bir inamla bu Heyyətin hələ də fəaliyyət gösdərdiyinə inanırlar.
Rəhim VAHİD

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest