MƏNDƏN ÖTDÜ…

Tariximizin elə məqamları vardır ki, damima ziyalılarımızı, şairlərimizi, yazıçılarımızı narahat
etmişdir. Necədə etməsin? Bu o məqamlardır ki, bu gündə öz fəsadları ilə inildəməkdədir. Bu
gündə o xətaların əzab-əziyyəti çəkilməkdədir. Əf edilməz olan bu xətaları edən şəxsiyyətlər isə
xalqımızın düşünən beyinləri üçün qınaq obyektinə çevrilməyə bilməz. Bu xətalar o xətalardır ki,
bəlasını bu millət, bu vətən çəkmişdir. Bu xətalardan biri, M.Araz yaradıcılığında da böyük qınaq
obyektinə çevirilmiş, tariximizin qara ləkəsi hesab etdiyim Xanlıqlar dövrüdür. Şairin də dediyi
kimi:
“Sənə gələn, səndən ötən
Nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçe defe
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəherin,
Beş qardaşın xanlığına parçalandı ?!”
Bəli. Nadir Şah Əfşarın öldürülməsindən sonra, bir neçə işbazın yaratdığı xanlıqlar. O xanlar ki,
böyük bir imperiyanı parçalayıb, ən əsası isə şəxsi mənafeyləri üçün vətəni parçalayıb ayrı-ayrı
dövlətlər yaratmaq eşqinə düşüblər. O xanlar ki, bu gün Azərbaycanın iki hissədən ibarət
olmasının ən böyük səbəbkarlarıdırlar. Kimlərsə o xanları ayrı ayrılıqda qəhraman hesab
etsələrdə, ümumilikdə isə onların vətən xaini olduqları acı həqiqətdir. Əfşarlardan sonra yerində
yaranmış son Azərbaycan imperiyası Qacarlar cənub xanlıqları imperiyaya birləşdirsələrdə,
Şimalda müqavimətə rast gəlmişdir.Səfəvi, Əfşar ipmeriyasının mənəvi varisi sayılan Qacarların
ətrafında birləşmək yerinə, şimal xanlıqları Osmanlıdan, Rus imperiyasından mədəd umaraq,
ölkə torpaqlarının bir qisminin Osmanlı imperiyasına qatılmasına, Şimalı Azərbaycanın isə ruslar
tərəfindən işğal olunmasına səbəb olmuşdurlar. Ən acınacaqlı məqam isə, bir-bir işğal
olunduqlarını gördükləri halda, yenə də nəfislərindən əl çəkməmiş, torpqları Qacarlara təhfil
verməmişdirlər. M.Arazın dediyi o atılan daşı, əslində özləri verdi onlara atanların əlinə.
Məndən ötdü …..
Bunu dedi Şəki xanı ,
Bunu dedi Bakı xanı ,
Bunu dedi İbrahim xan ,
Fətəli xan , Kalbalı xan …..
Qəza ötsün – məndən , – dedi ;
Ötən kimi << mən – mən >> dedi ;
<< Mən – mən >> dedi bir ölkədə
Nə qədər xan .
Heç bir siyasi bacarığa qabiliyyəti olmayan bu xanlar xalqı qırğına vermişdirlər. Çətin
vəziyyətdə qoyduqları Qacarlar isə Ruslarla sülh imzalamağa məcbur buraxılmışdır. Və bu gün
bəzilərinin qəhrəman hesab etdikləri xanların sayəsində Azərbaycan iki hissədən ibarətdir. Bunu
ürək yanğısıyla qeyd edən şair deyir:
Məndən ötdü …
Qulağımdan getmir bu səs ,

Zərbələri qardaşına ,
Sirdaşına ötürən kəs
Elə bil ki bax bu gec
Qulağımın dibindəcə
Xətainin süqutuna qəh – qəh çəkdi .
Sonra , sonra
Səhərəcən başına yüz qədəh çəkdi .
O qəh- qəhin dalğasından ,
Məstliyi baş fırladan
Havasından qopan daşdı …
Azerbaycan torpağında
Araz boyda şırım açdı .
Atalarımız “keçənə güzəşt” desələrdə, “mövzu vətəndirsə, gerisi təfərüatdır” deyən
öndərlərin töfsiyəsini qulağımıza sırğa etməli, vətənə xəyanətin bəhanəsinin olmadığını dərk
edərək tarixdən dərs çıxarmaq və xainidə, xəyanətidə unutmamaq hər birimizin vətəndaşlıq
borcumuzdur.

Rəhim Vahid
Rəhim Vahid

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest