GenelGüncelKültür Sanat

Lətifə Rəşid

Nazım AHMETLİ

Kırımınsesigazetesi

Azerbaycan Temsilcisi

Lətifə Rəşid

Bəs nə ilə vəsf eləyim vəsfini

Həmin baxış, həmin duruş, həmin göz,

Söylə nədir, dəyişdirən hüsnünü?

Nə kağız var, nə mürəkkəb, nə qələm,

Bəs nə ilə vəsf eləyim hüsnünü?

                 * * *

Söylə mənə, söylə mənə, söylə ki,

Kölgələri təqib edir gündə ki,.

Əl verəcək sənə səndən ondəki.

Bəs nə ilə vəsf eləyim hüsnünü?

                 * * *

Ahu gözlüm duman üstə duman var,

Əvvəl, axır vüsalına güman var.

Hələ sənə müjdə dolu zaman var,

Bəs nə ilə vəsf eləyim hüsnünü?

                 * * *

Gündoğandan Günbatana qor düşür,

Sətirlərin hecasına bar düşür.

Dost dedinsə ülfətinə nar düşür,

Bəs nə ilə vəsf eləyim hüsnünü?

                 * * *

Mən Rəşidəm, qızındığım od da sən,

Doğma da sən, uzaq da sən, yad da sən.

Dediyimi imzalayan ad da sən,

Bəs nə ilə vəsf eləyim hüsnünü?

                 * * *

Ay Lətifə dünya səndən keçdimi?

Sevmədiyin libasını biçdimi?

Sevdiyin kəs gözlərinə köçdümü?

Bəs nə ilə vəsf eləyim hüsnünü?

Dünyaya qarışıram mən

Yazdığım sözlərin özəlliyi var,

Bir ruhun diliylə danışıram mən.

Onunla oyanıb, onunla yatıb,

Onunla dünyaya qarışıram mən.

                  * * *

Gah məzar mehiyəm, gah tütək səsi,

Gah ilğım dalğası, gah külək səsi.

Təbimi oynadır bir mələk səsi,

Onunla dünyaya qarışıram mən.

                  * * *

Torpaqdan boylanan toxum kimiyəm,

Zamana zamansız axın kimiyəm.

Bütün ölənlərə yaxın kimiyəm,

Onunla dünyaya qarışıram mən.

                  * * *

Dağların dumanı düzə hopanda,

Gözlərin çöhrəsi üzə hopanda.

Ruh canı tərk edib dizə hopanda,

Onunla dünyaya qarışıram mən.

                  * * *

Bütün dualara sonsuz aminəm,

Nə alim övladı nədə aliməm.

Lətifə Rəşidə hər an zaminəm,

Onunla dünyaya qarışıram mən.

Ruhum çat verir

Boş qalıbdır bu dünyada baş yerin,               

Kipriyimin kölgəsində yaş yerin.

Mehmanısan o məlhəmsiz daş yerin,

Axı ruhum sənsizikən çat verir.

                     * * *

Dönə- dönə birdə məni sal yada,

Yada düşər aram- aram el yada.

Dərya da mən, Dəniz də mən, sən ada,

Axı ruhum sənsizikən çat verir.

                     * * *

Səni sevən sənsiz olmaz dünyada,

Haqq aşiqi dinsiz olmaz dünyada.

Dünyaya da dünya qalmaz dünyada,

Axı ruhum sənsizikən çat verir.

                     * * *

Qoy cahillər dilə gəlib dinməsin,

Qürub edən bir ömürə gülməsin.

Mən ölmüşəm kim bacarır ölməsin,

Axı ruhum sənsizikən çat verir.

                     * * *

Həyatımın nəşəsi yox, dadı yox,

Min dərdimin dərmanı var adı yox.

Can canını qəbul edər yadı yox,

Axı ruhum sənsizikən çat verir.

                     * * *

Lətifənin ətrafında dolandım,

Könül verib dünyasına calandm.

Doğru oldum dedilər ki yalandım,

Axı ruhum sənsizikən çat verir.

Sevəcəksən sən məni

Bu gün qışdır, sabah bahar olacaq,

Duyacaqsan, sevəcəksən sən məni.

Çeşmə olub sinən üstə axacam,

Qurtum-qurtum içəcəksən sən məni.

                     * * *

Baxacayıq bəsirətin gözünə,

Dönəcəyik bir İlahi düzümə.

Hara getsən yönələssən közümə,

Addım-addım keçəçəksən sən məni.

                     * * *

Bulaq kimi daşacaqsan gözümdən,

Közüm-közüm közərəssən közümdən.

Sənə libas tikəcəyəm özümdən,

Vücuduna tikəcəksən sən məni.

                     * * *

Hara dönsən haqq döyəcək qapını,

Daha əydim baltaların sapını.

Qurban verib götürəcəm ahını,

Ən dəyərlin biləcəksən sən məni.

                     * * *

Biçənəklər gözləyəcək yolumu,

Kərəntiyə saracağam qolumu.

Süpürəcəm alağını, kolunu,

Ciyərinə çəkəcəksən sən məni.

                     * * *

Fərziyyələr söylənəcək adına,

Xızır kimi yetişəcəm dadına.

Dönəcəksən bir möcüzə qadına,

Öpəcəksən, öpəcəksən sən məni.

                     * * *

Hər kəs Rəşid nəfəsini duyacaq,

Kimi qanıb, kimi babal yuyacaq.

Lətifə də ruhun səsin yayacaq,

Sevəcəksən, sevəcəksən sən məni.

Düşgün olmuşam

Dünyamn içində dünya dayanır,

Tapmaca, qıfılbənd, müşkül olmuşam.

Qanmazlar qananı təqib eyləyir,

Qalxdığım dağlara düşgün olmuşam.                      

                    * * *

Niyyətim atlıdır, özüm piyada,

Bəşərin əlacı qalıb həyada.

Mən mələk bildiyim dönüb səyyada,

Bülbüllü bağlara düşgün olmuşam.

                    * * *

Arzular arzumun çərçivəsində,

Ürəklər daş kimi bərkiməsində.

Elə bil tənhayam yer kürəsində,

Sevdiyim çağlara düşgün olmuşam.

                    * * *

Bu günüm dünəni qaytara bilmir,

Kim vərə düşübdür, kim tora bilmir.

Ürəyim ürəyin qurtara bilmir,

Soluxan tağlara düşgün olmuşam.

                    * * *

Çək məni içinə, keç nəfəsimdən,

Özüm də çaşqınam bal həvəsimdən.

Aləmə pay düşür bal həvəsimdən,

Niyyəti ağlara düşgün olmuşam.

                    * * *

Lətifə ağah ol köz içindəyəm,

Gözləri arayan göz içindəyəm.

Mən məzar sakini söz içindəyəm,

Sənin tək sağlara düşgün omuşam.

Səninləyəm, səninləyəm, səninlə

Fəryad eylə ürəyində çat olsa,

Əzabların yetmiş yeddi qat olsa.

Dünya özü talehimə mat olsa,

Səninləyəm, səninləyəm, səninlə.

                 * * *

Dərdi-sərin Tur dağını aşsada,

Dilin mənə laylaları qoşsada.

Fələk nələr etdiyinə çaşsada,

Səninləyəm, səninləyəm, səninlə.

                   * * *

Bir almayıq bölünmüşük tən yarı,

Gör nələrə şahid oldum mən qarı.

Ömür yarı, sevgi yarı, can yarı,

Səninləyəm, səninləyəm, səninlə.

                   * * *

Sirli olan günlərimə birdə dön,

Birdə dolan, birdə düşün, birdə dön.

Divanəsən, divanəyə birdə dön,

Səninləyəm, səninləyəm, səninlə.

                   * * *

Yatan bəxtim oyanmayıb yatsada,

Göylər məni Göy tərkindən atsada.

Dünya kəmi kəmlərinə qatsada,

Səninləyəm, səninləyəm, səninlə.

                     * * *

Sən alisən, məndə aciz bir bəşər,

Yoxluğuyla kim qayıdıb üzləşər?

Mən görünsəm iki dünya birləşər,

Səninləyəm, səninləyəm, səninlə.

                   * * *

Lətifəyəm haqqımı haqq etmişəm,

Nə arzuya, nə murada yetmişəm.

Yaşamışam, sovulmuşam, itmişəm,.

Səninləyəm, səninləyəm, səninlə.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest