Kırım’ın Səsi Qəzetinin Azərbaycan nümayəndəsi Nazım Əhmədli
Kırım’ın Səsi Qəzetinin Azərbaycan nümayəndəsi Nazım Əhmədli

Bütün fəaliyyətini Azərbaycan ədəbiyyatının təbliği və Türk dünyasının ortaq mədəni irsinin yaşadılmasına həsr edən tanınmış şair, publisist və jurnalistlərdəndir.
O, şeirləri, hekayələri və publisistik məqalələri Azərbaycan türkcəsində qələmə alaraq Kırım’ın Səsi Qəzetində müntəzəm şəkildə dərc etdirir. Bununla da Türk dünyasının ortaq mənəvi dəyərlərinin, dil birliyinin və Turan məfkurəsinin yaşadılmasına mühüm töhfələr verir.
Nazım Əhmədlinin uzun illərdir göstərdiyi səmərəli fəaliyyəti, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması istiqamətindəki xidmətləri Kırım’ın Səsi Qəzeti tərəfindən yüksək qiymətləndirilmiş və o, “Şərəf Yarlığı” ilə təltif olunmuşdur.
Hazırda Almaniyada istirahətdə olmasına baxmayaraq, Nazım Əhmədli Kırım’ın Səsi Qəzeti ilə əməkdaşlığını davam etdirir, yeni məqalə və bədii əsərlərini redaksiyaya müntəzəm olaraq göndərir.
Azərbaycanın müdrik qələm sahiblərindən biri olan Nazım Əhmədli, zəngin biliyi, məhsuldar yaradıcılığı və Türk dünyasının birliyi naminə gördüyü fədakar fəaliyyəti ilə örnək şəxsiyyət kimi böyük hörmət qazanmışdır.
Ağlımı başıma yığacam bir gün Söz: Nazim Əhmədli | Musiqi tərtibatı Mehmet İnankıl
Kırım’ın Səsi Qəzeti Nazım Əhmədliyə Azərbaycan ədəbiyyatına, Türk dünyasının mədəni birliyinə və ortaq dəyərlərimizin yaşadılmasına verdiyi əvəzsiz töhfələrə görə dərin təşəkkürünü bildirir və ona yeni yaradıcılıq uğurları arzulayır.
Kırımınsesi Qəzetindən Nazim Əhmədliyə Yüksək Mükafat: “Şərəf Yarlığı”
“Kırımınsesi” qəzetinin Azərbaycan təmsilçisi, tanınmış yazıçı və publisist Nazim Əhmədli bütün gücünü və yaradıcılığını Azərbaycan ədəbiyyatının inkişafına həsr edir. O, qələmə aldığı şeir, hekayə və məqalələrini doğma ana dilində işıqlandıraraq böyük Turan ülküsünü yaşadır və təbliğ edir.
“Kırımınsesi” Qəzeti rəhbərliyi və redaksiya heyəti Nazim Əhmədlinin bu fədakar və qeyri-adi fəaliyyətini yüksək qiymətləndirərək onu “Şərəf Yarlığı” (Fəxri Fərman) ilə mükafatlandırmışdır.
Azərbaycanın müdrik və işıqlı ziyalısı, bilqə adamı Nazim Əhmədli hazırda Almaniyada tətildə (məzuniyyətdə) olmasına baxmayaraq, yaradıcılıq fəaliyyətinə ara vermir. O, Avropadan da “Kırımınsesi” qəzeti üçün dəyərli yazılar, məqalələr göndərməyə və oxucularını sevindirməyə davam edir.
Biz də “Kırımınsesi” ailəsi olaraq dəyərli ziyalımız Nazim Əhmədlini bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və Turan yolundakı şərəfli fəaliyyətində yeni-yewi uğurlar arzulayırıq!
Nazim Əhmədli: “Sözün sərhədi yoxdur, Avropadan Azərbaycana, Krımdan Anadoluya qədər uzanan bir könül coğrafiyamız var. ‘Kırımınsesi’ bu mənəvi coğrafiyanın ən güclü səsidir. Bizə təqdim olunan ‘Şərəf Yarlığı’ əslində doğma ana dilimizə, ortaq mədəniyyətimizə verilən qiymətdir. Ömrümün sonunadək bu birliyə və Turan ülküsünə xidmət etməkdən şərəf duyacağam.”
Ağlımı başıma yığacam bir gün
NAZİM ƏHMƏDLİ
AĞLIMI BAŞIMA YIĞACAM BİR GÜN
Aylar nə tez ötdü, illər dəyişdi,
bir qara qalmadı telimin üstə;
elə əlləşirəm sözün içində,
söz də ki, ceyranın belinin üstə;
gün batır, buluda sarı qarışıb,
yarı ağca qalıb, yarı qarışıb;
baxıram, bir ovuc arı darışıb,
dağların bir ağca gülünün üstə;
həsrətim, qubarım uzaq bir ada,
inanma, uzanan yollarım çata;
məni gözlərində atmısan oda,
gəlib ağlıyarsan külümün üstə;
tökülür saçımdan qara yağışıar,
axır günahımı kimsə bağışlar;
yüz ildi solmayıb incə naxışlar,
nənəm toxuduğu kilimin üstə;
payızda meşələr çənə yazılıb,
həsrəti, qubarı mənə yazılıb;
ömrümüz beç-onca günə yazılıb,
o da ki, fələyin felinin üstə;
hara üz tutursan, axır qəm gəlir,
göydə buluddan da yağır, nəm gəlir;
bu zalım bəşərin ağlı kəm gəlir,
dünya sona gedir, zülümün üstə;
gözümüm qorunu sıxacam bir gün,
ağlımı başıma yığacam bir gün;
qaçıb yer üzündən çıxacam bir gün,
məni öldürərlər dilimin üstə.

