Genel

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib

Lütviyyə Əsgərzadə, Azərbaycanın tanınmış ədəbiyyatşünası, filologiya elmləri doktoru və tədqiqatçısıdır. O, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Əsas tədqiqat istiqamətləri Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslıq, müqayisəli ədəbiyyat və XX əsr Azərbaycan yazıçılarının irsidir.

Elmi və publisistik fəaliyyəti çərçivəsində:

  • Hüseyn Cavid, Cəlal Bərgüşad, İslam Səfərli və digər Azərbaycan ədibləri haqqında monoqrafiyalar və elmi məqalələr yazmışdır.
  • Azərbaycan ədəbiyyatı və mədəni irsi ilə bağlı müxtəlif elmi konfranslarda iştirak edir.
  • Ədəbi-tənqidi və publisistik yazıları müntəzəm olaraq mətbuatda dərc olunur.

BAKI – Azərbaycan ədəbiyyatşünası və tədqiqatçısı Lütviyyə Əsgərzadənin müəllifi olduğu “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib. Tədbirdə görkəmli yazıçı Cəlal Bərgüşadın zəngin ədəbi irsi, milli düşüncəyə verdiyi töhfələr və Türk dünyası ədəbiyyatındakı yeri haqqında çıxışlar edilib.

Təqdimatda vurğulanıb ki, Cəlal Bərgüşad yaradıcılığı Azərbaycan ədəbiyyatında tarixi mövzulara, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ideyalarına xüsusi yer verən mühüm nümunələrdəndir. Lütviyyə Əsgərzadənin hazırladığı bu kitab yazıçının həyatını, ədəbi fəaliyyətini və əsərlərini elmi baxımdan araşdıran dəyərli mənbə kimi qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, Cəlal Bərgüşadın “Bozatın belində” romanı hələ 1967-ci ildə Türkiyədə nəşr olunmuş, bununla da Azərbaycan ədəbiyyatının Türk dünyasında tanınmasına mühüm töhfə vermişdir. Əsər uzun illərdir oxucular tərəfindən maraqla qarşılanır və öz bədii dəyərini qoruyub saxlayır.

Tədbir iştirakçıları belə nəşrlərin Azərbaycan ədəbiyyatının təbliği, klassik irsin gələcək nəsillərə çatdırılması və Türk dünyasının ortaq mədəni əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Kırım’ın Sesi Gazetesi – Türk dünyasının ortaq ədəbi və mədəni irsini oxucularına çatdırmağa davam edir.

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının Sumqayıtda yerləşən Əli Kərim adına Poeziya evində təqdimatı baş tutub.

Tədbir “Mədəniyyət” telekanalının direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyevin moderatorluğu ilə keçirilib. Modrator müəllif və kitab haqqında əhatəli məlumat verdikdən sonra, Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik süküutla yad edilib. Himnimizin səsləndirilməsindən sonra tədbir açıq elan edilib.

Sonra söz kitabın rəyçisi, Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıya verilib. O vurğulayıb ki, bu kitab 2018-ci ildən institutda mütəmadi olaraq çap olunan “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görüb. Seriyanın 67-ci kitabı olan bu monoqrafiyada Cəlal Bərgüşadın həm şəxsiyyət, həm də yaradıcı insan kimi hərtərəfli obrazı yaradıldığını diqqətə çatdırıb. Ardınca Cəlal Bərgüşadın həyat yoldaşı Sayad Cavadzadə çıxış edərək, kitabın yazılmasında və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini ifadə edib.

Sonra yazıçının həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.

XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli yazıçının 1926-cı ildə doğulduğunu və əsl doğum tarixinin təhrif edilərək 1942-ci ildə müharibəyə aparıldığını bildirib. İkinci Dünya Müharibəsindəki iştirakının sonralar yazıçının əsərlərində real faktların yer almasına səbəb olduğunu qeyd edib. Əsərlərinin əsas xüsusiyyətinin inandırıcılıq olduğunu vurğulayarq “Boz atın belində” və “Sıyrılmış qılınc” romanlarının məziyyətlərindən danışıb.

Tədbirdə Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli yazıçının bir televiziya işçisi kimi özünə məxsusluqlarından, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Könül Nəsibova isə onun əsərlərinin fondda qorunmasından danışıb. Bildirib ki, 850-dən çox fonda malik arxivdə yazıçıya aid materiallar 606 mömrəli fondda yerləşir.

Sonra Qubadlı rayon İcra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək Cəlal Bərgüşadın vətənpərvərliyini əks etdirən xatirələri dilə gətirib.

Təqdimat mərasimində qiraətçilər Şüşəxanım Vəliyeva və Murad Hümbətovun ifasında şeirlər səsləndirilib. Yazarlardan Nəzakət Məmmədli, Aysel Fikrətqızı,  Sona İsmayılova, Xalidə Nuray və digərləri həm yazıçı, həm də ona həsr olunmuş tədqiqat əsəri haqqında fikirlərini bölüşblər. Eyni zamanda alimlərdən filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, tarix üzrə fəlsəfə doktoru Arzu Nehrəmli, filologiya üzrə fəlsəfə doktorları Şəfəq Nasir, Layə Mustafayeva, Məlahət Babayeva çıxışlarında Cəlal Bərgüşad əsərlərinin elmi tədqiqata cəlb olunmasındakı bu yeni mərhələni yüksək qiymətləndiriblər.

Tədbirdə yazıçının qohumlarından Tofiq Mehtiyev və  Əşrəf müəllim, Qubadlı rayon Əmək veteranları cəmiyyətinin sədri Razim Əliyev, Ekoloji Maarifçilik və Monotorinq İctimai Birliyinin sədri Qəmzə Yusifova, Əməkdar jurnalist Zərnişan Turan çıxışlarında monoqrafiyanın əhəmiyyətindən və belə araşdırmaların davamlı olmağından bəhs ediblər.

Sonra müəlif Lütviyyə Əsgərzadə tədbir iştirakçılarına və təşkilatçılara təşəkkürlərini çatdırıb.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest