Genel

“Kəşkül” dərginsin redaktoru ve yaradıcısı, maarifçi Cəlal Əfəndi Ünsizadə

“Nəhayət ki! “Kəşkül” dərginsin və qəzetinin  redaktoru və yaradıcısı, maarifçi Cəlal Əfəndi Ünsizadənin fotoşəkii tapıldı.
Mənbə: Abdurrəhman Tofiq Ünsi Arkun’un şəxsi arxivi”

Nazim Nasraddinov
Nazim Nasraddinov

Bu günlərdə gənc tədqiqatçı dostumuz Zaur Səmədov (Ünsizadə ) bu xədəri ilə hamını sevinclə təbrik etdi.Məsələ burasındadır ki,1890-cı illərin əvvəllərində öz yurdundan,elindən ,obasından didərgin düşən görkəmli Azərbaycan maarifçisi Cəlal Ünsizadə  siyasi əqidələrinə görə çar Rusiyasınakı bədxahların əlindən türk dünyasının o vaxtkı baş şəhərinə-İstanbula köçmüş, geniş maarifçilik fəaliyyətini  burada qardaşının yanında davam etdirmişdir.

Cəlal Ünsizadə uzun illər boyu İstanbulda sultan sarayında və hökumət idarələrində  kitabxana müdiri və mətbuat müşaviri kimi ölkə üçün gərəkli olan mühüm tapşırıqları ləyaqətlə yerinə yetirmiş,Azərbaycanla əlaqələrini üzməmişdir.

Cəlal Ünsizadə kimdir?

Cəlal (Cəlaləddin) Əfəndi Abdurrəhman Əfəndi oğlu   Ünsizadə əslən Şamaxılıdır.Atası şair təbiətli ziyalı olsa da,şeirləri ilə yox, uşaqlarına verdiyi yüksək tərbiyə və təhsillə  təhsil tarixinə düşmüşdür.Onun üç oğlu olmuşdur.Böyük oğlu Səid, ortancıl Cəlal (Cəlaləddin), kiçiyi Kamaldır.Hər üç qardaş türk dünyasının yaxşı tanıdığı yüksək əqidəli,dərin bilikli,məfkurəvi görüşləri ilə yadda qalan ziyalıdır.

Cəlalın böyük qardaşı Səid Ünsizadə (1825-1905) iki dəfə Şamaxı qazısı təyin olunmuş,1870-ci illərin axırlarında Zaqafqaziya Əhli-Təsənni İdarəsinə üzv seçilmış,1884-ü ilədək Tiflis şəhərində yaşamış,burada əsas vəzifəsilə yanaşı, maarifçilik məsələləri ilə məşğul olmuşdur.O,1878-ci ildə Tiflisdə türkdilli litoqrafiya yaratmış,1879-cu ilin yanvarından bu litoqrafiyada-daş basmaxanasında “Ziya”(1879,yanvar-1884,iyun) adlı həftəlik pedaqoji.şictimai-siyasi və ədəbi məzmunlu qəzet çıxarmışdır.Səid Əfəndi bir müddətdən sonra litoqrafiya əssasında mətbəə yaratmış,burada qəzetçilik və naşirlik fəaliyyətini uğurla davam etdirmişdir.Dərin savadı və  zəngin pedaqoji təcrübəsinə görə Səid Əfəndini Tiflisdəki Aleksandrovski Ali Pedaqoji İnstitutuna müəllimliyə dəvət etmişlər.O,bir neçə   dərslik,risalə və tərcümələrin  müəllifidir.İstanbulda Quranın türk dilində təfsirini yazmışdır.

Səid Ünsizadə türk dünyasının böyük zəka sahibləri  Münif Əfəndi, Seyid Əzim Şirvani,  İsmayıl bəy Qaspıralı  və başqaları ilə əqidə və məslək dostu olmuşdur.

Cəlal Əfəndi bütün bu fəaliyyətdə  həmişə böyük qardaşının yanında olmuşdur.O,1878-ci ildə Şamaxıdakı məclis məktəbindəmüəllimlik vəzifəsindən aralanaraq,Tiflisə gəlmiş,qardaşına mətbəə və mətbuat işlərində köməklik göstərmişdir.Ziya qəzetinin ilk redaktorluğu  da məhz Cəlal Əfəndiyə tapşırılmışdır.

Cəlal Əfəndi qardaşından xeyli kiçik idi.Onun təvəllüdü haqqında dəqiq məlumat olmasa da,hər halda o,Şamaxının paytaxt olduğuillərdə anadan olmuş,şəhərdə rus dilində açılmış yeni tipli məktəbin ilk məzunlarından biri olmuş,elə əsas iş yeri də məhz bu təhsil ocağı olmuşdur.

Rusdilli Cəlal Əfəndinin Ziyadakı yazıları həmişə qardaşı Səid Əfəndinin diqqət mərkəzində olmuşdur.Səid Əfəndi yazılarının birində qardaşından sadə dildə yazmağı, “hamıya öz xörəgini verməyi” tələb edirdi.

Cəlal Ünsizadə 1882-ci ilin axırlarında ayrıca mətbu orqan yaratmaq fikrinə düşür.O,hökumətdən icazə alıb,1883-cü ilin yanvarında Tifliskə KƏŞKÜL adlı aylıq dərginin nəşrinə başlayır.Bu dərgi 11 nömrədən sonra həftəlik qəzet kimi çıxı və 1891-ci ilin oktyabrında dedi-qodu və qadağalar uçbatından öz nəşrini dayandırır.Cəlal Əfəndi bir müddət Tiflisdəki kadet məktəbindəmüəllimlik edir.1890-cı illərin  əvvəllərində Cəlal Əfəndi İstanbula-böyük qardaşıSəid Əfəndinin yanına gedir,burada türk dostlarının köməkliyi ilə sultan sarayına yol tapır,kitabxana müdiri və mətbuat müşaviri işləyir.Sonralar paytaxt Ankaraya köçəndə Səlal Əfəndi də  türk dünyasının yeni baş şəhərinə gəlir.O,1933-cü ildə Ankarada vəfat edir.Cəlal Əfəndinin qəbrinin yeri məlum deyil.Çox güman ki,Ankara ziyalıları,dünyanın türkdilli oxucuları bu qeydləri oxuyandan sonraCəlal Əfəndi Ünsizadə haqqında oxuculara maraqlı məlumatlar verəcəklər.Hələlik bunu deyək ki,Cəlal Əfəndinin iki övladı olmuşdur.Oğlu 1925-ci ildə Almaniyada təhsil alarkən orada vəfat etmişdir.Yüksək təhsil almış qızının son illərədək var olması,Ankarada yaşaması haqqında da xəbərimiz var.

Cəlal Ünsizadənin şəklini Bakıya -Zaur Səmədova (Ünsizadəyə) çatdıran, ulu babasının adını daşıyan Azərbaycan kökənli ANKARALI  Abdürrəhman Tofiq Ünsi Arkun’dan da yeni məlumatlar sorağındayıq.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq.

15.10.2018.

Pin It on Pinterest