GenelGüncelKültür Sanat

Kəhliyn nağılı –

Kəhliyn nağılı
Səxavət Izzəti

O günlərəki üfüqdən,
Günəş başın əyərdi,
Qaranlıq çökə, çökdə
Anam nağıl deyərdi.

Çox mənzillər atdadım
Keçdim uzun yolları,
Hələdə yoldaşımdı
Anamın nağılları.

Deyir:
Bir qız varımış
Gözəllərin gözəli,
Bu dünyanın bəzəyi
Yaranışın özəli.

Ağıldan sərmayalı
Ədəb, ərkandan dərin,
Abrı, haya sözündə
Başıidı gözəllərin.

Çox saılı elçilərdən
Sevdi lap yoxsulunu,
Varlıları buraxdı
Tutdu yoxsul əlini.

Gün gəldi toy tutuldu
Təzə bəylə gəlinə,
Adətcə xına yaxdı
Ayağına, əlinə.

Xəbəri eşitcəyin
Xayin varlı evladi,
Başında qoçularla
Gəlini oğurladı.

Gəlin çox təlaş etdi
Ağlayıb yaş ələdi,
Yalvarıb anda verdi
Məni buraxın dedi.

Gördü ürəkləri daş
Qulaqları sağırdı,
Üz çevirib göylərə
Yaradanı çağırdı:

«Tanrı məni quş elə
Qanadı gümüş elə
Eldə rusvay eləmə
Dağda günüm xoş elə
Daşlara yoldaş elə»

Uca tanrı eşitdi
Gəlinin fəryadını-
Onu quşa çevirib
Kəhlik qoydu adını.

Gəlinlik bəzəkləri
Unla əbədi qaldı,
Adı eldə, obada
Xınalı kəhlik oldu.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest