İstanbulda Fatih Camii Haziresində Səid Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) məzar daşına latın qrafikalı tanıtma lövhəsi vuruldu

Uzun illər idi ki,dünya türkologiyası ,türkdilli oxucular görkəmli maarifçi,”Ziya” (25.011879,Tiflis–26.06./1884,Tiflis) qəzetinin imtiyaz sahibi,ilk  türldilli dərsliklər, mütodiki yazılar,ciddi əhəmiyyətli publisistik yazılar, risalələr, “Hümayunnamə”nin (Kəlilə və Dimnənin) türrk dilinə tərcüməçisi,Qurani-Kərimin türk dilində təfsirini yazan Səid Əfəndi Hacı Əbdürrəhman oğlu Ünsizadə haqqında məlumatlar çox az idi.Bu iş əslində başlı-başına buraxılmşdı.Səid Ünsizadənin publisistik,pedaqoji  və metodiki irsnə,ədəbi dilimizin inkişafındakı roluna elm ictimaiyyətin mübariz mövqeyi ,demək olar ki,hiss olunmurdu.Maraqlı bursındadır ki, Səid Ünsizadənin 1890-cı ildə Şamaxıdan Bakıya, Bakıdan İstanbula məcburi köçünün səbəbləri araşdırılmırdı.Tədqiqatçıların çoxu biri- birini dediklərini təkrar edir,arxiv materiallarına əsaslanmayn fikirlər söyləyir, türk dünyasının milli təfəkküründə Səid Ünsizadənin  mübariz obraını yarada bilmirdilər.Bunun əsas səbəbi Səid Ünsizadənn   uzun illər yüksək dini vəifəə işləməsi ilə ilgilidir.Səid Ünsiadənin həyatının son illəri xatirələr əsasında çözülürü.Halbuki o,1890-1903-cü illərdəTürkiyə Maarif Məclisinin əzası kimi yüksək vəzifə daşımışdır.Bu işdə ona müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Əfəndi köməklik göstərmiş,himayədarlıq etmişdir.Səid Ünsizadənin İstanbuldakı qohum-əqrəbası da bu tanıtma işində  fərqlənmirdi..Səid Ünsizaənin foto-şəkli də ortalığa şıxarılmrdı.Həhayət, bu istiqaməydə müəyyən işlər görüldü.Bakıdakı ailə arxivləri axtarıldı.
S.Ünsizadəni İstanbuldakı qohumları da üzə çıxarıldı.Onların ailə arxivindəki şəkillər çox nəsnələrdən xəbər verdi.Bu işin əsas vasitəçisi özünə Ünsizadə təxəllüsünü götürən, anası tərəfdən Ünnsizadələrə qohum olan  tələbə Zaur Səmədov oldu.S.Ünsizadənin də,onun ortancıl qardaşı Cəlal Əfəndinin fotolarını ortalığa çıxaran o oıdu.Təşəkkürə layiq işdir.Çox sağ olsun.
S.Ünsizadənin məzarının yeri də müəyyənləşdirildi. İstanbulun mərkəzindəki Fatih Camii Hazirəsi,34-cü bölüm.Qəzrin üstündəki yazıları oxumaq çətinlik törədirdi.İki il araşdırılma aparıldı.Nəhayət,məzar daçınn üstündəki yazılar oxuya bildik. Azərbaycan və Türkiyə mətbuatında bu barədə açıqlamalar verildi.
Məzar daşının təmirə ehtiyacı var idi.Zaur və onun Türkiyədə təhsil alan Azərbaycanlı dostları təmiriişlərinin aparılması barədə müvafiq qurumlar ilə fəaliyyətə başladılar.Bu gün  (19.05.2021) FACEBOOKdan oxudum ki,bu istiqamətdə müəyyən işlər görülüb: məzar daşına latın qrafikalı lövhə yapışdırılıb.

Təşəkkürlər…Hamını düşündürən və daşındıran arzular… həyta keçirilir.


***
Çox sağ olun.Böyük iş görmüşsünüz.

Mən bu münasibətlə AMEA-nın rəyasət heyətinə,rəbbərinə,virtse- prezident İsa Həbibvəyliyə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat şövəsinin müdiri dostumuz Vüqar Əhmədə, Mətbuat Şurasınn rəhbəri dostumuz Əflatun Amaşova göz aydınlığı verirəm.

Səid Əfəndi Ünsizadənin İstanbulda Fatih Camii Hazirəsində

(34-cü bölüm) məzarının aşağısına iki gənc jurnalist dostumuz-

Azərbaycanın İstanbuldakı Baş konsulluğunun maddi və mənəvi dəstəyi ilə kiçik ölçüdə olsa da latın qrafikası ilə yazılmış Səid Ünsinin adı,olum və ölüm tarixi olan lövhə yapışdırıb.


Bu, böyük işdir.İndi ərəb qrafikasını oxuya bilməyənlər məzarın kimə aid olduğunu biləcəklər.
Amma bu iş son nəticə deyil.

Xatırlamadır ki, cənablar,ayılın.

2022-ci ildə Səid Ünsizadənin yubiley ilidir (1842,Şamaxı-1903,İstanbul).

Yubileyi YUNESKO səviyyəsində keçirmək lazımdır.Artıq bu istiqamətdə “Kırımın sesi” qəzetinin redaktoru,hörmərli dostumuz dostumuz Mustafa Sarıkamışla birlikdə  “Səid Ünsizadə və İsmayıl bəy Qaspıralı “adlı layihəmiz bir neçə aydır ki, uğurla davan etdirilir.

***
Qeyd edək ki, Səid Əfəndi Ünsizadənin ölüm xəbəri ilk dəfə onun ölümündən iki il sonra Bakıda nəşr olunan “Həyat” qəzetinin
1905-ci il 21 iyun tarixli 7-ci nömrəsində verilmişdir.Hekroloqda Səid Ünsizadənin 80 yaşında dünyadan kööçdüyü xəbər verilirdi.Xəbər qəzetin sonuncu səhifəsində,sonuncü sütunda,sonunu abzaslarda yerləşdirilsə də, oxucuları çox çox mətləblərdən hali edir.

Hekroloqun altında türk dünyasının üç böyük aydınının  adı var:
Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov.


Matəm xəvərində üç böyük türk mütəfəkkiri Səid Ünsizadəni türk dünnyasının fazillərindən biri kimi qiymətləndirir.

Qəzeriin idarə heyəti oxuculara müraciətlə bildirir ki, “Həyat” qəzeti Səid Ünsizadə haqqında yazılacaq iri həcmli yazıları dərc etməyə hazırdır.


Təəssüf ki,qısa müddətdən sonra “Həyat” bağlanır. Azərbaycan oxucuları Səig Ünsizadənin adına bir neçə aydan sonra “Kaspi” qəzetində rast gəlirlər.Mətbuat və elm  tarixşilərimiz isə  Səid Ünsizadənin  
publisistik, pedaqoji və elmi -metodiki ustalığı haqqında hələ də susmaqdadırlar.

Deyəsən, bu işdə ardıcıl tədqiqat işləri aparan və təəssübkeşlik edən  təkcə mənəm. Mənim araşdırmalarım isə hələ kitab şəklidə buraxılmayıb.  Görək də….

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq

Bakı, 19.05.2021



Nazim Nasreddinov

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest