İndi axtar məni yuxularında

Sən mənim qədrimi bilmədin inan,
İndi axtar məni yuxularında.
Qəddimi dərdlərə, ağrıya əydin,
İndi axtar məni yuxularında.

*****

Buraxdın əlimi sən əllərindən
İllərin, ayyların sənələrindən.
Inciyib ürəyim əməllərindən,
İndi axtar məni yuxularında.

*****

Ayrılıq toxumu səpdin araya,
Qatdın-qarışdırdın ağı qaraya.
Elə bil duz səpdin açıq yaraya,
İndi axtar məni yuxularında.

*****

Çəkilib getməyib hələ çən duman,
Düşəcəm yadına inan hər zaman.
Dönüb gəlməyimə eləmə güman,
İndi axtar məni yuxularında.

Yaralı bir quş kimiyim

Qanadı sınmış kimiyim,
Közerib yanmış kimiyim.
Aşkımdan ben aralıyım,
Aşkım yana yaralıyım.

*****

Yüreyimde çokdu yanğın
Umudlarım darmadağın.
Yalan imiş solum sağım,
Derdimi kime sarıyım,
Aşqdan yana yaralıyım.

*****

Kime etdimse ben güman,
Olmadı derdimə derman.
Qurdu özge ile peyman,
Ben daha kimi arayım,
Aşqdan yana yaralıyım.

*****

Bizim sevgimiz
Sən gələndə mənə məhəbbət gətir,
Bir qucaq dolusu səadət gətir.
Sevdinlə sevinclə şəfaət gətir,
Həsrət yaşamasın bizim sevgimiz.

*****

Bütün sərhəddləri atlansın, aşsın,
Ürəklər sevgidən alışıb daşsın.
Hamı bu sevgidən, bizdən danışsın,
Həsrət yaşamasın bizim sevgimiz.

*****

Əzizim, ürəkdən sevib sevilək,
Bizləri götürsün qoy hamı örnək.
Quruyaq bu eşqi dəyməsin fələk,
Həsrət yaşamasın bizim sevgimiz.

Könül Tatlı
(Hacıyeva Allahyar qızı )

Azərbaycan Respublikası Quba rayonunun Çiçi kəndində ziyalı ailəsində doğulub. Şeirlərim dövrü mətbuatda, eləcə də ədəbi antalogiyalarda çap olunub, saytlarda yayımlanıb. İlk şeirlər kitabı çapa hazırlanır. Şeirlərinə dörd mahnı bəstələnib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest