GenelGüncelKültür Sanat

Həyatını elmə həsr etmiş alim

Həyatını elmə həsr etmiş alim

1958-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuş Mustafayev Mustafa Qılman oğlu 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Hidromeliorasiya fakültəsini bitirmişdir. 1984-cü ildə “Bilik” cəmiyyətinin nəzdində yaradılmış “Gənc natiqlik” məktəbinin ictimai-siyasi fakültəsinə daxil olan M.Mustafayev 1986-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

Azərbaycanın düzən torpaqları üçün xarakterik olan şoranlaşma prosesini tədqiq etmiş, 1992-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Şimali Muğanda meliorasiya olunmuş torpaqda duzların dərinliyə doğru yayılma qanunauyğunluqları”  mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2011-ci ildən Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının rəhbəridir.

2007-2009-cu illərdə “Muğan-Salyan massivində torpaq tədqiqatları” aparmaq məqsədilə təşkil edilmiş ekspedisiyanın rəhbəri olmuşdur. 2010-2012-ci illərdə isə “Şirvan düzündə torpaq tədqiqatları” aparmaq üçün təşkil olunmuş ekspedisiyaya rəhbərlik etmişdir. Bütün bu işlərin yekunu olaraq, 2017-ci ildə“Muğan-Salyan massivində torpaqların müasir vəziyyəti və onun yaxşılaşdırılmasının elmi əsasları” mövzusunda “Torpaqşünaslıq”ixtisası üzrə doktorluq dissertasiya işini müdafiə etmişdir.

Azərbayçan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2010-cu ilin 1-ci müsabiqəsinin qalibi olmuş “Sel suları altında qalmış ərazilərdə torpaq münbitliyinin bərpası” və “İrriqasiya sistemləri üçün yeni universal ehtimal statistik model və metodların yaradılması və Azərbaycan torpaqlarında meliorativ proseslərin optimallaşdırılmasında istifadəsi” layihələrinin əsas icraçılarından biri olmuş və həmin ərazidə torpaqların yaxşılaşdırılması məqsədilə nəşr edilmiş 1 kitab və 1 tövsiyənin həmmüəllifidir. Həmçinin Qazaxıstan alimləri ilə birlikdə “Влияние биопрепаратов на экологическое состояние плодородия темно-каштановых почв  и на урожайность и качество  овощных культур в условиях  юго-востока  Казахстана” mövzusunda qrant layihəsinin iştirakçılarından biridir.

12 fəlsəfə və 1 elmlər doktorluq dissertasiyasına opponentlik etmişdir. M.Mustafayev ümumilikdə2 monoqrafiya (tək), 1 dərs vəsaiti və 3 monoqrafiya (Rusiya və digər ölkələrin alimləri ilə birlikdə), 4 kitab, bir tövsiyənin (respublikada həmmüəlliflə), 1 buklet (həmmüəlliflə), 150  məqalənin müəllifidir. Onlardan 80-i xaricdə müxtəlif  nüfuzlu jurnallarda nəşr edilmişdir.

Muğan-Salyan massivinin torpaqlarının müasir vəziyyəti kompleks tədqiqatlarla müəyyənləşdirilmiş və ilk dəfə olaraq 1:200000 miqyasında tərtib olunmuştorpaqların duzluluq və deqradasiya xəritələrinin müəllifidir. Alimin tədqiqatları əsasında suvarılan torpaqlarda su-duz balansı, su-duz rejimi, onların proqnozunun verilməsi, duzların miqdarı və tipinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin riyazi asıllığı verilmişdir. 2014-cü ildə Avropa Nəşr Mətbuatı tərəfindən ilin ən yaxşı vətənpərvər tədqiqatçı alimi “Qızılmedalı” və diplomuna layiq görülmüşdür. O, elmi-təşkilati fəaliyyətinə görə, 2015-ci ildə AMEA-nın Aqrar Bölməsinin Fəxri fərmanı, 2018-ci ildə isə AMEA-nın Biologiya və Tibb Bölməsinin Fəxri fərmanı ilə təltif edilmişdir. Onun uzun müddətli tədqiqatlarına əsaslanaraq, Rusiya alimləri ilə birlikdə “Azərbaycanın mərkəzi hissəsində şorlaşmış boz-çəmən torpaqların istfadəsi yolları” mövzusunda beynəlxalq patent əldə edilmişdir. Hal-hazırda bu patentdən respublikada və Rusiyada geniş istifadə edilir. O, Qazaxıstan Respublikasında nəşr olunan “Почвоводение и Агрохимия”, Rusiyada nəşr olunan “Экология и строительства”, “Мелиорация и Гидротехника”, “Природные системы и ресурсы” və  “Агрохимический вестник”, Ukraynada nəşr olunan “Environmental safety and natural  resources”jurnallarının redaksiya heyətinin və redaksiya şurasının üzvüdür.

M.Mustafayev Qazaxıstan Respublikası Korkıt Ata adına Qızıl Orda Dövlət Universitetində doktorluq dissertasiyası üzrə müdafiə şurasının üzvü və həmin universitetdə 3 doktorantın elmi məsləhətçisidir. Ümumilikdə 5 doktoranta rəhbərlik edir.

O, 2019-2020-ci illərdə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində “Aqresenozlar və ekosistemlərin mühafizəsi” üzrə Elmi Şuranın sədri olmuşdur. Hazırda “Biologiya, aqrar və tibb elmləri üzrə” Problem Şurasının sədr müavinidir. O, 2018-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, 2020-ci ildə isə həqiqi üzvü seçilmişdir. 2020-ci ilin oktyabr ayında Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının “Fəxri doktoru” seçilmişdir.

Beynəlxalq Torpaqşünaslar İttifaqının və B.B.Dokuçayev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvüdür, 2021-ci ildən Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Fedarasiyasının vitse-prezidentidir.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyi Torpaq şünaslıq və Aqro kimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest