Dilçiliyimizin 84 yaşlı generalı professor Qəzənfər Şirin oğlu Kazımov

Bu yazı 4 il bundan əvvəl – 2017-ci il martın 7-də yazılıb.

Türk dünyasının tanınmış dilçilərindən biri olam Qəzənfər Kazımov onda 80 yaşında idi.

  Professor Qəzənfər Kazımov bu gün də gənclik həvəsi ilə yazıb yaradır, dilçiliyimizdə generallığını uğurla davam etdirir.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq.

Bakı,03.03.2021

***

Təhsilimizin dostu, dilçiliyimizin generalı

Qəzənfər Şirin oğlu  Kazımov

Filologiya elmləri doktoru, professor Qəzənfər Şirin oğlu Kazımov  1937-ci ilmartın 3-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu  kənd məktəbinin  direktoru idi. O,1943-cü ildə cəbhədə həlak olmuşdur.

Q.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) tarix-filologiya fakültəsini bitirmişdir.  1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji İnstitutun əyani aspiranturasına daxil olmuşdur. Q.Kazımov 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur. Namizədlik dissertasiyasının mövzusu “Ə.Haqverdiyevin dramaturgiya dilinə aiddir. Doktorluq dissertasiyasının mövzusu da dilin üslubi imkanları haqqındadır: “Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)”.

Q.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrindəişləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət PedaqojiUniversitetdə müdafiə Şurasının sədr müavini (1990-1994), Ali Attestasiya Komissiyasında ekspert Şurasının üzvü (1996-1999)olmuşdur. Uzun müddət (1979-2003) Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki Şurada fəaliyyət göstərmişdir.

Q.Kazımov 1999-2000-ci illərdə AMEA  Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.2001-ci ildən həmin institutda Azərbaycan dialektologiyası şöbəsinin müdiridir. Böyük Britaniya və Şimali İrlandiya Asiya KralCəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır.Ədəbi tənqidlə  də məşğul olur.  Q,Respublika Yazıçılar İttifaqının  və Azərbaycan  Jurnalistlər Birliyinin  üzvüdür.

Q.Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli Sərəncamı ilə

“Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Professor Qəzənfər Kazımovunfiloloji fəaliyyəti geniş, hərtərəfli və məhsuldardır. O,Azərbaycan dilinin tarixi,müasir Azərbaycan dilinin quruluşu,bədiiəsərlərin dili, üslub və üslubiyyat ,ədəbiyyatşünaslıq ,ədəbiyyatşünaslıq məsələlərinə aid   monoqrafiya və   saysız-hesabsız elmi məqalələrin müəllifidir. Q.Kazımov Azərbaycan dilinin metodikası də tədrisi  haqqənda da maraqlı  əyüksək elmi səviyyəli əsərlərin müəllifidir. Onun Azərbaycan dili dərslikləri yuxarı sinif  şagirdlərinin  və dilimizin incəliklərini və gözəllikləriniöyrənən  hər bir ziyalının stolüstü kitablarıdır. Bu kişik tanıtma qeydlərindən sonra   yaxından tanıdığım Qəzənfər müəllimhaqqında  təəssüratlarımı  oxuculara

Elimizin,dilimizin MƏNTİQ müəllimi -Qəzənfər müəllimi sərlövhəsi ilə  təqdim etməyi gərəkli bildim.Qəzənfər müəllimAzərbaycan dili müəllimidir. Onun professorluğa gələn yolu adi müəllimlikdən başlayıb.Bəlkə də tələbə olanda nə vaxtsaprofessor olacağına heç özü də inanmayıb. Oxuyub,öyrənib,öyrənib oxuyub.Yaxşı müəllimlərdən yaxşı dərs alıb. Qəzənfərmüəllimi Azərbaycana  daha çox tanıdan  işi ilk növbədə onun orta məktəb şagirdləri üçün yazdığı dərsliklərdir.

Azərbaycan dilində onun xidmətləri ilə ilgili maraqlı  yeni bir üçüncü növ təyini söz birləşməsi yaranıb:

QƏZƏNFƏR MÜƏLLİMİN DƏRSLİKLƏRİ

(Birinci tərəfi II növ təyini söz birləşməli mürəkkəb ad, ikinci tərəfi

III şəxsin mənsubiyyət şəkilçili isim).

Qəzənfər müəllimin dərslikləri həm müəllimlərin,həm də şagirdlərin ən çox sevdikləri 2-3 dərsliyin birincisidir.Bunlar   8-ci və 9-u siniflərə aid Azərbaycan dili dərslikləridir.

(bütün nəşrlərini nəzərdə tuturam).Doğrudur ,son illərdə bu siniflər üçün yeni dərsliklər yazılıb.

Şəxsən mən Qəzənfər müəllimin dərsliklərindən sonra həmin siniflər üşün dərslik yazmağa cəhd etməzdim. Kimlərinsəbunu  kurikulum ifadəsi ilə bəzəməsi də  inandırıcı görünmür.

Qəzənfər müəllim bizə bildiyimiz dilin MƏNTİQİNİ öyrədib.Bu dərsliklər   dilimizin sintaktik çevikliyi,sözbirləşməsi,cümlə və onun müxtəlif yanaşma üsulundan asılı olan növləri haqqında cəsarətlə danışmağa imkan verir.

Yazımın sərlövhəni də məhz buna uyğun olaraq seçmişəm. Mən TQDK-da Azərbaycan dili və ədəbiyyati fənni üzrəmüvafiq  fənn komsiyasının sədri olanda (1994-1995) ilk işlərimdən biri dilimizin məntiqini yaxşı bilən AMEA Nəsimi adınaDilçilik İnstitutunun elmi əməkdaşlarını və ali məktəb müəllimlərini komissiyanın işinə cəlb etmək oldu.

Hərəyə bir tapşırıq verdim.Qəzənfər müəllimin hüzuruna özüm getdim. Qəzənfər müəllim onda Pedaqoji İnstitutundekanı idi.

Qəzənfər müəllim əməkdaşlıq  təklifini  qəbul etsə də, yəqin ki, ali məktəbdə işinin çoxluğundan  seminarlarımızagəlmədi.Lakin hər seminarımızda biz onu gördük.Bu və ya digər məsələlərin izahında müəllimlər dilçilik ensiklopediyası olan Qəzənfər müəllimin yazdıqlarına istinad edirdilər.Elə bu özü böyük qayğı və sayğı nümunəsi idi.

Sonralar Qəzənfər müəllimi bir bəhanə ilə TQDK-ya  dəvət edə bildik. Seminar iştirakçıları Qəzənfər müəllimi alqışlarlaqarşıladılar.Onun müəllifi olduğu dərsliyin müzakirəyə çıxarılması  yaddan çıxdı.Gündəlikdə professorQ.Kazımovundərslilərindən birinin müzakirəsi nəzərdə tutulmuşdu.  Seminardakı müəllimlərin çoxu oxuduqları ali məktəbdəomun tələbələri idi. Onlar öz sevimli müəllimi olan Qzənfər müəllimlə daha maraqlı dilçilik söhbətləri etdilər.Q.Kazımovunseminardakı  çıxışı  müəllimlərin gələcək inkişafı üçün çox gərəkli oldu.

Onsuz da,Qəzanfər müəllimin müzakirəyə çıxarılan dərsliyi alternaivi ilə müqayisədə birinci idi və bunu hamı bilirdi.Budərsliyin məziyyətlərini müəllimlərlə yanaşı, onların şagirdləri də təsdiq edirdilər. Qəzənfər müəllim mənim dostlarımdandır.Buyazını isə dostluq xatirinə yox,yubilyarı salamlamaq üçün yazıram. Mən  fəxr edirəmki,Azərbaycanın hər yerində  və onun bütün təhsil oğaqlarında  Qəzənfər müəllimin mənim kimi on minlərlə dostu var. Bu,  böyük fəxarətdir.On min,iyirmi min  dostböyük bir ordudur. Deməli,Qəzənfər müəllim general rütbəli 3-4 dilçimizdən biridir.

Qəzənfər müəllim son illərdə xalq təbabərinin maraqlı cəhətlərini Azərbaycan dilinin inşəlikləri ilə oxucularınaçatdırmağa daha meyillidir.Bu cəhətdən , o həm dı böyük loğmandır.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi, türkoloq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest