DARAQ DAMQASINA BİR NƏZƏR

Damqalar tarixin daşıyıcıları, bir növü yaddaş kitapcasıdırlar. Bizə keçmiş haqqında məlumat
verən, aydınlaşdırmağımıza yardımcı olan vasitələrdir. Damqalar babalarımızın dünya
görüşünün, təfəkkürünün, mənsubluğunun, qohumluğunun, əlaqələrinin yansımasıdır. Ki biz
onlar sayəsində öz keçmişimizi aydınlaşdıra bilirik. Elə damqalar var ki, bir növü özü ilə böyük
sirlər daşımaqdadır. Tarixin müxtəlif səhnələrindən, müxtəlif bölgələrdən, müxtəlif şəxslərdən
bizə boylanmaqdadır. Bu təsədüfdürmü? Məncə xeyir. Bu cür sirli damqalardan biri, bu gün
Kırım türklərinin simvolu olaraq bildiyimiz, Daraq damqasıdır. Daraq damqası Altın Orda
dövlətinin süqut etməsi ilə yerində qurulan Kırım xanlığının qurucusu,əsli Çingiz xan
xanədanlığına dayandığı idia edilən, I Hacı Giray tərəfindən qəbul edilmişdir. Uzun müddət bu
damqa Rumuniya, Ukrayna və Rusiyanın qala divarlarında əks olunmuşdur. Üç dişli Daraq
damqasının, rəvayətə görə orta dişi Xanı, sağ dişi Kalqayı, sol dişi isə Nurəddini təmsil edirdi.
Kırım xanlığı əsas bu üç güc tərəfindən idarə olunmaqdaydı. Əsas güc Xan hesab olunurdu.
Kalqay Xanın namizədi, vəliəhti olaraq xan tərəfindən qardaşları və ya oğullarının içindən
seçilərdi. Kalqayın özünə məxsus sarayı, vəziri və məmurları fəaliyyət göstərərdi. Kalqay və
divanı ölüm cəzasından başqa, digər bütün qərarları qəbul edə bilərdi. Xan döyüşdə iştirak
etməyədə orduya başçılığı kalqay edərdi. Kalqay namizədi, ikinci vəliəht anlamına gələn
Nurəddinin isə sadəcə vəziri vardı. Heç bir qərar qəbul edə bilməz, səlahiyətləri məhduddu.
Başqa bir rəvayətə görə isə Daraq damqasının tərəzi şəkilli görünüşü, ədalətin, Kırım xanlığının
ədalətlə idarə olunduğunun göstərgəsidir. Daraq damqası 1449-cu ildən bu günə kimi Kırım
tarixində bu vəzifəni ifa etmişdir. Lakin tarixə bir az daha dərindən nəzər saldığımızda bu
damğanın daha uzaq keçmişinin olduğunun şahidi oluruq.
Belə ki, bugünkü Qazaxıstanın şimal şərqi ilə Monqolustanın qərbində yaşayan ən əski və
çoxsaylı türk tayfalarından biri olan Naymanlarında bu damqadan istifadə etdiklərini görürük.
Orta çağda bu ulus səkkiz qola bölünürdü. Qazaxların 7 böyük oymağından biridir. Çingiz xan
zamanında Nayman dövləti bölgənin ən güclü ordusuna sahib dövlət idi. Çingiz xan
naymanlarla kereitlər arasındaki nifaqdan ustalıqla istifadə edərək onları savaşa sürüklədi və
gücsüzləşən hər iki xanlığı asanlıqla ələ keçirdi. Nayman dövləti Çingiz xan imperatorluğunun
içində ərisə də, naymanlar güclü idari və əsgəri bacarıqları sayəsində günümüzə qədər xalq
olaraq çatmağı bacarmışdılar. Çingiz ordularının 3/5-ü türk tayfalarından ibarət idi. Çingiz xan
ordusunun türk qanadının başında da naymanlarla kereitler dururdular. Naymanlar
günümüzdə Qazaxıstanın Şərqi Qazaxıstan, Semey, Jezkazgan, Qızılordu və Çimkənd
vilayətlərində, Çin Xalq Respublikasının İlə, Altay, Tarbagatay bölgələrində və Monqolustanın
Bayan Ulgey bölgəsində yaşayırlar. Naymanlar qonquratlar, yaklar, kereitlər, arqunlar,
qıpçaqlar və naymanlar adlı tayfalardan təşkil olunublar.
Daraq damqasından istifadə edən Naymanlar Monqol imperiyasının bir parçası idi və Kırım
xanlığının qurucusu, Çingiz xan xanədanlığından olduğu hesab edilən I Hacı Giray xanın bu
damqanı dövlət simvoluna çevirməsi, Giray xanın kökünün Çingiz xan xanədanlığından daha
çox, Naymanlaradan gəldiyi düşüncəsi yaratmaqdadır. Bəlkə də, Giray xan hansısa siyasi
manevra edərək özünü Çingiz xan xanədanının mənsubu adlandırmış, və yaxud da, o dövürdə
Monqol imperiyasına qaynayıb-qarışmış, ayrıca bir tayfa olaraq unudulan Naymanlar,
imperiyanın bir bütövü olaraq qəbul edildiyi üçün Giray xan Çingiz xanədanlığından hesab
edilmişdir. Ümumiyyətlə geniş tədqiqata və dəqiqləşdirilməyə ehtiyacı olan daraq damqasına
biz yanlız Naymanlarda və Kırım xanlığında rastlamırıq. Eyni zamanda bu damqanın əks

istiqamətdə olan formalarına Arkın boyunda və Sənan Qılıncarslanın tədqiqatlarına əsasən
Məmlük dövlətinin pul vahidində də rast gəlirik.
Əlbətdə böyük bir əraziyə yayılmış və dövlət qurma qabiliyyəti yüksək olan bir millətdə bu
halların olması mümkündür. Bu biz türklərin törəyə nə qədər bağlı olduğumuzun və
dövlətçiliyimizin əbədi olduğunun göstərgəsidir. Necə ki, Altay qayalarından alınmış iki başlı
qartal rəsmi Hun imperiyasında, sonra isə Səlcuqlu dövlətində, Atabəylər dövlətində, ən
nəhayət Qarabağ xanlığında böyük bir ulusun dövlətçilik davamının olduğunun göstərgəsidirsə
çevirilmişsə, damğalarda müxtəlif dövürlərdə, müxtəlif ərazilərdə öz rolunu ifa etmişdirlər.

Rəhim Vahid
Rəhim Vahid

Pin It on Pinterest