Cahandar Bayoğlu: 21 Azər günü Yücə Türk millətinə xeyirli olsun.

Sənan Qılıncarslan Qacar – Kırımınsesi – Azerbaycan

Şəhriyar: “Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan”.

1813 Gülüstan, 1828 Türkmənçay muqavilələrinə dayanan 24 il sürən 1ci Azərbaycan Rusiya savaşının sonucu olaraq Azərbaycan Qacar Türk dövləti parçalandı və zəiflədi. 1905 ilində Səttarhan Qacarlar dövlətində Məşrutə (demokratik) Hərəkat başlatdı, məğlub oldu. 1919 Şeyx Məhəmməd Xiyabani Azadistan Milli dövlətini qurdu, 6 ay yaşadı. Zəifləyən Qacarlar səltənətində Türklərin demokratik və milli hökümət qurma cəhdləri ingilis qaynaqlı dış güclər tərəfindən qarşısı alındı. 1926 ilində Qacar Türk Dövləti çökdürülərək Palani Fars şovinizmi hakimiyətə gətirildi. Palani şah şovinist rejimi Türkləri bütün milli haqlardan dışladı. Bir faşist rejimi olaraq Türk kimliyini darmadağın etdi. Sovet bolşevik rejiminin yaptıklarını, hakimiyyəti ələ keçirən fars şovenizmi aynısını yaptı. İkinci dünya savaşında ingilislərlə bir olan Fars Palani rejimine qarşı Moskva Azərbaycan milli qüvvələrinə dəstək verdi. Azərbaycanın Güneyində milli komunistlərin rəhbərliyi ilə 21 Azər (12Aralık) günü Azərbaycan Demokrat Partiyası Milli höküməti elan etdi. Bu hökümət 1 yıl yaşadı, aynı günde 21 Azər günü Moskvanın xəyanəti ilə işğal olundu. Bir il ərzində sınırlarımız doğru müəyyləşməsə də bağımsız milli Azərbaycan dövlətçiliği üçün ciddi addımlar atıldı. Dilimiz Türkçə, millətimiz Türk olaraq adlandı. Okullar, Unversitetlər açıldı. Milli bakanlıklar quruldu. Milli para basıldı. Milli ordunun yaradılmağı üçün böyük işlər görüldü. İkinci Dünya savaşında müttəfiq olan İngilis Rus birliyi milli dövlətimizin qurulmasına son verdi. 30 minə yaxın soydaşımız fars şovinizmin qurbanı oldu, şəhid edildi. Pişəvari və dava arkadaşları Sovet Azərbaycanına gəldi. 1947 ilində Pişəvari KGB suiqəsti ilə avtoqəzada öldürüldü. Dava arkadaşları Sovetlər birliyinə dağıdıldı.
Hər nə qədər Azərbaycanın Güneyindəki Milli Hərəkatlar qanla bastırılıbsa da Türk milləti, bağımsızlık mücadiləsindən əl çəkmədi. Bu gün 50 milyonluq Türk milləti Türklük davasını sona çatdırmağa qərarlıdı və başarılı olmaqdadır. Şairimiz Şəhriyarın dediyi kimi: “Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan”.

Cahandar Bayoğlu
Turan Partiyası Başkanı

Pin It on Pinterest