Cəlal Ünsizadənin “Ulus”dakı matəm xəbəri
Bayram gününün məsləhətli yazısı və yaxud Cəlal Ünsizadənin “Ulus”dakı matəm xəbəri
Gənc dostumuz Zaur Səmədovu -Unsizadəni hələ üzbəüz görməmişəm.Ancaq rabitə qanunlarını
pozaraq, bəzən uzun-uzadı telefonla söhbətləşirik.Söhbətimizin əsas mövzusu Səid Ünsizadə və
onun banisi olduğu “Ziya” (“Ziyayi-Qafqasiyyə”) qəzetidir. Yazılarımı oxuduğuna görə, Zaur mənə
inanır və mən bilən, bir az da güvənir.Hər ikimiz əslən Şamaxılıyıq, kqmeral təsvirləri araşdırsaq ,bəlkə
də aralıqda körpü məsələsi də var.
Zaurun nənəsi həkim idi; Bakıda köhnə univermağın yanında LEÇKOMİSSİYA
adı ilə tanınan poliklinikanın 9-cu kabinetində müalicə həkimi işləyirdi . XIX əsr maarifçilri haqqında
silsilə yazılar hazırlayanda professor dostum Xeyrulla Məmmədovun məsləhətilə bir dəfə onun hüzuruna
getdum. 90-cı illərin söhbətidir.
Sən demə, atamın özündən kiçik dayısı- aptek müdiri işləyən dayısı Şahalının qızı da burada həkim imiş.
Maraqlı söhbət alındı.Dostların və qohumların söhbəti….
Elmira xanım Ünsizadələr nəslinin təəssübkeşlərindən biri idi.Onda Xəzər Gəmiçilik İdarəsində
rəhbər mühəndislik vəzifəsində işləyən qardaşı Ədhəm də, doktor Çingiz də sağ idilər.
Doktor Elmira xanım Ünsizadələr nəslinin nəsil şəcərəsi ilə maraqlanan nümayəndəsi idi.Biz onunla Ünsizadələrlə
bağlı xeyli söhbət elədik. Doktor mənə məlum olmayan faktlardan söz açdı.Amma hiss edirdim ki,
Ünsizadələr hələ də 37-ci ilin qorxusunu hiss edirlər, hər nəsnədən danışmırlar, sözlərini ölçüb-biçirlər.
Sonrakı ünsiyyət günündə Elmira xanım ailə arxivindən mənə bir neçə sənəd göstərdi.Daha sonralar
əlaqəmiz kəsildi: onlar GƏNCLİKdəki evlərindən başqa yerə köçmüşdülər.
Zaur, deyəsən, mənim telefon nömrəmi də nənəsinin arxivindən tapıbmış.
Zaur ana tərəfin maarifpərvər qohumlarının fəallığına o qədər vurğundur ki, onların soyadını da oz
soyadına – Səmədovlara yanaşdırmışdır.
Zaur Ünsizadəlri soraqlaya-soraqlaya Amerikaya getməkarzusunda idi.Mən ona İstanbula üz tutmağı
məsləhət gördüm. Bu barədə Şahalı dayı söz açmışdı.
Demişdi ki, İstanbulda Şirvanlılar məhəlləsi var.Bizimkilər oradadır. Onun vəfatından sonra bu
məsələnin dəqiqləşdirilməsi çətinləşdi. Axrtarışlara başlasam da, İstanbulda Şirvanlılar məsələsindən
xəbər verən olmadı. Zaur gənc dostlarının köməyi ilə dünyanın bir neçə ölkəsinə soraq göndərdi.
Bir gün zəng etdi ki, İstanbulda Səid Əfəndinin qohumlarını tapmışam.Elə sevinirdi ki…
Dedim,tələsmə, eşitdiklərini dəqiqləşdir, mümkünsə, arxiv materiallarına diqqətlə bax, ailə arxivlərini
icazə ilə araşdır.
Belə də etdi. İstanbula getdi,Fatih Camiidə Səid Ünsizadənin qəbrini tapdı.
Burada dəfn olunmaq hər adama müəssər olmur.
Səid Ünsizadə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olmuşdur. O,bir neçə dərslik, müntəxəbat
və risalə müəllifidir.”Kəlilə və Dimnə”nin ( “Hümayünnamə”nin ) tərcüməçisidir. Quranın türk dilində təfsirini
yazmışdır.Bütün bunlar, eləcə də üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Paşa ilə dostluğu
Fatih Camiiyə düşməyə imkan verirdi.
Zaur ziyarət zamanı şəkil çəkdirdi.
O, Bakıya qayıdandan sonra bu şəkillərdən bir neçəsini mənə də göndərdi.
Mən Zaurun bu xidmətlərini bütöv bir elmi -tədqiqat institutunun illərlə görə bilmdiyi mühüm bir işin
görülməsi kimi qiymətləndirirəm.
Zaur sonralar Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsininn taleyiilə də maraqlandı,
onunn da şəklini tapdı.Mən bu xəbəri eşidəndə çox sevindim, amma şəkli ondan güclə ala bildim.
Sən dem, o, bu şəkli başqa bir tədqiqatçıya veribmiş. O da nəyə görəsə şəklin oxuculara çatdırılmasına
tələsmirmiş.
Zaur məsləhət aldığı elm adamlarının dediklərini saf-çürük etməyi bacarır.Hamıya qulaq asır,nəticəni
özü çıxarır.Bu, məncə, tədqiqatçı üçün yaxşı xasiyyətdir.O,elmdə tutuquşuluq edənləri tanıyır, lakin
yekəxanalıq etmədən öz sözünü deməyi bacarır.Zaurun yaxşı cəhətlətindən biri də budur ki,
o,üç dili- Azərbaycan dilini, eləcə də dünyaya açar olan rus və ingilis dillərini şeir yazmaq, lətifə söyləmək
dərəcəsində bilir.Təəssü ki, bizim dil bilməyən professor və akademiklərimiz çoxdur.
Zaur keçən il mənə şəkillərlə bir yerdə Cəlal Ünsi haqqında bir yazı da göndərmişdi.Elə bil ,mənim
bu məsələdən hali olub-olmadığımı yoxlayırdı.Məktubda maraqlı faktlar olsa da,narahatlıq doğuran
yanlış fikirlər də var idi. Mən buları Zaurun diqqətinə çatdırsam da , buradakı dolaşıq məsələlər haqqında
mətbuatda söz açmaq istəmədim.Amma yanlış fikirlərin elmə yol tapa biləcəyindn ehtiyat edib,
“Ziya” qəzetinin 140 illik yubileyi günlərində onu sizlərin diqqətinə çatdırmaq istəyirəm.Yaxşı niyyətlə
yazılmış bu yazıda bəzi faktlar dəqiqləşdirilməlidir.
Zaurun mənə göndərdiyi bu yazınn üzə çıxmasında dostumuz professor Ədalət Tahirzadənin xidmətlərini
çox yüksək qiymətləndirir, ona dərin təşəkkürümü bildirirəm.
Burada Türkiyəli dostlarımız Yavuz Akpinarın və Ömər Özcanın Cəlal Ünsiyə-
Cəlaləddin Ünsizadəyə göstərdikləri maraq və sevgi də unudulmur.Onlara da təşəkkür edirəm.
From: Adalet Tahirzade <[email protected]>
To: “[email protected]” <[email protected]>
Sent: Friday, June 28, 2013 9:34 PM
Subject:
Günaydın, möhtərəm Yavuz bəy!
Bu gün Ömər bəy mənə məktub yazıb: “Celal Ünsi ile ilgili gazete haberi ektedir. Babasının adını öğrenebilirsek başka arama yapabiliriz. Serlamlar. Ömer Özcan”.
Ona öz adımdan və Sizin adınızdan təşəkkür etdim, həm də Cəlal Ünsizadənin Əbdürrəhman əfəndinin oğlu olduğunu yazdım.
Siz də ona məktub yaza bilərsiniz: [email protected].
Ömər bəyin göndərdiyi bilgi aşağıdadır.
Hörmətlə,
Ədalət Tahirzadə.
Ulus, 19.2.1933, s.5.
BİR MATBUAT EMEKTARI MERHUM CELAL ÜNSİ BEY
Geçen gün vefat haberini yazdığımız merhum Celal Ünsi Bey aslı itibariyle Azerbaycanlı idi. Azerbaycan’da İslam medreselerinde ulumi-şarkiye tahsilini ikmalden sonra bir müddet Rus mekteplerinden birinde Rusça tahsil etmiştir. Tahsilini bitirdikten sonra 1877 senesinde biraderi ve Şirvan’da Şamahi kadısı Sait Beyle beraber Tiflis şehrinde bir matbaa tesis ederek Ziyai-Kafkasya isimli bir Türkçe gazete neşrine başlamıştır. Ziyai-Kafkasya Rusya’da Azerbaycan’ın Türk lisanında çıkan gazetelerin ikincisi olmuştur (ondan önceki ilk Türkçe gazete olarak Melikzade Hasan Beyin Ekinci gazetesi çıkmıştır). Kafkasya Türklerini dünya ahvalinden haberdar etmeğe çalışan Ziyai Kafkasya gazetesinden başka bu gazetenin tesisinden on sene sonra Sait Beyle Celal Bey Keşkül isimli bir de mecmua çıkarmışlardır.
Bu mecmua da beş sene kadar devam etmiştir. Keşkülde Osmanlı, Azeri, Nogay ve Özbek lehçeleri gibi muhtelif Türk lehçelerinde yazılmış makaleler üslupları değiştirilmeksizin olduğu gibi basılırdı. Ziyai-Kafkasya ve Keşkül gazete ve mecmualarının gayelerinden biri Azeri lehçesini Osmanlı lehçesine yaklaştırmak olmuştur. Türk lehçelerini yaklaştırmağa çalıştıkları için Ünsi biraderler Çar hükümeti tarafından takibata maruz kalmışlardır. Bu takibat neticesinde nihayet Rusya’yı terke mecbur olmuşlardır. 1299’larda[1] iki birader Türkiye’ye hicret etmişlerdir.
Türkiye’ye geldikten sonra Sait Beye Babı-Meşihat’te vazife verilmiştir. Merhum Celal Bey de Arabi ve Farisi lisanları mütercimi sıfatiyle Hariciye Nezareti tercüme kaleminde yerleşmiştir. Celal Bey bu vazifeyi üç sene evvel vaki olan tekaüde çekilmesine kadar ifa etmiştir. Celal Bey bir zaman İran’da Sine şehbenderliğine tayin edilmiş ise de muhtelif sebepler yüzünden mahalli memuriyete gidememiştir.
Celal Bey şark lisanları ve edebiyatından başka Rus lisanına vakıf idi. Merhum resmi vazifesinden kalan vaktini şiir yazmağa hasreden münzevi, çok mütevazı, feylesof tabiatlı bir zat idi.
Şayanı-hürmet vasıflarından biri etrafındaki sefil, mahrum kimsesiz insanlara yardım etmek hususundaki ihtimamı idi. Öksüzlere, muhtaçlara, hamisizlere yardım etmek için vaktini, varsa parasını hiçbir zaman esirgememiştir. Celal Bey hakiki manasıyla iyiliği ve iyilik yapmağı seven bir Türktü. Vefatı günlerinde hem iyi bir insan, hem eski bir Türkçü, hem emektar bir matbuat hadimi olan Celal Beyin ismini yadederiz”.
[1881/1882.
***
NAZİM NƏSRƏDDİNOV:
Bu, türk tədqiqatçısı Ömer Özcanın Cəlal Ünsizadənin ölümü haqqında İstanbulda nəşr olunan
“ULUS” mətbu orqanında rast gəldiyi və ya axtarıb tapdığı matəm xəbəridir-nekroloqdur.
Nekroloq “ULUS”un 19.02.1933-cü il tarixli nömrəsində imzasız dərc olunmuşdur. Nekroloqda
Cəlal Ünsinin 1933-cü il fevralın 17-də ( bəlkə də 16-da-N.N.) İstanbulda vəfat etdiyi xəbər verilir.
“Bəlkə də” sözünü yazının ilk cümləsinə görə görə işlədirəm:
“Geçen gün vefat haberini yazdığımız merhum Celal Ünsi Bey aslı itibariyle Azerbaycanlı idi”.
Matəm xəbərində Cəlal Ünsi oxuculara türk yox, Azerbaycanlı kimi tanıdılır.( Bəlkə də, bu,
təqdimatçının fərdi yanaşmasıdır-N.N).
Adətən, belə materialların surətini çıxarmaq daha məqsədəuyğun görünür.Yazıdan oxuyuruq ki,
Cəlal Ünsi bir müddət İslam mədrəsəsində oxumuş, sonra rus məktəblərinin birində rusca
təhsil almışdır.
Əslində Cəlal Ünsinin həyatın bilən yazar məsələni daha dəqiq göstərməli idi.Cəlal Ünsizadə
Şamaxıdakı mədrəsə təhsilindən sonra yeni təlim və tədris ocaqlarından biri olan Şamaxı
Şəhər Rus Məktbində oxumuşdur.
Bu məktəb XIX əsrin 30-cu illərində açılmışdır.Burada dərs deyən müəllimlərin hamısı
( dini təhsil müəllimlərindən başqa) Avropadakı nüfuzlu ali məktəblərin məzunları idi.
Onların bir neçəsi sonralar Bakı Real Gimnaziyasında işləmişlər.
Cəlal Ünsizadə Tiflisə qardaşından bir müddət sonra getmişdir.Səid Ünsizadə Şamaxıda
qazı işləyərkən, 1874-cü ildə buradakı dini idarələrin səlahiyyətli nümayəndələri ilə birlikdə
Məclis Məktəbi adı ilə tannanbir təhsil ocağı yaratmışdı. O, Tiflisə gedərkən məktəbin idarə
olunmasını burada müəllim işləyən qardaşı Cəlaləddinə və şair S.Ə.Şirvani Məhəmədzadəyə
tapşırmışdı.
Cəlaləddin Ünsizadə Tiflisə qardaşının yanına gedəndə məktəbin bütün ağırlığı Seyid Əzimin
üstünə düşür.Məktəbdə rus dili dərsi keçən, S.Ə.Şirvaninin dili ilə desək, FİKRİ BİKİR eyləyən
E.Pirbudaqov da Kutaisiyə köçür.
Nekroloqda Səid Ünsizadənin və qardaşının Tiflisdə “Ziyayi-Kafkas” adl qəzet açdıqları yazılır.
Əslində Ünsizadə qardaşlarınpn Tifiüdə açdıqları qəzetin ilk adı “Ziya” idi. “Ziya”nın ilk nömrəsi
25.01.1879-cü ildə çıxmışdır. Bu gün bu qəzetin düz 140 yaşı tamam olur.
76 nömrədən sonra “Ziya” qəzeti “Ziyayi-Qafqasiyyə” adı ilə 26 iyun 1884-cü ilədək Tiflisdə
nəşr olunmuşdur.
Nekroloqda “Kəşkül”ün nəşr tarixi də səhv göstərilmişdir.Oxucu bu tarixi 1894-cü il kimi başa
düşə bilər. “Kəşkül “ün ilk nömrəsi 1883-cü il yanvarın 31-də çıxmışdır. O,1891-ci ilin oktyabrında
bağlanmışdır. Cəlal Ünsizadə bundan sonra Tiflis Kadet Korpusu məktəbində və digər yerlərdə
işləmiş, sonralar isə qardaşının dalınca İstanbula köçmüş,burada müxtəlif vəzifələrdə
tərcüməçi və mətbuat əməkdaşıkimi çalışmı, ömrünü Ankarada mətbuat işində çalışdığı
vaxt başa vurmuşdur.
Yazıda bəradərlərin-qardaşların hicri tarixi ilə 1299-cu ildə (miladi
tarixlə 1881-1882-ci illərdə)Türkiyəyə köçmələri iddiası da əsassızdır.
Yazıda Cəlal Ünsinin şairliyinə və kimsəsizlərə qayğı göstərməsinə ayrılan sətirlər oxucuda
yaxşı təəssürat yaradır.
Ən nəhayət, Cəlal Ünsinin təvəllüd tarixinin göstərilməməsi təəssüf doğurur.Bu tarix bu gün
də bilinmir.
Cəlal Ünsinin
təvəllüd tarixinin bəzi tədqiqatçılar tərəfindən 1840-cı illərə aid etmələri də
inandırıcı görünmür.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq
Bakı. 25.01.2019.