GenelGüncel

XIX əsrin yeni üsullu türkdilli ibtidai məktəblərindən biri-Şamaxının ilk üsuli-cədid məktəbi

“Üsuli-cədid” məktəbləri təlimi yeni üsularla aparılan
məktəblərdir.Belə məktəblərdən biri
İsmayıl bəy ibn Mustafanın əqidə və məslək dostu
Hacı Səid Əfəndi Ünsizadə (1825,Şamaxı–1905,İstanbul) tərəfindən
1874-cü ildə Şamaxıda yaradılmışdır.
Yaradılan ilk illərdə məktəbə Şamaxıdakı sünni və şiə məclisləri maddi
kömək göstərirdilər.
1859-cu il səlzələsindən sonraquberniya mərkəzi Şamaxıdan Bakıya köçürülsə də,
bir sıra idarələr,o cümlədən Quberniya Əhli-Təsənni İdarəsi Şamaxıda saxlanılmışdı.

İdarənin başçısı, quberniya qazısı Hacı Səid Əfəndi Abdurrahman oğlu
Ünsizadə idi.Onun yeni üsullu məktəb açmaq ideyasına Bakı qubernatoru
D.Staroselski icazə vermişdi.Bu,hər nəsnədən əvvəl S.Ünsizadənin tapşırılan
dövlət işinə ləyaqətli münasibəti ilə ilgilidir.
Dini məclislərin maddi köməyini nəzərə alaraq, Şamaxının yeni təhsil ocağını -yeni  üsullu
ibtidai təhsil ocağını   “MƏCLİS MƏKTƏBİ” adlandırmışdılar.
Burada dərslər yeni təlim üsulları ilə keçirilir,şagirdlər mollaxana məktəblərindən fərqli olaraq,
quru yerdə yox, şəhərdəki rusdilli  qəza məktəbində olduğu kimi,partada əyləşir,
yazı  və qrammatik tapşırıq işlərində, lövhə və tabaşirdən istifadə edirdilər.
Məktəbdə əsas əsas fənləri şəhərin rusdilli  qəza məktəbinin müəllimləri-
S.Ə.Şirvani və C.A.Ünsizadə deyirdilər.
Sası dinli E.Pirbudaqov bir müddət bu məktəbdə rus dilini tədris etsə də, sonralar  türkdilli
məktəbdə müdir olmaq xəyalına düşür.Lakin onun məkrli arzusu baş tutmur,o,rusdilli
mətbuatda iştirak etmək niyyətilə Tiflisə köçür.
Səid Ünsizadə  və onun ortancıl qardaşı,şəhər rus məktəbinin məzunu,məzunluqdan
sonralar Məclis Məktəbində işləməklə ynaşı,elə qəza məktəbində  Avropadan dəvət
olunmuş pedaqoqlarla bir yerdə
müəllim işləyən  Cəlaləddin Ünsizadə, 1870-ci illərin axılarında daha böyük
maarifçilik işləri görmək üçün Zaqafqaziyanın inzibati mərkəzinə -Tiflisə gedirlər.
Məclis Məktəbinin bütün ağırlığı burada müəllim işləyəngörkəmli şair, dərslik müəllifi,
təzkirəçi Azərbaycan mətbuatının ilk müxbirlərindən biri Seyid Əzim Şirvaninin
(Məmmədzadənin ) öhdəsinə düşür.
Məktəbə kömək edən bir neçə maarifpərvərsərmayə sahibinin  Şamaxıda köçmələri də
Məclis Məktəbin maddi vəziyyətini çətinləşdirir.

Məktəbə əvvəllər göstərilən yardım getdikcə azalır, müəllim çatışmazlığı tədrisin səviyyəsini
hiss olunacaq dərəcədə aşağı salır.
Məclis Məktəbinin ağır günlərində bu yeni təhsil ocağına kömək üçün
türkdilli ziyalılara müraciət edilir.Lakin müraciət şəhərin  bəzi pul və sərmayə sahibləri
tərəfindən soyuqqanlılıqla qarşılanır.
S.Ə.Şirvani  “Əkinçi” qəzetinin redaktoruH.Məlikova (Zərdabiyə) və sonralar
“Ziya” qəzetinin imtiyaz sahibinə-Məclis Məktəbinin yaradıcısı Səid Əfəndiyə də
dəfələrlə  öz müxbir məktublarıvasitəsilə  dəfələrlə müraciət edir.

Təəssüf ki nə Zərdabi, nə də Səid Ünsizadə uzaqlardan  Şamaxıda yaratdılan  ibtidai təhsil
ocağına  kömək edə bilmirlər.
Məclis Məktəbinin düşdüyü çətinlikləri ürək ağrısı ilə qələmə alan S.Ə.Şirvaninin
Bakıya-“Əkinçi” qəzetinin redaktoru,Moskva Universitetinin məzunu H.Zərdabiyə
müraciəti Məclis Məktəbinin tarixini öyrənmək baxımından  böyük maraq doğurur.

S.Ə.Şirvaninin  sonralar orta məktəblərdə  şagirdlərə  “Qafqaz müsəlmanlarına xitab” adı ilə
təqdim edilən məsnəvisi   türk dünyasının XIX əsrdəki ən məşhur ibtidai məktəblərdən birinə-
-Şamaxı Məslis Məktəbininə  göstərilən seyrçi münasibət çox ciddi şəkildə,təəssüflə  pislənilir.
S.Ə.Şirvani H.Zərdabidən məsələnin həlli üçün   özünün əqidə və məslək dostu
Həsən bəy Məlikovdan (Zərdabidən) xahiş edir ki,  o , yəni səlahiyyətli və böyük
məclislərdə sözü eşidilən Həsən bəy Məlikov –  Məclis Məktəbinin düşdüyü çətinlikləri
Zaqafqaziya şeyxülislamının və müftisinin diqqətinə çatdırsın.

Yeri gəmişlən qeyd edək ki, o vaxtlar Zaqafqaziyanın müftisi Əbdülhəmid Əfəndi
Mustafa Əfəndizadə (15.04.1812,Şamaxı-10.12.1881, Tiflis ) idi.O,müftilik
vəzifəsinə təyin olunana kimi Şamaxının Əhli-Təsnni İdaəsinin sədri,quberniya qazısı idi.
Mükəmməl dini təhsili var idi.O, Şamaxı Mədrəsəsindəişləyərkən  bu şəhərdə
müəllimlik edən   Avropalı əcnəbi pedaqoqlardan  rus və fransız dillərini
qibtəediləcək dərəcədə  yaxşı öyrənmişdi. Ə.Əfəndizadə ömrünün son 7 ilini
rusca -türkcə  tərcümə lüğətinin tərtibinə həsr etsə də,vaxtsız ölüm bu işi başa
çatdırmağa imkan verməmişdi.

O vaxtlar Zaqafqaziyanın şeyxülislamı  əslən Salyandan olan,klassik Şəraq ədəbiyyatını,
ana dili ilə yanaşı, ərəb və fars dillərini mükəmməl bilən  Əhməd Hüseynzadə
(1812,Salyan-1887,Tiflis) idi.
Ə.Hüseynzadə də dini vəzidfə çərçivəsində maarifçilik məsələlərinin təbliğində  yorulmadan
çalışan ziyalılardan idi.
Onun fars dilində yazdığı  “Dilguşə” adlı dərsliyi uzun müddət Azərbaycan və Türkiyə
məktəblərində şagirdlərin istifadəsinə yönəldilmişdir.
Əhməd Hüseynzadə (1812,Salyan-1887,Tiflis) Əli bəy Hüseynzadənin ana babasıdır.
Deməli, S.Ə.ŞirvaniMəclis Məktəbinin tərəqqisinə kimlərin daha çox xeyir verə biləcəyini
yaxçı başa düşürdü.
Təəssüf ki,bu iki din xadiminin S.Ə.Şirvaninin MƏSNƏVİsinə  münasibəti haqqında məlumatımız yoxdur.

Amma bu,danılmaz faktdır ki,1884-cü ilin yanvarında Səid Ünsizadə yenidən Tiflisdən
Şamaxıya Əhli -Təsənni İdarəsinə sədr təyin olunduqdan sonra Məclis Məktəbinin işində
əsaslı dönüş yaranmış, məktəb ilk illərindəki şöhrəti  maarifçilik tariximizdə
yenidən bərpa olunmuşdur.

Mənfəətdən xali olmadığı üçünS.Ə.Şirvaninin MƏSNƏVİnin son beytlərini orta məktəb
dərsliyindəkindən fərqli olaraq, ixtisar etmədən oxucuların diqqətinə çatdırırıq.

…İndi Şirvanda açmışıq məktəb,
Dərsimiz rusü türkü farsü ərəb.

Zəhmətim çoxdu, hiç nəfim yox,
Leyk həqqə ümidvarəm çox- .

Kim, bu zəhmətlər olmaya zaye,
Bəlkə bu macəra ola şaye.

Şeyxül-islamü müftiyi-islam
İkisi bir olub, edə əncam.

Çünki bunlar rəisi-millətdir,
Mədəni-lütfii kani-qeyrətdir.

Necə kim, ol müəllimi-əvvəl,
Ona Tiflisdir məqami-məhəl,

“Qafqazski uçebni”nin miri,
Hikmətin canı, elmin iksiri,

Mahi-fevralda ol səfaxanə,
Mənə yazmışdı bir rizanamə.

Sizi tari, bir eyləyin insaf,
Gövhəri-mətləbə olun sərraf!

Gör necə xeyirxah kəslər var, (I;səh.120)

Eyləyin qeyrət, ey ülül-əbsar!
Bavücudi ki, rusdur o cənab,
Şad olur elm kəsb edə tüllab.

Ol bu əmrə görün, olur dilşad—
Ki, müsəlmanlar olsun əhli-səvad.

Seyyida, bəsdi, nəzmi qıl kutah,
Xatirin cəm qıl ki, inşallah,

Şeyxül-islamü müftiyi-xoşnam
Uşqola əmrinə edər əncam!(I;səh.121)

Bu gün həmin məktəbin-Məslis Məktəbinin işini ŞAMAXI AVROPA LİSEYİ
davam erdirir.(Liseyin direktoru təhsil tariximizi qiymətləndirməyi bacaran ixtisasca
tarixçi olan Məzahir Məmmədovdur).

2014-cü ilin dekabrında MƏCLİS MƏKTƏBİnin 140 illik yubileyi rayon səviyyəsində
böyük təntənə ilə keçirilmişdir.

Təəssüf ki,məktəbin 140 illik yubileyini respublika səviyyəsində təntənə ilə keçirmək
hələ də unudulur,bir sıra ytədqiaqtlarda Məclis Məktəbinin yaradıcısı kimi məşhur şairimiz
S.Ə.Şirvaninin adı çəkilir.
Halbuki S.Ə.Şirvani “Ziya”qəzetinə   göndərdiyi müxbir məktublarındabu təhsil ocağının
yaradıcısı kimi  dostu Səid Ünsizadəynin adını
“Siz Şamaxıda olarkən binagüzarlıq etdiyiniz məktəb”  sözləri ilə  hörmət və fəxarətlə səsləndirir.

Ədəbiyyat.

1.S.Ə.Şirvani.Seçilmiş əsərləri, 3cilddə. 2-ci cild.səh 117-121
Bakı,2005, “Avrasiya PRESS”nəşriyyatı.
2.NəsrəddinovN.  Müfti Əbdülhəmid Əfəndi  və yamaarifə həsr olunmuş həyat.”Azərbaycan müəllimi” qəzeti,04.10.1991. N 75(7213)
3..Əliyev S.H., Abbaslı B.B.Ədəbiyyat.8-ci sinif üçün  ƏDƏVİYYATdərsliyi.
Bakı, “Təhsil” nəşriyyatı, 2000-ci il. səh.52-63.
4. Ziyayi-Qafqasiyyə qəzeti.N 4, 1881-ci il,24 dekabr.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq

Bakı,16.11.2018.

Pin It on Pinterest