GenelGüncelKültür Sanat

Arzu Kazımqızı Nehrəmli

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Arzu Kazımqızı Nehrəmli

Arzu Kazımqızı Nehrəmli

Biz bu evdə yaşayırdıq

Biz bu evdə yaşayırdıq…
Dünyanın ən işıqlı, geniş evində.
İki nəfər idik:
Mən və O.
Hər səhər pəncərəmizdən

yayı-qışı bəlli olmayan günəş boylanardı.
Sonra üç nəfər olduq:
Mən, O, qızımız.
Evimiz bir az da böyüdü, işıqlandı,
səsə-küyə qərq oldu.
Amma…amma
bir gün ulduzları olmayan 
gecənin sabahı da olmadı.
Gözükölgəli günəş 
buludların qarasını üzünə çəkib getdi.
Biz iki nəfər olduq:
Mən və qızımız.
Daha bu evdə yaşamadıq,
Çünki evimiz çok kiçik və qaranlıq olmuşdu.

Tünlük dünya

Gəlişimiz bir əbəsdir,

Şərə meydan, düzə qəsddir,

Basabasdır, bəshəbəsdir,

Nə yaman tünlük dünyadır.

                      ***

ə gəlir, xətayla gəlir,

Ad var ki, xudayla gəlir,

Şər böhtan, nidayla gəlir,

Mələk yox, cinlik dünyadır.

                      ***

Şeytan deyir: “Burax nazı,

Al eyninə, bahar yazı,

Dur ləngimə, Kazımqızı,

Dünya beş günlük dünyadır”.

Özümə dönməyim gəlir

Yolayrıcı yolum bağlar,

Sağımı, solumu bağlar.

Çəkilin, daş üzlü dağlar,

Düzümə dönməyim gəlir.

                      ***

Yıxılıb taxtdan düşmüşəm,

Taledən, baxtdan düşmüşəm,

Əldən, ayaqdan düşmüşəm,

Dizimə dönməyim gəlir.

                      ***

Ömrə çiçəktək açmağı,

Unutdum ətir saçmağı,

Atıb üstündən qaçdığım

Sözümə dönməyim gəlir,

                      ***

Çək ömrünü, yaşı apar,

Çən dumanı, qışı apar,

Götür, Arzu, daşı, apar,

Özümə dönməyim gəlir.

Şəhidlər

Haqqa, azadlığa gedən yolsunuz,

Bizi bizdən yaxşı duyan şəhidlər.

Yığışıb bir yerdə Vətən olmusuz,

Elinə, yurduna həyan Şəhidlər.

                      ***

Yatmış saatımı çəkib qurmayın,

Təzdən ürəyimi sıxıb qırmayın,

Məni başqa adla öyüb durmayın,

Adım da, imzam da, soyum Şəhidlər.

                      ***

Daha mənə arzular da yük gəlir,

Yaram dərinləşib, yaram köhnəlib,

Sinəm altda şəhid şeirim köklənib,

Dastanım, nağılım, boyum Şəhidlər.

Dərd məni çəkir

Bu hansı səfərdir, hara gedirəm?

Ağlımda min fikir, başda min fikir.

Elə bilərsiniz üsyan edirəm,

Vallah, dərd çəkmirəm, dərd məni çəkir.

                      ***

Ocaqda qazanım dərdə qaynayır,

Nə atəş anlayır, nə də su anır.

Bir az gec bişincə, tamarzı kimi

On günün acıtək ağzım sulanır.

                      ***

Elə sığınmışam isti qucaqtək,

Hələ olmayıbdır dərddən yıxılam,

Qoynuna girmişəm yetim uşaqtək,

Dərdin ətəyindən tutub qalxıram.

                      ***

Hələ açılmamış sirrəm, sualam,

Nə qədər cavablar pərt çıxıb gedib.

Deyirəm bir sabah mən necə ollam,

Birdən durub görsəm dərd çıxıb gedib.

Çəkilməyən dərdimdir

İtiribdir vaxtını,

Çapıb gəlib atını,

Durun açın qapını

Çəkilməyən dərdimdir.

                      ***

Dönübdür güzarıma,

Könlümdür çözüm ona,

Enimə, uzunuma

Biçilməyən dərdimdir.

                      ***

Ömrüm bir günə qalsa,

Dönmərəm, dönüm olsa,

Necə bağlanmışamsa,

Keçilməyən dərdimdir.

               Laylay

Hər zaman düşünürdüm:

-Anamsız yaşamaram.

Bir gün mən öldüm,

Anam ağladı, ağladı, ağladı…

Gecə-gündüz başımın üstündə

bayatı deyib, layla çaldı::

-Laylay, balam, laylay.

Misra-misra əridi,

bənd-bənd dağıldı anam.

Ölümüm onunçün

ağır, sağalmaz dərd oldu.

Elə bu dərdllə də köçüb getdi,

öldüyüm yerə –

ağladığı mən boyda dərdinin yanına.

– Laylay, anam, laylay!

Çək üstündən bu sal daşı

(məzarla söhbət)

Gəldim deyim unutmusan,

Yadına sal, səslə məni.

Sən demişdin, ölüm səndən

Ayırammaz əsla məni.

                      ***

Dinlə məni, dilim yanır,

Yerdə yerim, göyüm yanır,

Bax, arxamca elim yanır,

Bəsdir qoydun yaslı məni.

                      ***

Gəl unutma, yar, amandır,

Hicran yolu buracandır,

Dəyişmisən nə zamandır

Aya, günə, fəslə məni.

                      ***

Can harayda, ömür hayda,

Qoy birtəhər verim bada,

Burdakıtək, gülüm, orda

Gözlərsən həvəslə məni.

                      ***

Bu soyuq yer mənzil başı,

Arzunu bil, “usal”, naşı,

Çək üstündən bu sal daşı

Al qoynuna bəslə məni.

Qızımın atası, anası qayıt

(Həyat yoldaşım Yusifin dilindən)

Üzündə giley var, dilində ağı,

Öpüb qucaqlama daşı-torpağı.

Dur get evimizə gəlin sayağı,

Ömrümün parası, yarısı, qayıt!

                      ***

Bilirəm incidib, bu illər səni,

Dondurub üşüdüb fəsillər səni.

Qınayar  ürəklər, könüllər səni,

Elimin pərişan sonası, qayıt!

                      ***

Axıtma göz yaşın, arxına dönnəm,

Düşərəm selinə, axına gəlləm,

Get dincəl, bu gecə yuxuna gəlləm,

Tökmə gözlərinin qarasın, qayıt!

                      ***

Ürəyin dopdolu sözün qalıbdır,

Heç vaxt çəkilməyən nazın qalıbdır,

Bir ömür istəyin, arzun qalıbdır,

İçində bir ümid varsa da qayıt!

                      ***

Bilmirəm nə kimi varmışam sənə,

Bir yığın xatirə qoymuşam sənə,

Sən elə bilirsən doymuşam sənə?

A Məcnun sevdamın Leylası, qayıt!

                      ***

A sönük ülkərim, nə deyim sənə,

Söykə taleyini günün birinə,

Al ağır yükünü çiyinlərinə,

Qızımın atası, anası qayıt!

“Zəfər” marşı

Şəhidlər qanından su içən torpaq,

Zəfər ətri saçır gülün, çiçəyin.

Gözün aydın olsun, Vətən Qarabağ,

Gözün aydın olsun, qalib əsgərim!

                      ***

Hər igid nərəsi məğlub düşmənin

Gözünə od çəkib, sinəsinə dağ,

Vəsf edir şəninə zəfər nəğməsi,

Şuşa qalasına sancılan bayraq.

                      ***

Bir sual söyləsəm qabarıb qalxar,

Dil açıb dillənər torpağın daşın,

Sənsən igidlərin qisas meydanı,

Silinməz tarixim, ey qan yaddaşım.

                      ***

Qələbən mübarək, yenilməz ordum,

Mübarəkdir, xalqım, Azərbaycanım,

Gözün aydın, ey tarixi Sərkərdəm,

Canlı şəhid Ali Baş Komandanım!!!

Bu dərd

Dərd peşəm, dərd işim olub,

Əyləncəm, vərdişim olub.

Çəkdikcə şipşirin olub,

Nə gözəl yar imiş bu dərd.

                      ***

Bəzək, naxış, rəng yerimdir,

Ümid yerim, ərk yerimdir,

Həyat dərsi, dərk yerimdir,

Yaxşı ki, var imiş bu dərd.

                      ***

Şeirimə qol-qanad verdi,

Əzm, hünər, inad verdi,

Dopdoluca həyat verdi,

Dövlətmiş, var imiş, bu dərd.

                      ***

Düşüb Arzunun izinə,

Vurulub onda dözümə,

Eşqilə onu özünə,

Gör necə sarımış bu dərd.

Kudretli türküm

Türkümün soyadını

Kanlı savaşdan sorun.

Tırnağına dokunan

Eski taşlardan sorun.

                      ***

Türkün yurdu, meskeni

Dünyanın dört tarafı.

Nerde ucalık görsez,

Odur türkün şerefi.

                      ***

En ali hissiyatım

Kazancım, derkim benim.

Yaşa, şanım, şöhretim

Kudretli türküm benim.

                      ***

Senin tarih yolunu

Toprak bilir, taş bilir.

“Tanrı” dağdan sabaha

Boylanan güneş bilir.

                      ***

Dedemiz Bilge kağan

Yırğalar beşiyini.

Uzak altaylar çeker

Turanın keşiyini.

                      ***

Nerde bir od alışsa,

Türküm ordan boy verer.

Hayqırar Turan eller,

Bir-birine hay verer.

                      ***

Oğuz kağanla birge

Buldun hakkın yolunu.

Düşmanlar yenemedi

Türkün güçlü kolunu.

                      ***

Yaşa ucadan-uca,

Soyum, ecdadım, köküm.

Yaşa dünyadan qoca

Özü möhtəşəm türküm.

                      ***

Yurdunu, toprağını,

Kanınla yoğurmusan.

Döyüş, savaşcı türküm

Sen qalib doğulmusan.

                      ***

Yürüdün zaman-zaman

Uca zirvem, dağ türküm.

En ağır sınavlardan

Çıktın üzü ağ türküm.

                ***

Olubdur zaferleri,

Hak-adaletin yolu.

Allahım her addımda

Qoru, türkümü qoru.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest