Kirman Rustemli – Şeirler
Anama
Səni bircə kərə təbrik etməsəm,
Cənnətdən əlimi üzərəm, ana.
Sənin bayramında şənlik etməsəm,
Yəqin ki özümdən küsərəm, ana.
O solmuş çöhrəndə həyat donubdur,
İllər səni yorub, gəlmisən cana
Agarmış kirpiyə həsrət qonubdur,
Axı nədən belə qəmlisən, ana?
Mən hıçqırdım, sən götürüb sən qoydun,
Ağladımsa sən tez basdın bağrina.
Söylə, sən heç məndən bir kərə döydun?
Doymadın heç zaman, doymadın ana.
Qırışmış əlindən bərəkət yağır,
Xöşbəxtəm, borcluyam o təmiz qana.
Sən elə adamsan nə qədər sağır,
Əl açdı bir tikə çörəyə, ana.
Bu yaşda sən mənə öyüd verirsən,
Hələ də uşağın olmuşam, anam.
Hərdən acıqlanıb nəsə deyirsən,
Artıq mən də yaşa dolmuşam, anam
Kirman Rustemli
08.03.2017.
Bayramı tanımıram mən.
Üzürlü sayasız məni bu dəfə,
Qadınlar bayramın tanımıram mən.
Nə qədər analar oğulsuz qalıb,
Göstərin birini şənliyin edən.
Çökdü ürəklərə yaylıq qarası,
Saçları gümüşü ,ağardı,dən-dən.
Sağalmaz heç zaman könül yarası,
Bax belə bayramı tanımıram mən.
Bitdi gəlinlərin arzu , istəyi,
Yaşamaq onlara əl çatmaz oldu.
Zaman qamçıladı, vurdu kötəyi,
Ömrün şərbətini heç dadmaz oldu.
Kimlər ki şadlanır, bayramın edir,
Etsinlər, onları qlınamıram mən.
Ana var şəhidlə görüşə gedir,
Bax, onun bayramın tanımıram mən.
Kirman Rustemli
07.03.2022
Qadın.(30)
Unutmaq olarmı o südün dadın,
Şərəflə daşıdın analıq adın,
Sən elə zirvəsən,əlim çatmayır,
Dünyanı yaradan qadın, ay qadın.
Nə qədər ülvisən, tər təravətsən,
Gəl,duyum əlindən cənnətin dadın.
Yetimə , yesirə sən səxavətsən,
Dünyanın dərdini daşıyan qadın.
Tanrı yaradanda belə yaradıb,
Səni uca tutub yanında yadın.
Sənə bəzək verib, səni daradıb,
Acısı şirindən çox olan, qadın.
Anasan, başından aşar qayğılar,
Hər zülmə qarşıdır ana fəryadın .
Vətənə göz diksə mürtəd yağılar,
Erkəyi yanında döyüşər qadın.
Bir damla südünün mayası mənəm,
Yatmayıb sübhədək sən mənə baxdın.
Hər gün itirdiyin keçmiş,dünənəm,
Ulumun ulusu, qadın, ay qadın.
Behişti , cənnəti niyə axtarım,
Sən cənntin şərbətin yuxuma qatdın.
Sənziz əsəblərim çəkilib tarım,
Evimin sultanı qadın, ay qadın.
kirman rüstəmli
31.08.2019
Analar.(55)
Ana-bənzəri olmayan bir varlıq,
Ana- şahənşahlıq, bir rütbə, çarlıq.
Ana olmayan evdə yoxluq, darlıq,
Analar dünyanın özü deyilmi?
Kiminə əmmədir, kiminə ana,
Mən qurbanam ona, O, yaradana.
Bir canım var, vallah verərəm ona,
Analar dünyanın üzü deyilmi?
Bilirəm, hər gün əriyir o şam tək,
Azalır göz nuru gözdən tökərək.
Ona heykəl qoyam, könlümdə gərək,
Analar dünyanın gözü deyilmi.
.
Yaqutun, almazın dəyəri yoxdur,
Ananın qiyməti onlardan çoxdur.
Analar namərdin gözünə oxdur,
Analar dillərin sözü deyilmi?
Anasız günlər.
Sənsiz bu bayramı keçirə bilməm,
Başıma göylərin daşı ələnər.
Xatiirən o qədər, mən silə bilməm,
Ömrümə bəzəkdir həmin sənələr.
Sən mənim həm anam, bir dünyam oldun,
Özümü səninlə adam sanardım.
Gedəli yuxumda sən röyam oldun,
Mən səni ağzımda bir tam sanardım.
Sən getdin ağzımın tamı da qaçdı,
Şükürlər”gəlmədi mən onu görəm.
Bağlı qapıları yuxummu açdı?
Dolaşıq saçını əlimlə hörəm.
Hara baxıramsa izin var orda,
Yatdığın çarpayı iyini saxlar.
Ana, sən yatdığın o soyuq gorda,
Ruhum da hər gecə, bil, səni yoxlar.
Kirman Rustemli
21.03.2022