GenelGüncelKültür Sanat

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

   Banu Muharrem

29 yaşı var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirmişdir.”Mədəniyyətin tarixi və nəzəriyyəsi ” ixtisası üzrə magistr  təhsilinə də   məhz ADMİU-da yiyələnmişdir. 2016-2022-ci illər arası Bakı şəhəri Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzinin  rejissoru, xalq teatrı rejissoru vəzifəsində çalışmışdır. 2022-ci ildən etibarən Bakı şəhəri Bir Səhnə Produsser Mərkəzində  rejissor olaraq fəaliyyət göstərir. Ailəlidir, 2 oğlan övladı var.        Məktəb illərindən  şeirlər  yazmağa başlayıb. Müxtəlif  şeir müsabiqələrinə qatılıb. İlk şeiri ulu öndər Heydər Əliyevin 80 illiyinə həsr olunub.  

  Şeirlərinin   başlıca mövzusu sevgi,məhəbbətin tərənnümü fonundadır.  Həmçinin yaradıcılığında vətənpərvərlik,şəhidlər, ana ,dost haqqında şeirlərə də rast gəlmək mümkündür. “Bilmirsən axı”, “Gəl”,  “Nə bilim e”, “Canım üçün”, “Yoxdur”  və s. kimi şeirləri, həmçinin nəsr yazı nümunələri də    tapmaq mümkündür.  Yazıları  bir çox xəbər portallarında,  “525 Qəzet, “Ədəbiyyat” və “Müəllim sözü” qəzetlərində , Türkiyənin “Sonnoktahaber” xəbər portalında dərc olunmuşdur

Banu Muharrem

Al apar

Bu sarmaşıq əlləri      qır, apar     sənin olsun,

Əlli-qollu  sevincim       sehirli      pərin olsun,

İki  kəlməlik sözüm   həyəcan       tərin olsun-

Sərin olsun  bağçalar.

                           *

Qəhvə,badam gözləri sür,apar gəmin olsun,

Əllidonlu   baxışım        səbrli      dəmin olsun,

İki  gülməklik sözüm  dərmanın, həbin olsun-

Şirin olsun alçalar.

                                  *

Bu yorulmaz  dizləri  yor, apar- çəmin  olsun,

Əlidolu    kürəyim        səhərli      çənin  olsun,

İki ölməlik sözüm    sübhəcən      təbin olsun-

Şeir  dolsun dolçalar.

Sən yadıma düşəndə

Sən yadıma düşəndə

günəşə göz atıram, gözlərimi yandırır.

O parıltı sənsənmi?  qalan ağlımı alır.

                                    *

Sən yadıma düşəndə

kəndimizin şəklini ürəyində daşıyır içimdəki boz divar.

O kənd sənə tanışdı? Səsin kəndə aparır, mənə tanış o civar.

                                   *

Sən yadıma düşəndə

ay günəşlə yarışmır, günəş ayla öpüşür.

O ay sənin dostundu? Mənə  səndən danışır, sözünü kəsməyəndə darıxmağım ötüşür.

                                     *

Sən yadıma düşəndə

İçir gülür babalar, gözündə cavanlaşır ən deyingən qarılar.

O cürünü görmüsən?!

Elə bil  çiçəklərdən toz daşıyır arılar.

                                *

Sən yadıma düşəndə

Dənizdə qayıq batır, əllərimdən yapışır kömək istəyən qollar.

O dənizi bilirsə…

Kimə görə

Dərə olub incə – incə süzüldüm.

Qəhər dolu  pencəyimə büzüldüm.

Özümdən çox özgəsinə üzüldüm.

Kimə görə? Nəyə görə?  Nə xeyri..?

                         *

Saçımı izindən hörmək istədim.

Çiçəyi dizindən dərmək istədim.

Gerçəyi gözündən görmək istədim.

Demə: niyə?!  Susum belə. nə xeyri..?

                               *

Öyrəndim ki, hər şəhərdə gəzilməz.

Dilbilməzə dərd etibar edilməz

Öyrəndim ki,kin zahirdə görünməz.

Zillət belə. Gizlət elə!  nə xeyri..?

                             *

Adam var ki, baharını güz edər-

Biri gedər dərd dağını düz edər,

Biri gələr bağlarını yüz edər,

Bitər ömür, dönər kürə, nə xeyri..?

Bir az yan

Gülüşünə-    əl açıb,       sözə şeir   hördürüm,

Gəlişinə-    qol açıb,        tellərimi    hördürüm,

Yerişinə-     yol açıb,  güzargahlar   hördürüm,

Qaçışıma bir az yan, bir az əri, bir az sön!

                           *

Salamımı-    verəndə,     gözlərini     güldürüm,

Kəlamını-     dərəndə,    gözlərimi     güldürüm,

Kamalımı-    görəndə,     sözlərini     güldürüm,

Naxışıma  bir az yan, bir az əri, bir az sön!

                                  *

Bulanmasın-  könlünün gölü,    bulağı    damsın,

Sulanmasın-   ömrünün gülü,   yarpağı   damsın,

Dolanmasın-      ruhunun dili,    dodağı   damsın,

Baxışıma  bir az yan, bir az əri, bir az sön!

Boşdu, boş

Çoxlarının   öyündüyü yoxuşdu.

Çoxlarının   göründüyü duruşdu.

Çoxlarının   süründüyü nə xoşdu.

Çoxlarının    etibarı boşdu, boş!

                        *

Çoxlarının  sultanlıqdır həvəsi,

Çoxlarının  sözə çatmır nəfəsi.

Çoxlarının  məhəbbətdə qəfəsi,

Çoxlarının  intizarı boşdu , boş!

                    *

Çoxlarının sözü dəyərləndirir.

Çoxlarının sözü dəyər endirir.

Çoxlarının sözü diyirləndirir.

Çoxlarının  ixtiyarı boşdu, boş!

                          *

Çoxlarının  əqidəsi  çolaqdır,

Çoxlarının  rabitəsi qulaqdır.

Çoxlarının  abidəsi  ulaqdır.

Çoxlarının  ixtisarı boşdu, boş!

Susmalı

İlməsi qaçmış,arasındakı üzərlik otu ovulub tökülmüş..

-o cib dəsmalı

ən çox sevdiyim adam üçündür.

Sulardan yol açan Musa misalı-

ocaq   ürəyimə ayaq basmalı

– küçə daşlarını döyən yağışlar.

                          *

‘pərvanə xisləti’- başıma dönüb

‘Dayanıb bir əhval maraqlanmamış’

-çiynin saçlarıma  qucaq açmalı.

                         *

Bədəni islanmış, rəngi saralmış,

ilməsi köksündən  küsüb darılmış

ətrini  axtaran o dəsmal haqqı!

Yusifin, Musanın  Allahı haqqı!

sevgimin tapdanmış hüququ, haqqı!

Yağış dayanmamış, canım çıxmamış,

Ən sevdiyim adam gəlib çıxmalı.

                         *

Susub, ‘eşitməyib’ qulaq asmalı

“pərvanə sözü”nə,  “şamın səsi”nə

Yağış yorulana, qış qalxanadək,

o şam ,    o pərvanə ,   o cib dəsmalı-

Susmalı!    Susmalı!       Susmalı!

Birdəfəlik gedərsən

Bir gün məni səslərsən

Qayaların həs(i)rinə

Əllərimi gəzərsən

Dünya dönər tərsinə.

                    *

Çəpərlərin üstünə

Barmağını  düzərsən.

Gözlərimin şəstinə

Dodağını büzərsən.

                    *

Ocaq tüstülədərsən

Qışı  istilədərsən

Yaman soyuqqanlıyam.

Qanımı isidərsən?!

                  *

Çəmənlərin  dəstinə

libas olub sərilsən,

Samanların qəsdinə

Yağış tək səpilərsən.

                  *

Birazca darıx,özlə,

Ayrılığı bilərsən.

Dayan,biraz da gözlə,

‘Birdəfəlik’ gedərsən.

Uzaqlara gedənlərin şeiri

Söylədiyin nağıllarda qala bilməyib

 qaçdım  önümə çıxan pəncərə dəliklərindən.

Sığmadım şeirlerinin misralarına,

yelləndikcə ürəyinin yelpiklərindən.

Gövdəsinə adımı qazıdığım  ağaclarına

budaq olmayacaq  neçə yolçu ötürdüm

– qoca babamın uzun kirpiklərindən.

Yağış pıçıltısında navalçalara  səndən danışdım-

qovruldu ürəyimin ağrısı çay süfrəsində.

Acı dad buraxdı damağımda, çayın hər qurtumu.

Deyirlər ağrının çoxu məqbul, bağrımın  oxu qəbuldur.

Ağrıdım…

Dəmləndim çayımın cəngində.

İndi hər şey gözümdə qırmızı-

Gözümdən qaçan su da,

İçimdən uçan qu da.

Sən bilmirsən

Qəlb sümüyə bənzəmir ki..

qırılanda bitişsin.

Biraz dinmə!

Azca hüzur…

Söz yorulsun,  sözün qolları düşsün.

Ürəyinə düşdüyümdə arzuların

yuxun kimi  əllərindən yox olsun.

İlk dəfəki    o duruxmaq….

o  darıxmaq….

o maraq….

cəsarətin öpüşüylə  əsarətdən qurtulsun!

Mən bilirəm.

-təlatümlər  təbiətin yaxasında  düzlənir.

Əlvidalıq payızlar da  acığından yağışlarla süslənir.

Sən bilmirsən.

Kötük- taxta evlərin qabırğası neçə paslı mismarlarla gizlənir..

Amma..

…….amma görünmür.

Kağız kimi insan  qəlbi əzik-üzük yumrulanır, atılır.

Sanma..

…….sanma görünmür!

İkisi də qığılcıma kül olur.

Sən bilmirsən.

Danışdı   gecə

Qaranlıq səmanın toz yatağında

İslaq saçlarını uzatdı gecə.

Küçənin sarımtıl işıqları da

Ulduzun boynuna ip atdı gecə.

                            *

Hava dumanlandı, bulud qaraldı

Zəmhəri ayının  rəngi saraldı

Üzündə dumanın əl izi qaldı.

Qəmzəsi yanağa batdı bu gecə.

                           *

Şərablar süzüldü, bardaq qırıldı

Yağış pəncərəni öpüb qıvrıldı

Təslim ayaqlarla yerə sıyrıldı

Çatıb yer üzünə yatdı bu gecə.

                        *

Badamı gözləri sola bayıldı..

Səssiz dodaqların sehri ayıldı.

Bütün xəzinələr bir-bir sayıldı.

Zaman nizamına çatdı  bu gecə.

                          *

Gecə soyunmadan, səhər açmadan

Bir azca utanıb, uzaq qaçmadan

Silah qurşanmadan, atəş açmadan

Könüllü təslimdi,”at! “dı bu gecə.

                            *

Sanki bu qaranlıq ağ gələcəyə

On iki … Baxışımdan seçərsən.

Bu bəxt də bir yoldu da,

Nə vaxt gəlib keçərsən?!

Səhv düzü apararsa,

Səhvlərimi keçərsən.

                   *

Könlün naxoşlayanda,

Əllərin ağlayanda,

Boğazın quruyanda

Dodağımdan içərsən.

                  *

Səndə insaf olmadı,

Məndə qürur qalmadı.

Yazımız bir olmadı,

Solub birdə cücər sən.

                    *

‘Sevgi yoxdur’-söz deyil.

Allah haqqı düz deyil.

Axtardığın göz deyil?!

Baxışımdan seçərsən.

Qismət deyilsə

Nə qayə daşıyıram,

Nə də bir dağ aşıram.

Dəlicə yaşayıram..

Bir  məhəbbət.. bir ümid!

                    *

-Məndə nə var?!

+Var amma..

Məndə könül arama..

Duz istəməm yarama..

Tez ol,tərpən, durma ,get!

                *

Əgər həyat   budursa,

Ölüm qurtum sudursa,

Gözlərində       su dursa

daha sevməyi tərgit!

                 *

Allah gülər,qul ağlar.

Saçımı qucur ağlar.

Nəmli,şərab dodaqlar

Qismət deyilsə,tərk et!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest