GenelGüncel

20 Yanvar Qazisi Dadaşov Novruz Allahverdi Vefat Etti

1959-cu ildə Neftçala rayonu Qoltuq kəndində anadan olan Dadaşov Novruz Allahverdi oğlu 25 yanvar 1990-cı ildə 25 yanvarda Rus-sovet hərbi birləşmələri tərəfindən Neftçalada törətdikləri qanlı cinayətlər zamanı ağır güllə yarası almışdı. Novruz Dadaşov 1 qrup 20 yanvar əlili, Prezident təqaüdçüsü idi. SİA-nın məlumatına görə, Azərbaycan 1993-cü il 3 iyun tarixində Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülüb.

2000-ci ildə qanlı “20 yanvar” hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülüb.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür.
Qeyd edək ki, 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçala rayonu üzrə 12 nəfər bu ada layiq görülüb:

1. Ağahüseynov Nürəddin Aslan oğlu (ölümündən sonra)
2. Cəfərov Əbülfəz Böyükağa oğlu (ölümündən sonra)
3. Orucov Şəmsəddin Əbilhəsən oğlu (ölümündən sonra)
4. Fərziyev Məhəmməd Təzəxan oğlu (vəfat edib)
5. Talıbov Ələkbər Məmmədəli oğlu (08.03.2020 – vəfat edib)
6. Dadaşov Novruz Allahverdi oğlu (07.09.2020 – vəfat edib)
7. Məmmədov Əliheydər Xanəhəd oğlu
8. Nəcəfov Nizami Əbil oğlu
9. Hüseynov Natiq Mirzağa oğlu
10. Hüseynov Fərman Kamran oğlu
11. Hüseynov Ramiz Cəfər oğlu
12. Ağayev Bəxtiyar Ağahüseyn oğlu

Neftçalanın daha bir canlı Yanvar Şahidi olan Novruz Dadaşov 07 sentyabr 2020-ci ildə canlı şəhid oldu. Bu il N.Dadaşovun Neftçaladan olan daha iki qan və mübarizə yoldaşları 20 Yanvar qaziləri – Fərziyev Məhəmməd Təzəxan oğlu, Talıbov Ələkbər Məmmədəli oğlu da haqq dünyasına qovuşublar. Məkanlarınız cənnət, Ruhlarınız şad, Vətən sağ olsun! Ey Azərbaycan dövlət müstəqiliyinin qazanılmasında qanı və can haqqı olan Vətən oğulları!

Müəllif: Aysel Məmmədova

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest