27-28 aprel Azərbaycanın işğal edilməsi

Sənan Qılıncarslan Qacar

Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi. Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilirdi.

Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılmışdı. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetirdilər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi.

Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu ADR-i əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi. Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest