Ziya qəzetində “Ey bülbül” rədifli qəzəli barədə açıqlamalar

S.Ə.Şirvaninin  (1835-1888) “Ziya” qəzetində dərc etdirdiyi nüktələrlə dolu “Ey bülbül” rədifli qəzəli haqqında  açıqlamalar

Seyid Əzim Şirvani bu qəzəli əqidə və məslək dostu  “Ziya” qəzetinin naşiri və baş yazarı Hacı Səid Əfəndi Ünsizadənin sifarişilə yazmışdır.  

“Ziya” qəzeti 25 yanvar 1879-cu ildə nəşrə başlayandan abunə çətinlikləriilə üzləşmişdir.Qəzetin cəmiyyətdəki rolunu qiymətləndirən milli ziyalılardan başqa,ona kömək edən ,demək olar ki,yox idi.Heç bir sənəddə göstərilməsə də, qəzetin abunə çətinliklərinə hökumət tərəfindən  qayğı göstərilirdi.Bi məsələdə  Səid Ünsizadəyə vaxtilə Bakı qubernaoru  olmuş D.Staruselskinin rolu danılmazdır.

Səid Ünsizadə bunu bir neçə yazısında söz içində qeyd etmişdir.

Hökumət məmurlarıyerlərdəki pristavlar yuxarılarıngöstərişi ilə  abunə çətinliklərin dəf olunmasına çalışır,tabe olduqları qurumlar qarşısında pis vəziyyətdə qalmaq istəmirdilər.Onlara bəzi kənd  xudaları da köməklik göstərməyə məcbur idilər.  Bunu “Ziya”ya göndərilən məktublar da təsdiq edə bilər.Hökumətin tapşırığını yerinə yetirən məmurlar müntəzəm olaraq,yerlərdə abunənin gedişatı haqqında  Səid Ünsizadəyə məlumat veirdilər. Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olan Səid Ünsizadə də bu hesabatları başçılıq etdiyi “Ziya” qəzeti vasitəsilə işıqlandırırdı.

Maraqlı bir fakt da var ki,abunə yazılanbəzi mollalar, abunə pulunu versələr də, qəzeti başqa adamın ünvanına göndərməyi  Səid Ünsizadədən və onun “Ziya”da işləyən qardaşı Cəlaldan xahiş edirdilər.

Yerlərdə qəzetə qayğı göstərənlərin adları da “Ziya”nın sütunlarını bəzəyirdi.”Ziya”ya maddı kömək edənlərdən biri İrəvandan Abbas Razi Məmmədzadə idi.O, qəzetə kömək məqsədilə Tiflisə Qafqaz Canişinliyinin İdarəsinə 50 manat pul və fars dilində bir məktub göndərmişdir.Səid Ünsizadə bu məlumatı qəzetində işıqlandırmış, başqalarına görk olmaqdan ötrü dostu S.Ə.Şirvaninin  Abbas ağaya

ünvanladığı 19 beytlik şeirini -qəsidəsini   “Ziya” qəzetinin 11.10.1879-cu il tarixli 39-cu nömrəsində dərc etmişdir.  

Şeir belə başlayır:

Mərhəba ,ey İrəvanın xaki zibamənzəri-

Kim gəlib səndənvücudə əhli-məna sərvəri”.

S.Ə.Şirvaninin  özü  də qəzetin və mətbu sözün tərifinə aid bir neçə şeirini “Ziya”da çap etdirmışdir.

Qəzetə yardım edənlərdən biri Türkiyə sədr-əzəmi Fuad paşanın müşaviri Şəkili Ömər bəyin bacısı oğlu Şahin  Əfəndi idi.

M.F.Axundzadə 1863-cü ildə   ƏLİFBA LAHİYYƏSİ ilə əlaqədar İstanbula gedəndə,Şahin əfəndinin  səmimi münasibətindən  sonralar fərəhlə söz açmışdır.

Türkiyə tarixində müxtəlif vaxtlarda maarif naziri olan Münif paşa da “Ziya”nın Türkiyədəki qayğıkeşlərindən və fəal oxucularından biri idi.

Münif Paşa M.F.Axundzadəyə də Sultanın  yaxın əməkdaşlarından biri kimi kömək etmişdir.  Filologiya elmləri doktoru,professor Vüqar Əhmədovun Xiyabani kitabında yazdığı kimi,Münif Paşa M.F.Axundzadənin layihəsini başçılıq etdiyi elmi qurunmun  jurnalında dərc etmişdir.

Münif Paşanı “Ziya”ya göstərdiyi ən böyük qayğı 1882-cidə “Ziya”ya müsabiqə adı ilə göтdərdiyi

“Ey bülbül” qəzəlidir.Münif paşanın  “Ey bülbül” qəzəli “Ziya”da çap ediləndən sonra Qafqazın 3 böyük şairi-  Şəkili Nakam ( İsmi Sədrəddinbəyov.O,əslən Şamaxılıdır-N.N.),Şuxi və S.Ə.Şirvani Tiflisə-“müsabiqə”yə öz nəzirələrini göndərirlər.

Bu şeirlər 1881-ci ildə Türkiyədə “Ey bülbül ” rədifi ilə  başlanan müsabiqənin davamı kimi qəbul oluna bilər.

Münif paşa Türkiydəki müsabiqədə qalib gəlməsə də, “Ziya”da mətbu sözü Ezop maneralı qəzəli ilə qiymətləndirə bildi.

Filologiya elmlər doktoru, piofessor dostumuz  X.Məmmədov “Ziya”dakı “Ey bülbül” qəzəllərini sovet dövründə yazdığı monoqrafiyasında epiqonçu şeir kimi izah etsə də, sonralar öz fikrini dəqiqlşdirmk üçün yeni elmi axtarışlara başlamışdı.

Təəssüf ki,amansız ölüm ona bu işi yerinə yetirməyə imkan  vermədi.

Görünür, Münif paşa S.Ünsizadə və onun dostlarrı ilə bu “MÜSABİQƏ”yə  ciddi hazırlaşıbmış.Müsabiqənin nəticəsi məlum deyil.Məlum olan budur ki,Səid Ünsizadə “Ziya”ya kömək etmək üçün ziyalıları bu vazcib məsələnin  həllinə yönəldə bilmişdi.

Səid Ünsizadənin və Münif paşanın bu birgə layihəsi ciddi öyrənilməlidir.Hələlik oxuculara S.Ə.Şirvanini Münif paşaya minnətdarlıq məktubu ilə ünvanlanan EY BÜLBÜL qəzəlini ərməğanedirik.Bu qəzəl S.Ə.Şrvaninin 1967-ci il nəşrində verilsə də,şairin latın qrafikalı 3 cildliyinə,nədənsə daxil edilməmişdir.

Məlumat üçün onu da bildiririk ki,S.Ə.Şirvaninin ikinci  bir  “EY BÜLBÜL”ü    “Kəşkül” jurnalının  problemləri ilə əlaqdardır.

Burada da Bülbül və Gül metaforik obrazlardır. “Ziya”dakı bülbülər- Səid  Ünsizadəni,

güllər  isə -“ZİYA” qəzetini təmsil edir. Bu şeirdəki nüktələr incələnməli,rəmzlər açılmalı,türk dilli mətbuatda çoxlarının diqqətindən yayınmış Ezop üslubu, Ezop manerası bütün  incəlikləri ilə  incələnməli və elmi filoloji təhlilə  cəlb olunmalıdır.

Davamlı və daha ciddi araşdırmalar S.Ə.Şirvaninin BÜLBÜLNAMƏ və GÜLNAMƏlərindəki  analoji  şeirlərin   yeni nümunlərini ortalığa  şıxara bilər.

S.Ə.Şirvaninin “Ey Bülbül” rədifli qəzəli

Açıbdır çöhrə güli-gülüstanın,ey bülbül!

Nə vəchdən tutulur bəs lisanın, ey bülbül!

Gəhi dilin tutulur, gəh fəğan edirsən sən,

Nədir, bəyan eylə dərdi-nihanın, ey bülbül!

Xəzan qəmilə məgər xatirin hirasandır,(bu söz Əsərlərdə pərişandır şəklindədir-N.N.)

Bahari-vəsldə artır fəğanın, ey bülbül!

Baharım oldu fəğan, qoy mən eyləyim nalə,

Sənin ki, döndi baharə  xəzanın,ey bülbül!

Bücudeyi-Məryəmi-gülbəndə gəldi iyisi-gül,

Yəqindi tazələnir şimdi canın, ey bülbül!

Sənin  zəbanələrin yandırır zəmanələri,

Əcəb ki,ol odə yanmaz zəbanın, ey bülbül!

Həzar mərtəbə şirindir  nöqlü-şəkkərdən,

O Xosrovani əda dastanın, ey bülbül!

Zəman-zəman fərəhin var təbəssümi-güldən,

Xoşa bu gunə keçə hər zəmmanın, ey bülbül!

Sənin təranələrin şeirin nəzirəsidir,

Münifü xoşsüxənü-nüktədanın ,ey bülbül!

Həvayi-xar ilə sən tutmazsan qərarü şəkib,

Qızıl qəfəs ola gər aşiyanın , ey bülbül!

Qədəm gül üstünə qoymaq nədir, səzadır əgər,

Tökülsə xənçəri-xar ilə qanın, ey bülbül!

(səh.346)

Gərək ola qədəmi-yarda səri-aşiq,

Həsən degil bu rəviş dasitanın, ey bülbül!

Kitabi-güldən oxursan Rəsul mədhini sən,

Rəvadır Seyyid ola  mədhxanın ,  ey bülbül!

***

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının  əməkdar müəllimi,

Respublika Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq

Ədəbiyyat siyahısı

1″Ziyayi-Qafqasiyyə” qəzeti, 28.05.1882, N 18.

2.S.Ə.Şirvani.Əsərləri , 3 cilddə.

       I cild.  Azərbaycan SSR EA Nəşriyyatı,

      B., 1967.səh 346-347.

3.Xeyrulla Məmmədov.XIX əsrin sonu,XXəsrin əvvəllərində 

Azərbaycan maarifçi realist ədəbiyyatı(xüsusi kurs).Bakı,1978.

4.Vüqar Əhmədov.Xiyabani.Bakı, 2010.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest