ZƏFƏR GÜNÜN MÜBARƏK!
ZƏFƏR GÜNÜN MÜBARƏK!
Döyüşəndə qılıncından qan damdı,
Başdaşında gecə-gündüz şam yandı,
Bu bayramda səni milyonlar andı,
Şəhid balam, Zəfər günün mübarək!
Sən dağıtdın keçilməyən sədləri,
Ovub-yudun ürəklərdə dərdləri,
Dəyişdirdin tale yüklü qədəri,
Şəhid balam, Zəfər günün mübarək!
Tarix yazdın, qoçum, dırnağınla, əlinlə,
Fəxr edirik, əsgər, biz də səninlə.
Baş ucaltdın əməlinlə, şəninlə,
Şəhid balam, Zəfər günün mübarək!
Haraylayıb Vətən səni çağırdı,
«Qanım axır, oğul!» – deyib bağırdı,
Bu gün səni anmaq necə ağırdı,
Şəhid balam, Zəfər günün mübarək!
Yaraşıqdır zəfər adın, şanına,
Boyanmışdır torpaq sənin qanına,
Qovuşdu Vətən doğma xanına,
Şəhid balam, Zəfər günün mübarək!
Qəbrin üstə doğman, yadlar da gəlir,
Bax, analar, çox ünlü zatlar gəlir,
Alnıaçıq, üzü nurlu atalar gəlir,
Şəhid balam, Zəfər günün mübarək!
Kirman Rüstəmli
07.11.2026

