YAXIN VƏ UZAQ TARİX-1918-Cİ İL SOYQIRIMI
Sənan Qılıncarslan Qacar/Azerbaycan
1918-cı ildə ermənilər Zəngəzur, Göyçə və Dərələyəzdə dinc türk-müsəlman əhalisini qırmağa başlayır. Belə hücumlardan biri də bizim Sallı kəndi üzərinə olur. Ağsaqqallardan eşitdiyimə görə, Sallı kəndinə hücum edən ermənlərə Yapon adlı bir daşnak başçılıq edirmiş.Kənd əhalisi Vedibasar tərəfə- Zincirli, Qədili, Şahablı və Qaraxaç kəndlərinə çəkilirlər. Babam danışırdı ki, Qaraxaç kəndində ermənilər bizim kəndin xeyli əhalisini böyük bir dama yığıblar ki, guya barışıq elan etmək istəyirlər. Sonra isə qapıları bağlayıb, dama od vurublar. Babamın o vaxt 13 yaşı varmış və qaçmağın mümkünsüzlüyünü görüb bir çəlləyin içində gizlənir.
Ermənilər südəmər uşaqları süngüyə keçirib yuxarı qaldırır və biləklərindən axan qanı yalayaraq, “türk qanıdır” – deyib, gülürmüşlər .Hamilə qadınların qarnını yarıb uşağı çıxarır, kişilərin əllərini, ayaqlarını kəsir, kürəklərinə qaynar samovar bağlayırlar. Qaraxaçda 500 – dən çox adam xüsusi qəddarlıqla öldürülür. Bu qırğından canını qurtaran insanlar isə Abbasqulu bəy Şadliniskiyə sığınırlar. Nənəm Bahar arvad ( o da yaralı olub) danışırdı ki, Abbasqulu bəy Şadlinski bizi ermənilərdən xilas etdi, bizə ərzaq payladı, sonra isə vəziyyətin həddindən artıq ağır olduğunu gordükdə camaatı Arazın o tayına keçirdi.
Biz bir müddət Xoy və Mərənd ərazilərində qaldıqdan sonra Türkiyə ərazisinə keçdik. Babam isə Qaraxac kəndində qırğın zamanı əsir götürülüb. Özü bu haqda danışırdı ki, məni çəlləyin içindən dartıb çıxartdılar və öldürmək istədilər. Mən azyaşlı olmağıma baxmayaraq müqavimət göstərirdim. Bunu görən ermənilər bir – birinə “ara, bu türk küçüyü nə güclüdür, gəlin bunu öldürməyək, aparıb işlədək” – dedilər və məni oradan Dərələyəzin Erdəpin kəndinə gətirdilər.Mən 2 il ermənlərin əsirliyində qaldım. Onlar məni döyür, işgəncə verir, agır işlər gördürür, hətta məni kotana qoşur, yer şumlamağa məcbur edirdilər.2 ildən sonra birtəhər əsirlikdən qaçdım.
Aqil Kəngərli
” Yaxın və uzaq tarix” kitabı(2009)