YAP-dakı dəyişikliklər nə vəd edir?
“Yeni Azərbaycan Partiyası təsis olunduğu 1992-ci ildən bu günə kimi həm Azərbaycan Respublikasının ictimai-siyasi tarixində, həm də siyasi və hakim partiya kimi öz inkişafında mühüm irəliləyişlərə nail olmuşdur”.
Bu sözləri SİA-ya açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Onun sözlərinə görə, Ümummilli liderin 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri kimi Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuş, partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin ictimai-siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, ölkəmizin bütün ictimai-ictimai və siyasi təşkilatlanma sahələrində YAP böyük siyasi qüvvəyə çevrilmişdir: “Xüsuilə də 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, YAP-ın liderinə və onun faəliyyətinə ümumxalq tərəfindən inamı bir daha təsdiq etmişdir”.
“Bundan başqa, YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunması, YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti kimi-Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilməsi YAP-ın mühüm hədəflərindən olmuşdur”.
“Partiya tərəfindən keçirilmiş qurultaylara baxdıqda görürük ki, YAP həmişə islahata, dəyişikliklərə, özünün istər partiya daxilində, istər seçkilərdə, istərsə də kadr dəyişikliklərə önəm vermiş və bu siyasət bu gün də davam etməkdədir. Heydər Əliyev yolunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti və YAP-ın lideri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III, 2 avqust 2008-ci ildə YAP-ın IV, 2013-cü il iyun ayının 7-də V, 2018-ci il fevral ayının 8-də VI qurultaylarında YAP-ın sədri seçilmişdir”.
Sübhan Talıblı sözlərinə belə davam edib: “Xüsusilə də qeyd etmək lazımndır ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il mart ayının 5-də keçirilmiş VII Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini, İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilməsi də Partiyanın siyasi həyatında mühüm rol oynamışdır”.
“Təbii ki, bütün bu islahat və dəyişiklər Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin Azərbaycanda onun rəhbərliyi altında bütün sahələrdə olduğu kimi, lideri olduğu hakim YAP-da düşünülmüş, planlı və sistemli şəkildə aparılır və bu da təbii ki, partiyanın Azərbaycanın siyasi-ictimai və təşkilatlanma tarixində, onun siyasi və xarici əlaqələrində, apardığı islahlatlarda, partiyanın proqramlarında, yeni kadrların təyinatında, dövlət aparatında gənclərə yüksək etimadın göstərilməsində, yüksək peşəkar və milli kadrlara önəm verilməsində, milli-mənəvi və dövlətçilik ənənələrimizin qorunması və inkişafında, ərazi bütövlüyümüzün təmin olunmasında, siyasi sistemə yeni yanaşmalarda, dünya təcrübəsinin öyrənilməsi və onun tətbiq olunmasında, dünya yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycanın hərtəfərli inkişafında, xüsusilə də daxili və xarici siyasətimizin, ordumuzun, milli təhlükəsizliyimizin, iqtisadiyyatımızın, mədəniyyətimizin, elmimizin, təhsilimizin və s. inkişafında öz müsbət rolunu oynayır. Təbii ki, YAP-da aparılan islahat və dəyişiklərin Azərbaycan Respublikasının hərətərfli inkişafına hesablanmış siyasətdir”.
Ayşən Vəli